Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2015

Amannamə, toxunulmazlıq

Mən Süməyyənin oğlundan (İbn Ziyaddan) sizin üçün aman almışam. Gəlin və Hüseyni himayə etməkdən əl götürün.
İmam Hüseyn (ə) xeymədə olduğu vaxt bayırda çox çirkin, amma tanış bir səs eşitdi. Kimsə belə bir fəryad çəkdi: “Bacımın övladları haradadır?” Abbas və qardaşları başlarını aşağı saldılar. İmam Hüseyn buyurdu: “Ona cavab verin. Azğın da olsa, sizinlə qohumdur. Görün nə deyir.” Əbəlfəzl öndə, qardaşları onun arxasınca Şimrin qarşısına çıxdılar. Nə üçün gəldiyini soruşdular. Şimr dedi: “Ey bacım oğlanları! (Şimr də Ümmül-Bənin kimi Bəni-Kəlab tayfasından idi. Bir qadınla qohumluq əlaqəsində olan şəxs həmin qadını bacı, onun övladlarını bacıoğlu çağırardı.) Mən Süməyyənin oğlundan (İbn Ziyaddan) sizin üçün aman almışam. Gəlin və Hüseyni himayə etməkdən əl götürün.” Onun söz