Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

MƏDİNƏYƏ DOĞRU

Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi
Aşura karvanı uzun səfər və çətin bir yol keçdikdən sonra və qanlı Aşura hərəkatını səmərələndirdikdən sonra Mədinəyə qayıdırdı. Onlar nə qədər çətin və əziyyətli günlər yaşamış və nə qədər ömür azaldıcı müsibətlər görüb, dil yaraları eşitmişdilər! Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi. Kufədə İbni Ziyadın məclisi və Şamda Yezidin məclisi, bütünlüklə hər yer məzəmmətlə dolu idi. Artıq aləmlərin müsibətini çəkmiş, yorğun bədənli, sınıq qəlbli, dərdli, qəmli məzəmmət və dil yarası eşitmiş, amma eyni halda etdiyi böyük iş üçün, bəşərin tarix və müqəddəratında əmələ gətirdiyi böyük dəyişiklik üçün iftixar və baş ucalığı hiss edən bu k