Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2015

Şiə məzhəbinin 5 böyük hövzəsi

Elm hövzəsinin tədqiqat şöbəsinin rəisi Mürtəza Səidi Nəcəfi ilə söhbət
Sual: Hövzənin informasiya mərkəzinə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bu günlərdə Kərbəlada Qum Elm Hövzəsinin ustad və alimlərinin iştirakı ilə Əllamə Vəhid Bəhbəhani konfransı keçirildi. Qum hövzəsi ilə Nəcəf hövzəsi arasında rabitələr haqqında danışmağınızı istərdik.

Cavab: Elm istehsalı bir cərəyan, hərəkatdır. Mütəxəssis və aparıcı insanların əksəriyyətinin iştirakı olmadan bu hərəkat mümkün deyil. Biz az xərclə qısa bir müddətdə normalara uyğun elm istehsalı cərəyanı yaratmaq istəsək bu sahədə fəal qurumlarla rabitə qurmalıyıq. Bu işdə eyni xətti izləyən, eyni yolda olan, strategiyaya malik cərəyanlar prioritet təşkil edir. Biz müxalif mövqeyə malik olan, amma mühüm elm istehsalçısı kimi özünü göstərən cərəyanları kənara qoya bilmərik. Onlar barədə də məlumatlarımız olmalıdır. Hər iki cərəyanın öz meyarları və siyasətləri var. Bizə müxalif olan cərəyanlarla müştərək baxışlarımız üzərində işləyə bilərik.
İslam dünyası, xüsusi ilə şiə aləmi elm sahəsində fəal iştirak üçün müxtəlif qurumların rabitələrindən faydalanmalıdır. Şiə aləmində eyni çəkidə olmasa da 5 elm mərkəzi diqqəti cəlb edir. Bu 5 mərkəzi şiə elmində qütb saymaq olar, onlar bir-biriləri ilə yaxınlaşma siyasəti yürütməlidirlər. Ölkə daxilindəki elm hövzələri İslam dünyasında, şiə aləmində elm istehsalında mühüm qütblərdir. İraq elm hövzələri arasında belə bir qütb Nəcəf elm hövzəsi sayıla bilər. İraqda Hillə, Samirra, Kərbəla hövzələri ikinci pillədə dayanan hövzələrdir. Öndə gedən hövzə Nəcəf elm hövzəsidir. 3-cü qrupa Livan elm hövzələrini aid etmək olar. Onların dəyərli təcrübələri, tarixləri var. Əfqanistandakı elm hövzələri də az-çox tutuma malikdir. 5-ci qütb Hind yarımadasındakı şiə hövzələridir. Hazırda bu 5 qütb arasında ciddi rabitə yoxdur.
Rabitə yaratmaq üçün iki model təsəvvür edə bilərik: Biri təşkilatlar arasında rabitələr modelidir. Yəni qurumlar bu istiqamətdə addım atsın. Bu modelin necə bəhrə verəcəyi məlum deyil. Elmi qurumlar arasında rabitə asanlıqla qurulmur. Elm istehsalı cərəyanı rəsmiyyətçilik üzərində qurulmuş cərəyan deyil. İkinci model müştərək rabitələr və həmkarlıqlardan ibarətdir. Biz elmi həmkarlıqlar qura bilərik. Bu zaman hər bir hövzə öz müstəqilliyini saxlamaqla zəruri mövzularda həmkarlıq edir.
Bu baxımdan Kərbəlada keçirilən Əllamə Vəhid Bəhbəhani konfransı bir addım sayıla bilər. Elmi şəxsiyyətlərin, düşüncə məktəblərinin fiqhi məktəblərin, üsul və kəlam məktəblərinin tanınmasında konfrans müsbət addım sayıla bilər. İraqda elm mərkəzləri kifayət qədərdir. Bu mərkəzlərin əksəriyyəti şiə məzhəbinə aiddir. Mirzayi Şirazi və Samirra məktəbləri həmin hövzəyə aiddir. Axund məktəbi Nəcəf hövzəsinə aiddir. Bu fiqh və üsul məktəbidir. Bu sırada mərhum Seyid Yəzdi, Naini və Kaşiful-Ğita da var.

Sual: İkinci modeldə hansı nümunələr önəmlidir? Məsələn biri hövzə şəxsiyyətlərinin xatirəsinə keçirilən konfranslardır. Başqa hansı sahələrdə həmkarlıq etmək olar?

Cavab: Biz üç sahədə fəaliyyət göstərə bilərik. Müdiriyyət və strategiya sahəsində, üslubların təyini sahəsində elm istehsalının icrası sahəsində. Birinci sahədə İran və İraq arasında böyük və müsbət təcrübələr var. Xüsusi ilə məntəqədə elm sahəsində baş verən dəyişikliklərlə bağlı informasiya kifayət qədərdir. Bizim ölkənin elm xəritəsi ümumi bir sənəd ola bilər. Başqa hövzələr müştərək seminarlar vasitəsi ilə bu xəritə üzrə hərəkət edə bilər. Zəruri deyil ki, rabitələr konfrans formasında qurulsun. Mütənasib formalardan istifadə etmək olar. Hazırki şəraitdə həmfikirlikdən geniş imkan yoxdur. Şiə elm hövzələri bu sahədə iş görə bilər.

Sual: Qlobal siyasət dedikdə təhsil və tədqiqat kimi sahələri nəzərdə tutursuz?

Cavab: Biz elmi siyasət deyəndə elm istehsalı nəzərdə tuturuq. Elmi sistemə tərif verəndə tədqiqat sahəsi təhsil sahəsindən fərqlənir. Təbliğ sahəsi də belə fərqlidir. Elmi sistem deyəndə elmin istehsalı, yayılması nəzərdə tutulur. Elm müəyyən mərkəzdə istehsal olunmalıdır. Elm istehsalı özü müəyyən həddə təhsilə ehtiyaclı ola bilər. Elm istehsalı üçün insanlar hazırlanmalıdır. Başqa bir sahə elmin yayılmasıdır. Elmin yayılması təhsillə həyata keçir. Başqa bir sahə elmin tətbiqidir. Demək, elm istehsal olur, yayılır və tətbiq edilir. Beləcə elmin istehsalından istifadəsinə qədər bir yol keçilir. Mənim yada saldığım 5 elm qütbü fərqli imkanlara və imtiyazlara malik ola bilər. Bir hövzənin o biri hövzədən imtiyazlı xüsusiyyəti ola bilər. Mənim nəzərimcə müdiriyyət və strategiya sahəsində həmkarlıqlar bir sahədir. Yəni hövzəyə müdiriyyət sahəsində rabitələr qurulması bir işdir. Həmfikir olmaq heç bir məsuliyyət yaratmır. Yəni biz həmfikir olmaq dedikdə bir hövzənin o biri hövzə üçün vəzifə təyin etməsini nəzərdə tutmuruq. Öncə qeyd etdiyim kimi ikinci sahə elm istehsalında üslubların təyinidir. Elm hövzələrinin bu sahədə böyük təcrübələri var.

Sual: Siz üslubun təyini dedikdə müxtəlif məktəblərin üslublarının araşdırılmasını nəzərdə tutursunuz?

Cavab: Bəli, elm məktəbləri, onların üslubları öyrənilməlidir. Bu sahədə həmkarlıq etmək olar. Bu sahədə işlərdən biri elm istehsalında böyük rolu olan elm məktəbləri və elmi şəxsiyyətlərin tanıtdırılmasıdır. 3-cü sahə elm istehsalının tətbiqidir. Hər üç sahədə müzakirələr aparmaq olar. Düşünürəm ki, hər üç sahə üzrə elm hövzələri arasında həmkarlıqlar mümkündür.
Bütün konfranslarda ümumi siyasətlər nəzərdə tutulmalıdır. Bu siyasətlər həyata keçirilməlidir. Hər bir konfransda qeyd etdiyim 5 qütbün aparıcı insanları iştirak etməlidir. Biz məqsədə aparan relsdən çıxa bilmərik. İstənilən bir halda şiə dünyasının bir hissəsi də Hind yarımadasıdır. Hind, Kəşmir, Pakistan ordu dillilərin bir hissəsidir.

Sual: Dediyiniz məntəqədə kəmiyyət və keyfiyyət də yüksəkdir.

Cavab: Bəli. Bu qütb uzun müddət təsirli olub. Bu gün arzulanan səviyyədə deyil deyə onu kənara qoya bilmərik. Onu səhnəyə çəkməliyik. Bu hövzənin güclü simaları olmasa da onları səhnəyə çəkməklə fəallaşdıra bilərik.

Sual: Mərhum Vəhid Bəhbəhani konfransı haqqında nə deyərdiniz?

Cavab: Konfransın fəzası nisbətən yaxşı fəza idi. 2-3 mühüm mərkəz işə rəhbərliyi öz üzərinə götürmüşdü. Kərbəla hövzəsindən də müdiriyyətdə iştirak edənlər vardı. Nəcəf hövzələri də həmkarlıq edirdi. İran, İraq, Livanın alimləri, qələm əhli iştirak edirdi. Dəyərli məqalələr yazılmışdı, Ayrı-ayrı komisiyalarda məqalələr araşdırılırdı. Mərhum Vəhid Bəhbəhaninin şəxsiyyəti ilə ayrıca bir komisiya məşğul idi. Fiqh, üsul, rical, kəlam üzrə də ayrıca komisiyalar vardı. Vəhid Bəhbəhani məşhur əxbari məktəbləri qarşısında üsul məktəbinin tanınmış simasıdır. Amma rical və kəlam hövzəsində də mütəxəssis sayılıb. Onun fiqhi şəxsiyyəti üsuli şəxsiyyətinə tabe qəbul olunur.
Mən orada müsahibədə də dedim ki, nəzərimcə, Vəhid Bəhbəhani iki böyük iş görüb. Birincisi elm istehsalıdır. Elmi biliklər o zaman mötəbərdir ki, düzgün yolda istifadə olunsun. Elmdə üsul çox böyük sözdür. Vəhid Bəhbəhani bizə öyrədib ki, dini məfhumların istehsalında dəqiq, kompleks, əhatəli və mötəbər üsula ehtiyac var. Üsul zərərli olanda ictihad elmi üsulu ilə kifayətlənib, zərərdən qaçmaq olar. Vəhid Bəhbəhaninin ilk dərsi budur ki, üsul mövzusuna böyük əhəmiyyət verək. Düzgün düşüncə iki hissədir: Düzgün verilənlər və düzgün təhlil. Əgər ilkin verilənlər düzgün olsa, təhlil üsulu düzgün olmasa, nəticə əldə etmək olmaz. Təhlil üsulu düzgün olsa da, verilənlər mötəbər olmayanda yenə nəticə düzgün olmur. Nəticəyə o zaman çatırıq ki, həm verilənlər düzgündür, həm təhlil üsulu. Bunu bizə Vəhid Bəhbəhani öyrədir. Hətta verilənlər, ilkin bilik Quran və hədisdən olsa, amma üsul düzgün olmasa yenə nəticə əldə etmək mümkünsüzdür. Vəhid Bəhbəhaninin ikinci mühüm işi qüdsiyyə qüvvəsini ictihad şəraitinə gətirməsi olub. Düzgün ictihada çatmaq üçün qüdsiyyə qüvvəsi olmalıdır. Qüdsiyyə qüvvəsi əxlaqi xislət, mərifətdir. Bu qüvvə insanı bir çox xətalardan qoruyur. Qüdsiyyə qüvvəsinin nümunəsini Vəhid Bəhbəhanidə görürük. Sahibi-Hədayiq də bu qisimdəndir. Bu iki böyük şəxsiyyətdə olan əxlaqi səciyyələr kamil şəkildə müşahidə olunur.
Vəhid Bəhbəhani o qədər qüdsi xislətə malikdir ki, əxbarilərin baxışlarını, Sahibi-Hədayiqin mövqesini qəbul etmədiyi halda Sahibi-Hədayiq öz şagirdlərinə tövsiyə verir ki, onun namazında iştirak etsinlər.
Sahibi-Hədayiq vəsiyyət edir ki, dünyasını dəyişəndə ona Vəhid namaz qılsın. Bu Vəhid Bəhbəhaninin qüdsi şəxsiyyətini göstərir. Təbii ki, Sahib-Hədayiq özü də bu xislətə malik idi. Əgər bu xislətə malik olmasaydı, şagirdlərini Vəhidin namazına göndərməzdi. Yəni elmi şəxsiyyətlər arasında elmi mübahisələr ibadi həyata təsirli olmamalıdır.

Sual: Bu konfransda İran hövzələrinin təcrübələrini İraq hövzələrinə təklif etdinizmi?

Cavab: Bizim hövzə daxilində beynəlxalq toplantılar üçün nizamnamə olmalıdır. Bu nizamnamə əsasında konfransın mövzusu və əhəmiyyəti dəyərləndirilməlidir. Beynəlxalq konfransa hər əsəri təqdim etmək olmaz. Beynəlxalq o deməkdir ki, burada müştərəkliklər var. Belə konfransda kimlər iştirak edə bilər? Təkcə elm istehsalçıları, yoxsa bu qurumların rəhbərləri də? Elmi strategiyanı yaradanlar da bu konfranslara qatılmalıdırmı? Belə insanların konfransda islahatçı rolu ola bilər. Onlar konfransın gedişini izləyib onu dəyərləndirə bilərlər. Biz suvarma kanalı hazırlayıb ona bir qab su tökməklə işimizi başa çatmış hesab edə bilmərik. Kanalı doldurmaq üçün quyu qazmaq lazımdır. Əgər təbii bulaq yoxsa hökmən quyu qazılmalıdır. Konfransın işi növbəti konfrans yerini təyin etməklə başa çatmır. Məsələn, deyək ki, növbəti konfrans Bəhbəhanda və ya Qumda keçiriləcək. Bəs sonrası nə olsun? Elmi konfranslarda prioritetlər nədir? Elmi konfransları quruplaşdırmaq lazımdır. Ölkə daxilində də belədir. Sonra deyə bilərik ki, bu konfrans nəzəridir, yoxsa təcrübidir. Biz müqəddimə hazırlamalıyıq, elm hövzəsi nizamnamə təsdiqləməlidir. Beynəlxalq konfrans olanda Mədəniyyət İnqilab Ali Şurasının təsdiqi ilə müəyyənləşməlidir ki, konfans hansı növdəndir. Müəyyənləşməlidir ki, konfrans İslam dünyası, şiə aləmi, o cümlədən ölkə daxili üçün nə dərəcədə faydalıdır.

Sual: Bəzi ustadlar elmi-araşdırma işlərində imtiyaza, dəyərləndirməyə yaxşı baxmır. Düşünüllər ki, bu bir növ lazımsız dəbdəbəçilik, rəsmiyyətçilikdir. Buna necə baxırsınız?

Cavab: Mən universitet təhsili görməmişəm. Hövzə ənənələri mötəbərlidir. Elm hövzəsindəki qədər heç bir elmi mərkəzdə müxtəlif fəaliyyətlər üçün icazə tələb olunmur. Hədis nəqli, əqdlərin icrası, ictihad kimi fəaliyyətlər üçün icazə tələb olunur. Bütün bunlar nə üçündür? Təbii ki, etibarlı sayılması üçün. Kimin müəyyən işə səlahiyyətli olduğu bilinməlidir. Əgər icazə verilirsə, demək həmin işin tərifi də var. Zəruri şərtlərə malik şəxs həmin işə səlahiyyətlidir. Beləcə, mən modern alim kimi danışmıram. Deyirəm ki, modern alimlər də ənənəvi hövzələrə borcludur. Onların ədəbiyyatı, sistemləri bizimkindən fərqli ola bilər. Amma sərmayəsi hövzədəndir. Demək hövzənin özündə də səlahiyyət, imtiyaz verilməsi olub. Sadəcə adlar dəyişilib. Bu gün komisiya, elmi heyət kimi adlardan istifadə olunur. Mahiyyətçə heçnə dəyişməyib. Məsələn, üsul elmində soruşulur ki, höccət nədir? Höccət mötəbərlik verən dəlildir. Üsul elmi üslub elmidir. Öz-özlüyündə hədəf deyil. Dünyada elə bir elm yoxdur ki, fiqh kimi üsula malik olsun. Bu bizim hövzənin xüsusiyyətidir. Ənənəvi xüsusiyyətdir. Biz sadəcə keçmiş ənənələri müasir dildə səsləndiririk. Müasir elmlərin, psixologiyanın, humanitar elmlərin fiqh kimi üslubu yoxdur. 12-13 əsr bundan öncə fiqh üsulu vardı.

Sual: Şiə elm hövzələri arasında rabitələr sahəsində hansısa konkret addımlar atıldımı?

Cavab: Həmd olsun Allaha ki, daxili hövzələr üçün ciddi nailiyyətlər var. Hövzələrlə digər qurumlar arasında nəzəri məsələlərdə, strateji məsələlərdə həmkarlıqlar mövcuddur.

Sual: Siz hökumət qurumlarını nəzərdə tutursunuz?

Cavab: Mən hökumət qurumları deməzdim. Çünki mənim nəzərdə tutduğum qurumlar rəsmi qurum olsa da elmi qurumdur. Biz bir cəmiyyət və mərkəzlə əlaqə quranda onun elmi mahiyyətini nəzərdə tuturuq. Beynəlxalq müstəvidə hövzə rəhbərliyindən Livanda görüşlərə qatılanlar olub, həmkarlıqlar nəzərdə tutulub. Təəssüf ki, hələ ki, bu arzulanan səviyyədə deyil.

Sual: Şərəfuddin konfransına gedə bildinizmi?

Cavab: Cənab Qərəvi, cənab Fəyyazi və bir sıra alimlər getdi, mən də onların xidmətində idim. Əvvəllər araşdırmaçı alimlərdən bir qrupu İraqda səfərdə olub. Davamlı olmasını istərdik. 6 ay əvvəl baş tutmuş səfərdə bir çox işlər görüldü. Demək olar ki, həmkarlığın bünövrəsi quruldu və davamına ümid edirəm.

Sual: Vəhid Bəhbəhani konfransına araşdırmaçı kimi getmişdiniz?

Cavab: Biz hövzələr arasında rabitələr formatında dəvət olunmuşdur. Həm də araşdırma şöbəsinin rəisi kimi dəvət edilmişdim.

Vilayet.nur-az.com


1653 بازدید
در حال ارسال اطلاعات...