Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

MƏDİNƏYƏ DOĞRU

Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi
Aşura karvanı uzun səfər və çətin bir yol keçdikdən sonra və qanlı Aşura hərəkatını səmərələndirdikdən sonra Mədinəyə qayıdırdı. Onlar nə qədər çətin və əziyyətli günlər yaşamış və nə qədər ömür azaldıcı müsibətlər görüb, dil yaraları eşitmişdilər! Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi. Kufədə İbni Ziyadın məclisi və Şamda Yezidin məclisi, bütünlüklə hər yer məzəmmətlə dolu idi. Artıq aləmlərin müsibətini çəkmiş, yorğun bədənli, sınıq qəlbli, dərdli, qəmli məzəmmət və dil yarası eşitmiş, amma eyni halda etdiyi böyük iş üçün, bəşərin tarix və müqəddəratında əmələ gətirdiyi böyük dəyişiklik üçün iftixar və baş ucalığı hiss edən bu karvan Mədinəyə doğu hərəkətdədir. Camaatın Əhli-beytin (ə) Şama daxil olduğu vaxtdakı şadlıq və gülüşü indi artıq peşimançılıq və göz yaşı ilə əvəz olunmuşdur. Camaat öz göz yaşları ilə karvanı müşayət edir və öz nalələri ilə Əbu Süfyanın ünvanına lənət göndərirdilər.
Karvan Nömanla birgə Mədinəyə tərəf dönür. Zeynəb həmin karvanla Mədinədən Məkkəyə doğru və Məkkədən də Kərbəla səmtinə hərəkət etdiyi günü unutmurdu. Həmin karvan ki, rəhbəri Hüseyn (ə) idi, Əbbas və Əliəkbər kimi ay üzlü igidləri və özü ilə birgə qardaşı imam Müctəbanın (ə) yadigarı var idi. Qardaşı Hüseynin (ə) aram və nurani çöhrəsi, Əbbasın şücaət və vəfası, Qasimin paklığı və səfası, Əliəkbərin Peyğəmbərə oxşarlığı, və s... Zeynəbin yaddaşından silinmirdi.


1563 بازدید