Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

HƏZRƏT ƏLİ (Ə) HAQQINDA NAZİL OLMUŞ QURAN AYƏLƏRİ

«Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Quran ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sələbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.
2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi,