Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

GÖRƏSƏN NİYƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?

Aşura hadisəsinin müsəlmanların səadətində, millətlərin haqq yolunun işıqlandırılmasında çox mühüm həlledici rolu olmuşdur
Nəyə görə 1400 il bundan qabaq baş vermiş bir hadisəni yad edib xatırlamalıyıq? O hadisənin xatirəsi olaraq mərasimlər keçirməliyik? Bu hadisə tarixin müəyyən bir zamanında baş verib, keçib getmişdir.
Acı ya şirin, olan oldu [ölən öldü, qalan qaldı] qurtardı, getdi. Nəyə görə üstündən 14 əsr keçdikdən sonra həmən hadisəni bir daha yaddaşlarda dirildib, onun üçün mərasim tutmalıyıq?
Bu sualın elə də çətin bir cavabı yoxdur. Ona görə ki, hər hansı yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, hər cəmiyyətin tarixində baş verən mühüm hadisələr, həmin cəmiyyətin gələcək müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər.