Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2015

HÜSEYNİ SEVƏNİ ALLAH SEVƏR

"Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır"
Hicrətin 60-cı ili, Şəban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir.
Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.
O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrailin və Quranın nazil olduğu yer