Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2015

Yaxşılığa əmr və pisliyə qadağa üçün qiyam

Mən yaxşılığı dirçəltmək, pisliyi aradan götürmək istəyirəm. Yolum babam və atamın getdiyi yoldur.
İmam Hüseyndən (ə) sonra həzrət Əlinin (ə) böyük oğlu olan Məhəmməd ibn Hənəfiyyə imamın yanına gəlib dedi: “Qardaş! Nə etmək istəyirsən?” Həzrət buyurdu: “Onlar (yəzidçilər) məndən Yəzid üçün beyət almaq istəyir. Mən də beyət etmək fikrində deyiləm. Ona görə də Mədinədən çıxacağam.” Məhəmməd soruşdu: “Haraya?” Həzrət buyurdu: “Hazırda Məkkəyə gedirəm. Görək orada nə olacaq.” Məhəmməd dedi: “Bəli, hərəmə gedin. Çünki hərəm sizin üçün ən etibarlı yerdir. Amma mən sizinlə gedə bilməyəcəyəm.” İmam buyurdu: “Sən bizimlə olmamalısan. Mədinədə qal, buradakı xəbərləri mənə çatdır. Vəsiyyətnaməmi sənə tapşırıram.” İmam Hüsey