Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2015

Obama təzminat verməlidir!

Nə üçün Ayətullah Xamenei Obamanın yazılı təzminatını şərt qoydu?
Sual yaranır ki, nə üçün Cənab Rəhbər Ayətullah Xamenei nüvə razılaşmasının icrası mövzusunda ölkə prezidentinə yazdığı məktubda öhdəliklərin yerinə yetirilməsi üçün irəli sürdüyü 9 şərt arasında Amerika prezidentinin yazılı təzminatını da qeyd edib? Cənab Rəhbər razılaşma şərtlərinin yerinə yetirilməsi üçün Amerika prezidentinin bütün sanksiyaların - həm nüvə sanksiyalarının, həm insan haqları və terrorizmin himayəsi sahəsindəki sanksiyaların ləğvi ilə bağlı təzminat verməsini zəruri sayıb. Bu şərti zəruri edən amillər ətrafında danışacağıq.
Aydın məsələdir ki, Amerika sanksiyalar vasitəsi ilə öz mənafelərini təmin etməyə çalışır və hər vasitə ilə sanksiyaların strukturunu, özülünü qoruyub saxlamağa çalışır. Vyana razılaşmasının mürəkkəbi qurumamış ABŞ prezidenti açıq şəkildə elan etdi: “İranın terrorizmi himayə etməsi, ballistik raketlər proqramı, insan haqlarına münasibəti ilə bağlı sanksiyalar saxlanılacaq.”Amerika rəsmilərindən biri deyib ki, sanksiyaların ləğv olunması yox, təxirə salınması bizə növbəti mərhələdə təzyiq imkanı verir. Buna görə də Cənab Rəhbər qeyd-şərtsiz bütün sanksiyaların ləğvi ilə bağlı Amerika prezidentinin yazılı təzminatını bir şərt kimi irəli sürüb.
Belə görünür ki, Amerika tərəfi sanksiyaların bünövrəsini saxlayıb, onları təxirə salmaqla İrana iqtisadi təzyiq rıçaqlarını əlində saxlamaq istəyir. O bu vasitə ilə İranda insan haqları və terrorizmin himayəsi kimi mövzularda problemlərin olduğunu uydurmaqla sanksiyaları davam etdirmək fikirindədir. Beləcə, nüvə razılaşmasından sonra Amerikanın ictimai-siyasi, ideoloji baxımdan İran üçün qırmızı xətlər təyin etmək istədiyi aydın olur. Sanksiyaların sadəcə təxirə salınması Amerikanın gizli niyyətlərindən danışır.
İranın siyasi uzaqgörənliyi və tarixi təcrübəsi bir sübutdur ki, Amerikaya etimad göstərmək olmaz. Cənab Rəhbər Ayətullah Xamenei Amerika tərəfinə inanmır. Bu etimadsızlıq siyasi düşüncə və tarixi təcrübədən irəli gəlir. Siyasi uzaqgörənlik hökm edir ki, insan daim düşmənə münasibətdə etimadsız olsun. Elə bir düşmən ki, son 60 ildə ardıcıl şəkildə və ümumi, inqilabdan sonrakı 37-ci ildə xüsusi bir şiddətlə İran xalqına istənilən bir yolla zərbə vurmağa çalışıb. Amerika rəsmiləri hətta müzakirələrin getdiyi son illərdə etimad qazanmayıb. 2 il öncə Cenevrədə nüvə sahəsində ikitərəfli razılaşma, bu il Lozannada nüvə razılaşması ilə bağlı bəyanat aşkar göstərir ki, Amerika tərəfi hətta tam razılıqla qəbul etdiyi şərtlər üzərində dayanmaya bilər. Amerikanın üzərinə götürdüyü öhdəçiliyi pozması adi bir hadisədir. İki razılaşmada Amerikanın üzərinə götürdüyü öhdəçiliklər bunu aydın göstərir.
Məsələn, Lozannada mətbuat bəyannaməsi oxunandan dərhal sonra amerikalılar müzakirələrlə bağlı razılaşmadan fərqli müddəalar irəli sürdülər. Amerikanın Xarici İşlər Nazirinin Müavini bildirdi ki, razılaşmada mühüm nöqtələrdən biri İrana qarşı sanksiyaların nə zaman aradan qaldırılacağıdır. Hansı ki, razılaşmadan dərhal sonra bütün sanksiyalar ləğv olunmalı idi. Amerika tərəfi elan etmişdi ki, İran razılaşma şərtlərinə əməl etdikcə Amerika da tədricən sanksiyaları aradan qaldıracaq. Bu bəyanatın ardınca İran tərəfi bildirdi ki, belə bir taktiki gediş hər iki tərəf üçün yaxşıdır. Ehtiyac yoxdur ki, müzakirələri razılaşmanın bəndləri ilə bağlı tələsik qərar çıxarılsın.
Cənab Rəhbər Ayətullah Xamenei tam uzaqgörənliklə Amerika ilə razılaşmanın etimad yox, təzminat üzərində mümkün olduğunu buyurdu. Təbii ki, bu məsələ müzakirələr mövzusunda balansı İranın xeyrinə dəyişdi. Çünki Amerikaya münasibətdə bu etimadsızlıq ictimai fikirə də təsirlidir. Bütün dünya görür ki, Amerika öz öhdəliçilikləri üzərində dayanmır. Amerika prezidentindən yazılı təzminat istənilməsi Qərb ölkələrinin də növbəti mərhələlərdəki mümkün etimadsızlığını aradan qaldıra bilər. Qərb ölkələri, xüsusi ilə Amerika sözdə sanksiyaların ləğvindən danışsalar da, əməldə bunun əksinə addım atırlar.
Suallardan biri də budur ki, Amerikada növbəti prezident nüvə razılaşmasına necə münasibət göstərəcək? Obamadan yazılı təzminatın istənilməsində növbəti məqsəd sonrakı prezidentin razılaşma ilə bağlı pozucu fəaliyyətini əngəlləməkdir. Amerikalılar rəsmi və qeyri-rəsmi şəkildə elan ediblər ki, hazırkı Amerika prezidentinin öhdəçiliklərinə görə özlərini məsul saymırlar. Xüsusi ilə 2016-cı ildə prezident seçkilərinə namizədlər, xüsusi ilə respublikaçıların namizədi ardıcıl şəkildə vurğulayır ki, İranla 5+1 arasında razılaşmalar Barak Obamanın məsuliyyətlərindəndir və sonrakı prezident üçün heç bir məsuliyyət yaratmır.
Respublikaçı prezidentlər açıq şəkildə bildirirlər ki, prezident seçiləcəkləri təqdirdə elə ilk gün bu razılaşmanı ləğv edəcəklər. Şəmsi 1393-cü il, yəni ötən il 47 Amerika senatoru İran rəhbərliyinə ünvanladığı məktubda sonrakı Amerika prezidentinin səlahiyyətlərini yada salmışdılar. Məktubda bildirilirdi ki, konqresdə təsdiqlənməyən istənilən bir razılaşmaya görə yalnız Obama məsuliyyət daşıyır. Sonrakı prezident bir imza ilə bu razılaşmanı ləğv edə bilər.
Amerika senatorlarının bu siyasi və etik rüsvayçılığı böyük faciədir. Buna hətta Amerikanın özündə etirazlar var. Elə bu məktuba etiraz olaraq Amerika xarici işlər naziri senatın xarici əlaqələr komitəsində demişdi: “Amerika senatorlarının İrana məktubu dünyanın Amerikaya olan etimadına bir zərbədir. Bu məktub minlərlə beynəlxalq razılaşmanı şübhə altına alır. Bəli, bu Amerika konqresi və gələcək Amerika prezidentinin haqqıdır. Amma konqresdə olduğum 29 ildə belə bir hadisə ilə rastlaşmamışam. Kimin prezident olması mühüm deyil. Əsas məsələ odur ki, bu vaxta qədər belə bir hadisə baş verməyib.”
Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq Cənab Rəhbər Ayətullah Xamenei Amerika prezidentinin sanksiyaların ləğvi ilə bağlı yazılı öhdəçiliyini nüvə razılaşmasının yerinə yetirilməsi üçün şərtlər sırasında qeyd edib.

Vilayet.nur-az.com


1269 بازدید