Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

“Qanlı ay işığı” (Şəhid Həmədaninin xatirələri)

Şəhidin qapısına getsən, atası qəssab bıçağı ilə qarnını yırtacaq...
General Həmədaninin “Məhtabi-Xəyyin” xatirələri

Bəzi kitablar çox tez məşhurlaşır. Çox oxunaqlı olan bu kitabları hamının mütaliə etmək imkanı olmur. Tətil günləri mütaliə üçün çox münasibdir. Mehr jurnalı şəhid hacı Hüseyn Həmədaninin xatirələrinin toplandığı “Məhtabi-Xəyyin” kitabı haqqında yazır. Yaxın keçmişdə Suriyada müqəddəs məkanların müdafiəsində təlimatçı kimi vəzifəsini yerinə yetirən SEPAH generalı hacı Hüseyn Həmədanini əksəriyyət tanıyır. Üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirən bu insan hələ 8 illik müharibədə, Səddam Hüseyn İrana təcavüz etdiyi zaman özünü göstərmişdi. Cənab Rəhbər Ayətullah Xameneinin göstərişi ilə İslam Müqavimətinin ön xəttində idi, İŞİD muzdurlarına qarşı müqavimətdə təlimatçı vəzifəsini yerinə yetirirdi. Elə bu yolda da şəhadətə çatdı, adı müdafiə tarixində əbədəlik həkk olundu. Şəhid Hüseyn Həmədanidən qalan 3 yadigardan biri “Məhtabi-Xəyyin” kitabını Hüseyn Behzad şəhidin xatirələri arasından bir qismini qələmə alaraq nəşr edib. Behzad bu kitabı yazarkən şəhid Həmədani ilə bir neçə dəfə görüşüb, şəhid ona öz xatirələrini nəql edib. İnqilab xatirələri, Kürdüstanda əks-inqilabçı qüvvələrlə mübarizə xatirələri, müharibə xatirələri kitabda yer alır. Kitabda Fəthul-Mubin, Beytül-Müqəddəs əməliyyatları, İslam döyüşçülərinin, xüsusi ilə Həmədan ustanından olan döyüşçülərin cəbhədəki rəşadətləri diqqəti çəkir.
Behzad kitabı öz jurnalıst zövqü ilə qələmə alıb. Kitab boyu müsahibə üslubuna riayət etməyə çalışıb. Bütün xatirələr sual-cavab şəklində qələmə alınıb. 991 səhifəlik kitab həcmli olmasına baxmayaraq oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Kitabda mövzular elə qurulub ki, oxucunu yormur.
Şəhid Hüseyn Həmədani kitabda öz xatirələrini danışmaqla yanaşı bir çox tanınmış komandanlarla həmkarlıqlarını da yada salır. Hacı Əhməd Mütəvəssiliyan, Mahmud Şəhbazi, Dəstcerdi kimi məşhur komandanlarla həmkarlıqlar yada salınır. Bu komandanların ruhiyyəsi, böyük şəxsiyyəti nümunələr üzərində oxucuya çatdırılır. Xatirələrdə biz həm də müqəddəs müdafiədə şəhadətə çatmış bir çox məşhur insanlarla tanış ola bilirik.
“Məhtabi-Xəyyin” 20 fəsildən ibarətdir. Son fəsildə şəhid Hüseyn Həmədani və onun döyüş yoldaşlarına aid olan fotolar və sənədlər yer alıb. Bu fəsil kitabın ən dəyərli fəsillərindəndir. “Fatehan” nəşriyyatı general Həmədani şəhadətə çatandan sonra kitabı oxucuların ixtiyarına verib. Kitab oxucular və şəhidin dostları tərəfindən rəğbətlə qarşılanıb. Kitabdan müəyyən hissələri sizin diqqətinizə çatdırırıq.
Kürdüstan
Kitabın bu hissəsində şəhid Həmədani Kürdüstan hadisələrinin başlanğıc günlərindən xatirələrini nəql edir. Bu arada müqəddəs müdafiənin böyük komandanı Cavidul-Əsər hacı Əhməd Mütəvəssiliyanla tanışlığını yada salır.

Sual: Həmin vaxta qədər Əhməd Mütəvəssiliyanla hər hansı əlaqəniz olmuşdumu?

Cavab:
Bir mühüm haşiyə qeyd etməliyəm. O dövrdə ölkənin qərb məntəqəsində Kürdüstanın əksər şəhərləri demək olar ki, komendant saatı şəraitində idi. Yollarla hərəkət edən zaman çox vaxt pusquya düşürdük. Belə bir çətin şəraitdə bizə xəbər çatdı ki, Mərivan sərhəd məntəqəsində gənc döyüşçü Əhməd 74 nəfərlə - 14 döyüşçü, 60 müsəlman könüllü kürd - əks inqilabçı qüvvələrin hakimiyyətini süquta uğrada bilib. Həmin məntəqədə sabitlik yaranıb. Əhməd adlandırılan bu şəxs haqqında çox danışılırdı, o çox tanınmışdı.

Sual: Onun fərdi xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

Cavab:
Eşitmişdik ki, çox ciddi, sərt adamdır. Bu barədə danışılan əhvalatlardan biri bu idi ki, Mərivan azad olunan zaman məntəqədəki hərbiçilərdən biri əməliyyatda Əhmədə kömək etməliyimiş. Amma əməliyyat başalayandan sonra bu işi görmür. Əməliyyatdan sonra Əhməd ona möhkəm bir sillə ilişdirir. Bir sözlə Əhməd Mütəvəssiliyan 1359-cu ilin baharında artıq tanınmış şəxs idi. Biz Sənəndəcdə tez-tez eşidirdik ki, Mərivanda bir hakim var, o da Əhməd Mütəvəssiliyandır. Sənəndəcdən Mərivana getdiyimiz zaman Allah tövfiq verdi, Mərivanda SEPAH-ın binasında Əhməd Mütəvəssiliyanı gördüm.

Sual: Gördüşdüyünüz vaxtı xatırlayırsınızmı?

Cavab:
Baharın axırları idi. Sənəndəcdə əks-inqilabçıların mühasirəsini yarandan sonra Həmədandan olan SEPAH uşaqları strateji Salavatabadı ələ keçirdilər və biz Mərivana yola düşdük. 1359-cu il, ordibehişt ayının axırlarına qədər Sənəndəcin azad olunması və sabitliyin yaranması üçün çalışdıq. Xordad ayının axırlarında Səyyad və Mütəvəssiliyan Mərivanı azad etdi, biz Əhmədlə görüşə getdik. Görüşdən qabaq elə düşünürdük ki, o çox sərt adamdır. Günorta vaxtı Mərivanda SEPAH-ın binasına çatdıq. Özümüzü təqdim edib dedik: Həmədan ustanında SEPAH-ın məsulları, Əhməd Mütəvəssiliyanla görüşmək üçün gəlmişik. Dedilər ki, iş dalınca şəhərə gedib. Bizi çox ədəblə qarşılayıb, bir otaqda yerləşdirdilər. Bura Əhmədin iş otağı idi. Həmin otaq Mərivanda həm də onun yaşadığı ev idi. Ev çox təmiz və səliqəli idi. Yerə sintetik xalça döşənmişdi. Otağın bir küncündə nimdaş, amma çox təmiz odeyallar səliqə ilə yığılmışdı. Bir neçə cild kitab vardı. Şəhid Mütəhhərinin İnsan və İslam, İlahi Ədalət, Nəhcül-Bəlağəyə bir baxış kitabları bu kitablar arasında idi. İkinci dünya müharibəsinə aid kitablar da var idi. Pəyami-İnqilab jurnalının bir neçə nömrəsi də kitablar arasında idi. Kitablar arasında mühəndis-elektrik ixtisasına aid universitet dərslikləri də var idi. Bu kitabların həmin kitablar arasında olmasının mənasını anlaya bilmədik. Bir qədər keçdi, Əhməd Mütəvəssiliyan gəldi. Biz təpədən-dırnağa onu nəzərdən keçirirdik. İlk baxışdan başa düşdük ki, ciddi və çox intizamlı bir adamdır. Dövrə vurub əyləşdik. Əhməd Mərivandakı vəziyyəti izah etməyə başladı. SEPAH qüvvələri, ordudan olan qüvvələrin durumundan söhbət etdi. Düz 20 dəqiqə məlumat verdi. Sonra məsullardan şikayətlənməyə başladı. Ona kömək etməyə vəzifəli olan insanların biganəliyindən gileyləndi. Ürəyi çox dolu idi.
Nəhayət biz qəbul etdik ki, Həmədandakı SEPAH qüvvələrindən ona kömək göndərək. Əhməd yaxın köməkçilərindən olan Nəqi Rastqar Müqəddəmi çağırdı və dedi: Əziz qardaş, siz qonaqları aparın, məntəqə ilə bir qədər tanış olsunlar, Mərivan barədə təsəvvür yaransın.

Əsrətdə döyüş
Şəhid hacı Hüseyn Həmədani müqəddəs müdafiə illərində Sərpoli-Zəhab əməliyyat məntəqəsində ilk komandan olub. O həmin günləri də xatırlayır. Düşmənin ardıcıl hücumları, müdafiə xəttindən danışır.

Sual: Sizin havadan müdafiə xəttinizdə düşmənin fəaliyyətləri hansı şəkildə idi?

Cavab:
Çox çətin vəziyyət idi. Xüsusi ilə qumbaraatanlarla ardıcıl şəkildə bizi vururdular. Artıq döyüşçülər arasında etiraz edənlər vardı. Təchizata ehtiyacımız vardı. Ölkənin qərb əməliyyat məntəqəsində SEPAH qüvvələrinin komandanı şəhid Məhəmməd Bürucerdi idi. Ona sifariş göndərirdilər ki, bu nə vəziyyətdir, bizə heç olmaya top, qumbaraatan verin. Düşmən qarşısında əliboş idik.
Sərpoli-Zəhab məntəqəsində cənab Bürucerdinin qərargahına getmişdilər, qayıdanda dedilər ki, onun Kermanşahdakı silah ambarında 2 qumbaraatan var. Amma ondan istifadəni bacaran olmadığından əl vurulmamış qalıb. Qumbaraatan sözünü eşidəndə həvəsə gəldim. Kim məni görürdüsə inqilabdan sonra Həmədanda Əbuzər təlim mərkəzində qumbaraatandan istifadəni öyrətdiyimi yada salırdı.

Sual: Demək müharibənin əvvəlində bu sahədə mütəxəssis sayılırdınız?

Cavab:
Hər halda həmin biliklər köməyimizə gəldi. Bir gün həmin 2 qumbaraatanı götürməyi təklif etdilər. Cənab Bürucerdinin qərargahına getdim. Gördüm ki, silahlar 120 mm-lik qumbaraatanlardır. Düzü bu marka silahlardan istifadə qaydasını bilmirdim. Bunu onlara dedim. Amma kimsə qulaq asmırdı. Onlar üçün mühüm olan bu idi ki, mən qumbaraatanla tanış idim. Onlar üçün fərqi yox idi ki, mənim yaxşı tanıdığım 81 mm-lik qumbaraatanla 120-mm-lik arasında fərq var.

Sual: Təklifi qəbul etdinizmi?

Cavab:
Çarəsizlikdən qəbul etdim. Mövzu ilə tanış idim. Amma 120 mm-lik qumbaraatanda mənim üçün öyrəniləsi nöqtələr vardı. Kiçik bir nöqsan böyük faciə ilə nəticələnə bilərdi. Bütün əməliyyat tarixində ilk dəfə idi ki, zəifliyimi etiraf edib, bu işin öhdəsindən gəlmək üçün Allaha yalvarıb, övliyalara təvəssül edirdim. Beləcə təvəkkül edib silahı əlimə aldim. Qumbaranı silaha yerləşdirib 3 dəfə Qulhuvəllah oxudum, silaha üfürdüm. Hətta qumbaranı öpdüm də. Dedim Pərvərdigara, Sənə ümidlə! Qarşımdakı Qəlaviz təpəsi bizim əlimizdə idi. Yanaşı ikinci təpədən beşinci təpəyə qədər düşmən nəzarət edirdi. Bunu adi gözlə görmək olurdu. Bəəsçilərin həmin ərazidə hərəkətini gördüm. İlk sınaq atəşində onları nişan aldım. Atəş açdım və qumbara bəəsçilərin düz ortasına düşdü. Hamısı məhv oldu.

Sual: Döyüşçülər buna necə reaksiya verdilər?

Cavab:
Qanad açıb uçurdular. Nə qədər deyirdimsə ki, bu silahla tanışlığım yoxdur, qulaq asmırdılar, növbəti atəş üçün təkid edirdilər. Həmədanda bir bağım vardı, nəzarətçisi yox idi. Hər dəfə bağdan çıxanda anam 3 dəfə qulhuvəllah oxuyar, bağa tərəf üfürərdi. Mən silahdan ilk atəşdə anamın yolu ilə gedib atəş açdım.
11 şəhrivər döyüşü
Qəlaviz məntəqəsində 11 şəhrivər döyüşü hacı Hüseyn Həmədaninin ən acı xatirələrindəndir. Həmin döyüşdə komandan 59 döyüşçü itirib. Bu ona çox təsir edib. Daha çox Həmədanda SEPAH komandanı Mahmud Şəhbazi bu hadisədən təsirlənib.
Sual: Deyirsiniz ki, 11 şəhrivər əməliyyatının uğursuzluğundan çox təsirləndiniz...
Cavab: O zaman hər tərəfdən təzyiqlər vardı. 59 döyüşçünün şəhadəti çox ağır zərbə idi. Bu hadisədən sonra Həmədana qayıtmağa üzüm gəlmirdi, xəcalət çəkirdim. Özümü danlayırdım. Həmin gün şəhid olanlar arasında seyid Cavad Müsəvi adlı biri vardı. Gözəl insan idi. Şəhid olanda cəsədi düşmən tərəfdə qalmışdı. Cəsədini götürmək üçün Əsliyan adlı dostla irəli getdim. Amma meydan düşmənin nəzarəti altında idi, bizi vururdular. Əsliyanın bir barmağını güllə apardı. İrəli gedə bilməyib qayıtdıq.
Həmədana qayıdandan sonra 11 şəhrivər şəhidlərinin ailələri ilə görüşə getməli idim. Bu şəhidlərdən biri də seyid Cavad Müsəvi idi. Ailəsi əyalətdə yaşayırdı. Atası qəssab idi. Məhəllədə çox tanınırdı. Mənə dedilər ki, əgər qapılarına getsən Müsəvi öz qəssab bıçağı ilə qarnını yırtacaq.

Sual: Bəs nə etdiniz?

Cavab:
Çox qorxdum. Amma bütün şəhidlərin evinə getdiyim halda onların evinə getməyə bilməzdim. Allah şahiddir ki, evə daxil olanda şəhidin atası irəli gəlib bir-bir anlımızdan öpdü. Əyləşəndən sonra mən tədricən baş verənləri şəhidin atasına danışdım. Onların qəhrəmanlığından söz açdım. Oğlunun qəhrəmanlığından danışdım. Şəhidin əmisi sual verdi ki, onun cənazəsini götürə bilməzdinizmi? Dedim ağa Əsliyanla cənazəni gətirməyə getdik, Əsliyanın bir barmağını güllə apardı və geri qayıtmalı olduq. Şəhidin atası üzünü qardaşına tutub məzəmmətlə dedi ki, nə danışdığını bilirsən! Sonra bizə üz tutub dedi: “Nə üçün o cavanın barmağı getməli idi?! Axı nə üçün getdiniz?! Adam qurban verəndə ondan nəyisə özü üçün götürər?! Qurbanı gərək bütöv verəsən Allah yolunda!” Hansı ki, biz onun qəzəblənəcəyini, bizə hücum edəcəyini gözləyirdik. Amma o narahat olmuşdu ki, oğlunun cənazəsinə görə kimsə bir barmağını itirib. Dedi ki, mən heç indi də onun cəsədini istəmirəm. Onu Allah yolunda vermişəm. Başa düşdüm ki, xalqı hələ tanımamışam. Yenidən tanımaq lazımdır. Bu xalq şəhid verəndə başqaları üçün ələmdarlıq edir. Allah-Taala övladlarının şəhadəti ilə bu ailələrə böyük təsir göstərib.

Kurək yarğanı hadisəsi
Qəlaviz yüksəkliklərində məğlubiyyətdən sonra Həmədan SEPAH-nın növbəti əməliyyatı bəəsçilərin mühasirəsinə düşmüş bir neçə min iranlı döyüşçüyə yol açmaq olub.

Sual: Kurək yarğanı yüksəkliyindən danışın?

Cavab:
Sübh saat 04:45 idi. 1360-cı il, azər ayının 28-i şənbə günü. Əməliyyatın rəmzi müqəddəs “Ya Məhdi Ədrikni” adı idi. Biz keçidə doğru hərəkət etdik. Sübh namazı yaxın olduğundan hərəkət zamanı namaz qılmaq imkanımız olmadı. Göstəriş verildi ki, hərəkət zamanı hamı namazını qılsın. Yəni irəliyə hərəkət edə-edə namaz qılırdıq. Yol Raboz adı ilə tanınırdı. Kənarında uçurumlar vardı. Aşağı baxanda adamın gözü qaralırdı. Əməliyyat planı üzrə hərəkət edirdik. Bir qrup ayrılıb düşmənin arxasına doğru hərəkət etdi. Hamı əl-ələ tutub hərəkət edirdi ki, uçuruma yuvarlanan olmasın. Nəhayət düşmənlə döyüş başladı. Bir qrup sağa, bir qrup sola, bir qrup irəli atəş açırdı. Düşmənin ilk səngərinə çatdıq. Düşməni yatdığı yerdə tutmuşduq, özlərini itirmişdilər. Əliriza Türkmənin rəhbərlik etdiyi dəstə birinci təpəni ələ keçirə bildi. Hava işıqlanmamışdı. İkinci və üçüncü təpəyə 70 metrə qədər fasiləmiz vardı. Həmin təpələri də ələ keçirdik.

Sual: Düşmən bu mövqelərin itirilməsinə necə reaksiya verirdi?

Cavab:
Mövqelərin itirilməsi xəbərini eşidən bəəsçilər toplar və tanklarla hücuma keçmişdilər. 3 mövqe ciddi şəkildə vurulurdu. Üç mövqeni 30 dəqiqəyə ələ keçirmişdik.

Sual: Bu mövqelərin əl