Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Amerikanın nəhayətsiz hərbi potensialı uşaq nağılına bənzəyir!

ABŞ-ın Rusiyanın Xəzər dənizindən İŞİD-in mövqelərinə zərbələrin hansı səviyyədə endirilməsi haqda heç bir dəqiq məlumatı yoxdur
Ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahı baş əməliyyat idarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib ki, Rusiyanın Aralıq dənizindəki hərbi donanması istənilən vaxt terrorist qruplarının mövqelərini nişan almağa qadirdir və hazırda arxa cəbhədən bizim qırıcılarımızı himayə edirlər. Bir də ki, onlar heç vaxt koalisiya qüvvələri üçün qətiyyən təhlükə sayıla bilməz. Onu da, qeyd edək ki, burada Suriya, İran və İraq ölkələri də, öz proqramları üzrə bizimlə əməkdaşlıq göstərirlər. İndiyədək qırıcılarımız Suriyada 600-dən çox uçuş əməliyyatı həyata keçiriblər ki, onların nəticəsində terroristlərin 380-dən çox mövqeləri bombardman edilib. Artıq bizim müşahidələrimizə görə, İŞİD qruplaşmaları öz mövqelərini tərk edərək qaçmaq üzrədirlər. Rusiyanın əsas məqsədi İŞİD-in kökünü kəsib, ölkədə siyasi stabilliyi bərpa etməkdir. Amma Amerika isə bu mübarizədə bizimlə həmkarlıqda səhlənkarlığa yol verir, indiyədək heç bir müsbət reaksiya göstərmir. Halbuki Moskva Bağdad Müştərək Blokunun təşkilində qabaqcadan Vaşinqtona əməkdaşlıq təklifini elan etmişdi... Artıq Amerikanın nəhayətsiz hərbi potensialı şüarını bir uşaq nağılı adlandırmalıyıq. Onların Rusiyanın Xəzər dənizindən İŞİD-in mövqelərinə zərbələrin hansı səviyyədə endirilməsi haqda heç bir dəqiq məlumatı yoxdur.

Nur-az.com/alalam


1375 بازدید
در حال ارسال اطلاعات...