Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Asan izdivac

Molla Məhəmməd Saleh Mazandarani kasıb ailədən idi. Mazandarandan İsfahana səfər edir və təhsilini bu şəhərdə başlayır. Müqəddəmati dərslərini qurtardıqdan sonra Əllamə Məhəmmədtəqi Məclisinin dərslərinə gedir. Əllamə Məclisinin dərslərində o qədər inkişaf edir ki, hətta həmdövrələrinin çoxundan üstün olur. Ustadı da ona qarşı mehriban olur və elmi məsələlərdə onun nəzərindən istifadə edir. Bir müddət keçir. Əllamə Məclisi başa düşür ki, Məhəmməd Saleh evlənmək istəyir. Ustadı özü onunla söhbət edir və onun üçün həyat yoldaşı seçmək üçün icazə istəyir. Məhəmməd Saleh xəcalətdən tərləyir və utana-utana müsbət cavab verir.
Əllamə Məclisi evinə qayıdır və qızı Amene Beygəmi öz yanına çağırıb ona deyir: “Sənin üçün bir həyat yoldaşı nəzərdə tutmuşam, amma çox kasıbdır. Lakin kamal və fəzilətdə çox ləyaqətlidir