Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Dünya malını puç sayıb ona görə həsrət çəkməmək

Qarun ilahi sınaqda uğursuzluğa düçar olub əzaba düşdü
Allah-Taalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: “De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.” (“Nisa”, 77)
Əgər mömin qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət nemətləri düşündürür. Onlar yalnız Allahın razılığını qazanan möminlərə qibtə edirlər. Bəli, dünya malını heç sayan i