Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Dünya malını puç sayıb ona görə həsrət çəkməmək

Qarun ilahi sınaqda uğursuzluğa düçar olub əzaba düşdü
Allah-Taalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: “De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.” (“Nisa”, 77)
Əgər mömin qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət nemətləri düşündürür. Onlar yalnız Allahın razılığını qazanan möminlərə qibtə edirlər. Bəli, dünya malını heç sayan insan nə varlılara qibtə edir, nə də yoxsulları əskik sayır. O başa düşür ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər.
Ayə və rəvayətlərdən belə görünür ki, başqalarının var-dövlətinə həsəd aparmamaq üçün dünya nemətlərinin hikmət əsasında əta olunduğuna inanmaq lazımdır. Birinə dünya malı verib, birini dünya malından məhrum etmək Allahın təqdiri və hikmətidir. İlahi hikmət tələb edir ki, bir zümrə varlı olsun, digər bir zümrə yoxsulluq içində yaşasın. Hamı Allahın istək və iradəsinə təslim olmalıdır. Varlılar qürrələnməməli, yoxsullar pərişan olmamalıdırlar. Çünki hər iki halda insanlar sınağa çəkilir. Sadəcə bu sınaqlardan uğurla çıxmağa çalışmaq lazımdır.
Bəzilərinə elə gəlir ki, Allah sevdiyi insana bol dünya neməti verir. Onların nəzərincə, əgər Allah birinə qəzəblənirsə, onu yoxsulluğa düçar edir. Amma Qurani-kərimdə bu barədə belə buyurulur: “Rəbbi insanı sınağa çəkib onu əzizləyəndə və