Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Həqiqi izzət xalqa yox, Allaha bağlılıqdadır

Kimsə hiylə və günah vasitəsi ilə izzətə çatmayıb.
“İzzət istəyən varsa, bütün izzət Ona məxsusdur. Ona doğru yüksələn yalnız pak sözdür və onu saleh əməl yuxarı qaldırır. Pis əməllərlə plan cızanlar üçün ağır əzab var və onların hiylələri puça çıxar.” (Fatir, 10)

مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُوْلَئِكَ هُوَ يَبُورُ


“Əlkəlimut-təyyib” dedikdə tövhid, risalət və vilayətə şəhadət nəzərdə tutulur. Rəvayətlərdə göstərilən “la ilahə illəllah və sübhanəllah...” zikrləri də pak sözün bir nümunəsidir.
“Yəbur” sözü puça çıxma, həlak olma mənalarını bildirir.

Hazırkı ayə başqa şəkillərdə də mənalandırılmışdır:
1. Yaxşı söz Allaha doğru yüksələr, amma saleh əməl ona ucalıq və dərəcə verər.
2. Yaxşı söz həm özü yüksələr, həm yaxşı əməlləri yüksəldər.
Kafirlər izzəti ya maddiyyatda axtarar, ya da digər bağlılıqlardan umarlar. (“Məryəm”, 81; “Nisa", 139.) Əslində isə izzət yalnız Allaha bağlılıqdadır.

1. Həqiqi izzət xalqa yox, Allaha bağlılıqdadır.
2. İzzət iman və saleh əməl sayəsində əldə olunur.
3. Əqidə və əməl arasında sıx rabitə var, onlar bir-birinə təsir göstərir.
4. İman və saleh əməldə izzət axtaran möminlərin yolu təkamül yoludur. Yalan və hiylə vasitəsi ilə izzət arayanların yolu batil və puçdur.
5. Kimsə hiylə və günah vasitəsi ilə izzətə çatmayıb.


1931 بازدید
در حال ارسال اطلاعات...