Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2015

Tələbə və şagirdlərlə görüşdə bəyanat: Amerikanı tanıyaq!

Dünya imperializmi ilə mübarizə günü astanasında Cənab Rəhbərin tələbə və şagirdlərlə görüşü
Bismillahir-Rəhmanir-Rəhim

Dünya imperializmi ilə mübarizə günü adlandırılan gündə əziz gənclər, tələbə və məktəblilərlə görüş bir qənimətdir. Bu məclisdə olan gənclər oyaq millətimizin gənclərindən bir qrupdur. Onlar gənc olmaqla yanaşı agah insanlar, analiz əhli, bəsirətli insan olaraq bu gün burada öz şüar və bəyanatlarını səsləndirdilər. Bütün insanlarımızda belə bir mövqe var.
Bu günlər Hüseyn ibn Əliyə (ə) aid olan günlərdir. Müsəlman ümmətin tarixi qiyam və etiraz günüdür. Bu gün təkcə şiələrə məxsus deyil, qeyri-şiələr də Hüseyn ibn Əlinin (ə) hərəkatını böyük, əzəmətli, ibrətli, nümunəvi bir hərəkat sayırlar. Bütün millətlər üçün bu hərəkat nümunədir. Xəbərdar olanlar belədir. Məlumatsız insanlar ayrıdır. Bizim də millətimizin iftixarlarından biri budur ki, Seyyidüş-şühəda ilə tanışdır, Kərbəlanı tanıyır, Aşura hadisələri ilə tanışlığı var.
Bu günlər Zeynəbi-Kübranın günləridir. Zeynəbi-Kübra həmin şəxsdir ki, Aşura hadisəsini yaşatdı, o dövrün siyasi hakimiyyətinə bu hadisəni unutdurmaq imkanı vermədi. Hadisəni Zeynəbi-Kübra səhnədə saxladı. Buna görə çox mühüm günlərdir.
Dövrümüz də tarixin mühüm dövrüdür. İran xalqı öz izzətini təsbit etməklə ümumi inkişaf planı yolu ilə böyük məqsədlərə goğru hərəkətdədir. Buna görə gənclərin agah, bəsirətli olması mühümdür. Bu yığıncaq həmin mövzularda söhbət üçün münasib bir fürsətdir.
Öncə bir nöqtə qeyd edirəm, bu nöqtə bir çox mövzuların əsasıdır. İmperializmlə mübarizə İslam inqilabında, xalqımız üçün ağıl və məntiq əsasında olan, elmi istinadı, düşüncəli bir hərəkətdir. Bəziləri belə təsəvvür yaratmaq istəyir ki, bu hərəkat bir şüardır, emosialardan yaranıb. Belə deyil. Hərəkatımız ağıl və məntiqə əsaslanır, düşüncə üzərində qurulub. Dinimizdə, Quran ayələrində, dini mənbələrdə bu barədə danışılıb. Fəth surəsinin 29-cu ayəsində buyurulur ki, onlar kafirlərə qarşı sərt, bir-birilərinə münasibətdə mehribandırlar. Tövbə surəsinin 12-ci ayəsində oxuyuruq ki, küfr başçıları ilə vuruşun. Biz hələlik bu ayələr barədə danışmırıq. Çünki bəzilərinin bu ayələrə etiqadı yoxdur. Biz İran xalqının təcrübələrinə istinad edirik.
Şəmsi 1332-ci ildə ölkəmizdə bir hadisə baş verdi. 28 mordad hadisəsi. Bu hadisədən İran xalqı böyük bir təcrübə qazandı. Həmin təcrübə bizi xəta və səhvlərdən qoruyur. Bu təcrübəni heç zaman unutmaq olmaz. 32-ci ildən bu günə qədər 60 il ötüb. Bu 60 ildə belə hadisələr təkrarlanıb. Bundan əlavə, bir hadisə ibrətamizdirsə onun üzərindən illərin ötməsi təsirsizdir, ondan dərs götürmək lazımdır. O zaman Müsəddiq dövləti ölkənin milli sərvəti olan nefti mərhum Ayətullah Kaşani kimi insanların köməyi ilə İngiltərənin caynağından çıxara bildi. Bu işdə böyük bir səhvə yol verildi, və bu tarixi səhv Amerikaya güvənmək idi. Düşündülər ki, İngiltərə ilə baş-başa gəldikləri zaman beynəlxalq səhnədə bir arxaya ehtiyac var və Amerikanın onlara arxa olacağını düşündülər, Amerikaya etimad göstərdilər. Amerikalılar bu sadəlöhvlükdən istifadə etdilər, 28 mordadda bir çeviriliş yaratdılar. Adı bizə yaxşı məlum olan amerikalı bir məmur ölkəmizə gəldi, İngiltərə və ya Kanada səfirliyində yerləşdi. Özü ilə gətirdiyi pulu bölüşdürdü, onunla gələnlər arasında xain ünsürlər vardı. Daxildə də xəyanət edənlər tapıldı. 28 mordad çevirilişi həyata keçirildi. İran xalqının 2-3 il boyu çəkdiyi zəhmətlər hədərə getdi, neftin milliləşdirilməsi üçün görülən işlər puça çıxdı. Müsəddiqi həbs edib İrandan qaçmış Məhəmmədriza Pəhləvini geri qaytardılar, taxta əyləşdirdilər. 32-ci ildən 57-ci ilə qədər, yəni 25 il bu xalq pəhləvi hakimiyyətinin boyunduruğunda, təzyiqlər və sıxıntılar altında yaşadı. Bu işi amerikalılar gördülər. Onların hərbi təlimatçıları ordumuza, iqtisadçıları iqtisadiyatımıza hakim olub öz siyasətlərini yeritdilər. Bütün bunlar açıq şəkildə həyata keçirilirdi. Gizli işlər də vardı. Təəssüf ki, hələ ki, ekspertlərimiz ölkənin milli və insani sərvətlərinin məhv edilməsinin gizli planlarını, Amerika tərəfindən 25 ildə həyata keçirilən xəbis siyasətləri üzə çıxara bilməyib. Bu məsələləri araşdırmaq, aydınlaşdırmaq lazımdır. 25 il İran xalqına təzyiq göstərdilər, insan resurslarını məhv etdilər, milli sərvətləri taladılar, İran xalqını məntəqənin müsəlman xalqları arasında alçaltdılar. Bəli, Amerika 25 il müddətində bu işləri gördü. Çoxlu insan öldürüldü, həbs edilənlər oldu, insanlar işkəncəyə məruz qaldı, ölkə daxilində İran xalqına qarşı çirkin siyasətlər həyata keçirildi. Bütün bunlar amerikalıların və onların əlaltısı olan dövlətin sayəsində baş tutdu. Bütün bunlar ona görə idi ki, həmin sadəlövh cənab öz işində Amerikaya etimad göstərmişdi.
Hadisələrə münasibətdə xalqlar iki qisimdir. Bəzi millətlər çətinliyi dadır, amma düzgün təhlil aparıb nəticə çıxara bilmir. Sonda doğru yol seçə bilmirlər. Bəzi millətlər belədir. Fəal, ləyaqətli rəhbəri olan millətlər çətinliklərə dözür, bunun kənarında öz agahlıq və bəsirətini gücləndirir, düzgün və məntiqi inanclar dalınca gedir. İran xalqı belə xalqlardandır. Allah-Taala lütf etdi, böyük imamı bu xalqa rəhbər olaraq nemət verdi. İmam bu xalqı oyatdı, ona bəsirət verdi, özü çətinliklərə dözdü, həbs edildi, sürgünə göndərildi, amma məqsəddən əl çəkmədi. Tədricən bu agahlıq və bəsirət hər yerə yayıldı, 56, 57-ci illərdə İran xalqının ümumi hərəkatına çevirildi. Bu hərəkatın məqsədi, hədəfi təkcə şahlıq deyildi, həm də Amerika idi. Xalq yaxşı başa düşürdü ki, bu cinayətlərin arxasında Amerika dayanır. Bunu başa düşürdülər. Böyük imam 1342-ci ildə İslam hərəkatının başlanğıcında buyurmuşdu: “Amerika prezidenti bu gün İranda ən nifrət edilən fərddir. İmam bunu ictimai fikirə çevirdi. Xalqa başa saldı ki, bütün oyunların arxasında Amerika, ona bağlı şirkətlər dayanır. Beləcə bu mübarizə nəticəyə çatdı.”
Harada millətlər hərəkət etsə, möhkəm dayansa, səbr və müqavimət göstərsə, onların qələbəsi qətidir. Hər yerdə belədir. Məğlubiyyətlə nəticələnən mübarizələrin problemi budur ki, millətlərin taqəti olmur, dözümsüzlük göstərirlər. Ya da hərəkatı düzgün idarə edəcək rəhbərlər yoxdur. Biz son illərdə şahid olduq ki, bəzi yerlərdə millətlər hərəkat yaratdılar, əzm və iradə göstərdilər və nəticəyə çatdılar. Amma ləyaqətli rəhbər bu hərəkatı düzgün idarə edib, düzgün hədəfi müəyyənləşdirə bilər. Xalqa düzgün yolu həmin rəhbərlər göstərə bilər. Onların belə rəhbərləri olmadığı üçün sonda məğlubiyyətə uğradılar. Son illərdə bütün bunlara şahid olmuşuq. Mən hansısa ölkənin adını çəkmək istəmirəm.
İran xalqı düzgün yol tutdu, hərəkatı düzgün irəli apardı. İqtidarlı, agah, qətiyyətli, Allaha təvəkkül edən rəhbəri vardı. Allaha yardım edənlərə Allahın da yardım edəcəyi barədə ilahi vədə istinad edənlər qələbəyə çatdılar, nəticədə asılı pəhləvi rejimi, padişahlıq üsul-idarəsi İranda ləğv olundu. Padşahlıq bütün ölkələr üçün bir xəcalətdir. Buna İranda son qoyuldu, xalq öz taleyinin sahibi oldu.
Burada mühüm nöqtə odur ki, İranda baş verən hadisələrə, xalqın hərəkatına ilk etiraz edən Amerika idi. Başqa ölkələr də vardı, onlar da narazı idilər. İranda yaranan vəziyyətə bir o qədər də reaksiya göstərmədilər. Amma Amerika sadəcə narazılıqla kifayətlənmədi. Qələbənin ilk aylarında Amerika senatı İran İslam Respublikasına qarşı sərt qətnamə qəbul etməklə öz düşmənçiliyini aşkar ortaya qoydu. O dövrdə hələ İranda Amerika səfirliyi açıq idi. İnsanın Amerika ilə rabitələr, Amerika ilə dostluq sayəsində çətinliklərdən yaxa qurtacağını düşünənlər bu tarixi təcrübəyə müraciət etsinlər. İnqilab qələbə çaldı və Amerikanın səfirliyi yerində dururdu. Amerikalılar ölkə daxilində rahat hərəkət edirdilər. İnqilab amerikalıların ölkədən çıxması barədə qərar qəbul etməmişdi. Başqa ölkələrin səfirlikləri, başqa ölkələrin diplomatları kimi yaşayırdılar. O zaman Amerika dövləti inqilabla düşmənçiliyini aşkarladı. Bundan əlavə İran xalqının açıq düşməni olan Məhəmmədrza Amerika tərəfindən qəbul olundu. Onu Amerikaya apardılar, əslində İran xalqının düşməninə sığınacaq verdilər. Təbii ki, hərəkətə münasibətdə reaksiya oldu. Bu tələbələrin reaksiyası idi. Onlar Amerika səfirliyini tutdular. Məlum oldu ki, səfirlik əslində bir casus yuvası imiş. Aydın oldu ki, inqilabdan ötən aylar ərzində bu casus yuvasında inqilab əleyhinə fitnələr hazırlanırmış. Bura bir fitnə mərkəzi imiş. Bu müddəaları Amerika səfirliyində ələ keçən sənədlər sübut edir.
Əziz gənclər! Casus yuvasından götürülən sənədləri oxuyun, bu çox ibrətamizdir. Səfirliyi ələ keçirən tələbələr başa düşdülər ki, bura casus yuvası imiş. Kağızdoğrayan aparatlarda doğranmış kağızları bərpa etdilər, ağır zəhmətlər bahasına bu işi görüb onları nəşr etdilər. 70-80 cild kitab nəşr olundu. Bütün bunlar göstərir ki, Amerika istər inqilabın əvvəllərində, istərsə də inqilab qələbə qazanandan sonra, eləcə də İslam Respublikası yaradılandan bu günə qədər ölkəmizə qarşı fitnəkarlıqla məşğul olub. Amerika budur. Bütün bunlar inqilabdan sonrakı illərə aiddir.
İnqilabdan əvvəl xalqın əzəmətli hərəkatı dövründə 8 bəhməndə, yəni imam ölkəyə daxil olmamışdan bir neçə gün öncə Tehran küçələrində xalq izdihamla səsini qaldırdı. 17 şəhrivər hadisələrində də Amerikanın əlaltılarının rolu vardı. Bunlar da öz yerində. Amerika general Hayzeri göndərmişdi, o bir yolla şah rejimini xilas etmək istəyirdi. Xatirələrində yazır general Qarabağiyə silahı xalqa tərəf çevirməyi göstəriş verdim. Bütün bunlar tarixi sənəddir. Yəni xalqa atəş açmaq əmri verilib. Xalq qətliam edilsin deyilib. Onlar da bu işi görüblər, xalqı hədəfə alıblar, bir qrup gənc şəhadətə çatsa da, cəmiyyət geri çəkilməyib. Hayzer deyir ki, Qarabaği gəldi, xalqı hədəfə almağın faydasız olduğunu söylədi. Dedi ki, xalq geri çəkilmədi. Hayzer deyir ki, mən şah generalının sadəlövhlüyünü gördüm. Onlar dayanmamalı, ardıcıl atəş açmalı idilər. İndi görün ki, həmin rejim əlaltı bir rejim olub. Amerikalı general iranlı zabitə öz xalqına atəş açmağı göstəriş verir. O da amerikalının göstərişi əsasında hərəkət edərək, atəş açıb. Sonra deyir ki, bu faydasız oldu. Amerikalı isə bu fikrin uşaq fikri olduğunu düşünür. Pəhləvi rejiminin İrandakı işi bu olub.
Amerikalılar bizimlə, inqilabla belə rəftar etdilər. Bütün ötən illərdə də bacardıqları qədər fitnəkarlıq ediblər. Hansı qruplaşma inqilaba qarşı çıxıbsa Amerika tərəfindən himayə olunub. Şəhid Nojeyi Həmədan qərargahı qiyamı adı ilə tanınan qiyam bu hadisələrdən biridir. Ölkənin müxtəlif güşələrində nasionalist amillər inqilaba qarşı çıxanda onu himayə ediblər. Sonra Səddam Hüseyni İrana hücuma həvəsləndirdilər, 8 il Səddama kömək etdilər. 8 il! Bütün müharibə boyu, xüsusi ilə müharibə başlayandan 2-3 il sonra köməklərini gücləndirdilər. Təəssüf ki, Avropa müttəfiqləri də belə etdi. Amerikalılar inqilabımıza qarşı bu münasibəti göstərdilər. Onlar çalışırdılar ki, bu üsul-idarəni aradan qaldırsınlar. Bu səhv bir hesabat idi. Yanılmışdılar. Düşünürdülər ki, burada Afrika və ya Asiyanın filan ölkəsi kimidir, çeviriliş edib adını inqilab qoyarlar, mövcud üsul-idarəni aradan qaldırarlar. Bilmirdilər ki, bu hərəkat öncə xalqa bağlıdır. Bu inqilab xalq inqilabıdır. İkincisi, bu inqilab dini inanclara bağlı inqilabdır. Bütün bunları anlamadılar. Buna görə də ötən 36, 37 ildə amerikalılar İrana qarşı hər yola əl atdılar və məğlub oldular. Bundan sonra da inşallah məğlub olacaqlar. Bu sözlərdə məqsəd budur ki, biz İran xalqı olaraq ölkəmizi sevirik, bir xalq olaraq özümüz üçün bir gələcək planlaşdırmışıq. Həmin gələcəyə çatmaq istəyirik. Amerikanı tanıyaq, məqsəd budur.
Amerikalıların son illərdə gördüyü işlərdən biri budur ki, bəzilərini Amerikanın simasını bəzəyib-düzəməyə sövq ediblər. Belə təsəvvür yaratmaq istəyirlər ki, amerikalılar bir gün düşmən idilərsə, artıq vəziyyət dəyişib, daha düşmən deyillər. Məqsəd budur. İran xalqından düşmənin simasını gizləməyə çalışırlar. İstəyirlər xalq öz düşmənindən xəbərsiz qalsın, düşmən də öz işini görə bilsin, arxadan xəncərini sancsın. Məqsəd budur. Əlbəttə ki, bəziləri bu işi bilərəkdən görür, bəziləri isə sadəlövhdürlər. Həqiqət budur ki, Amerikanın məqsədi dəyişməyib, İran İslam Respublikasına münasibətdə niyyəti əvvəlki niyyətdir. Əgər bu gün İslam Respublikasını məhv etməyi bacarsa bir an belə yubanmaz. Amma bunu bacarmır. İnşallah, siz gənclərin təlaşı ilə, inkişafınızla, İran xalqının dərin bəsirəti ilə gələcəkdə də bu işi görə bilməyəcək. Ağlayırlar da. Nüvə müzakirələrində amerikalı məmur müharibəyə müxalif olduğunu deyir və ağlayır. Bəziləri sadəlövhcəsinə deyə bilər ki, doğrudan da bu insanlar yaxşı insanlardır. Bu abid pişiyin müjdəsi kimidir. Amma müharibəyə bu qədər nifrət edən həmin şəxs, kamera qarşısında göz yaşı axıdan adam sionistlər Qəzzədə yüzlərlə körpəni tikə-tikə doğrayanda, qadın və uşaqları, qoca və gəncləri amansızcasına qətlə yetirəndə qaşqabaqlarını da göstərməyiblər. Əgər siz müharibəyə bu qədər nifrət edirsinizsə bu xəbis qəssava, cəllada, xalqı, uşaqları qətliam edənə bir söz deyin, üzünüzü bozardın. Amma təşviq də edirlər. Onlar Qəzzəyə hücum edəndə Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, İsrailin özünü müdafiə etmək hüququ var. Həmin vəziyyət bu gün Qərb sahilində başqa formada davam edir. Belə çıxır ki, Fələstin xalqının özünü müdafiə etmək hüququ yoxdur. Əkin sahələrini dağıdırlar, gənclərini öldürürlər, evlərinə od vururlar, neçə aylıq körpələrini diri-diri yandırırlar, ata-anasını oda atırlar, amma Fələstin xalqının heç bir cavab vermək hüququ olmamalıdır!! Bu gün də sionist rejimi təşviq edir, kömək göstərir, himayə edirlər. Neçə aydır ki, Yəmən xalqı mərmilər altında qalıb, evlər dağılıb, infrastrukturlar məhv edilib. Təyyarələr insanları qətliam edir. Amerikalılar bir kəlmə də söz demir, üstəlik himayə edirlər. Amerika budur. Sonra da kamera qarşısında göz yaşı tökürlər. Bunu səmimi qəbul etmək olarmı?! Buna kimsə inanarmı?!
İran xalqı öz yolunu tapıb. İran xalqı onun daxili işlərinə müdaxilə etməyən, təcavüzə əl atmayan xalqlar və dövlətlərlə heç bir problem yaşamır, bunu görürsünüz. Mən xalqları nəzərdə tutmuram, amma dövlətlər var ki, İran İslam Respublikasına münasibətdə səmimi deyillər, bunu bilirik. Amma müdaxilə də etmirlər. Bizim də onlarla işimiz yoxdur, rabitələrimiz var. Ticarət münasibətləri var, müzakirələr aparırıq. Amma bir dövlət ki, müdaxilə edir, İran xalqını məhv etmək üçün hər bəhanəyə əl atır. İran xalqı beləsinə göz yuma bilməz. Bunun nə ağıl, nə şəriət baxımından əsası yoxdur. Nə vicdan, nə insanlıq haqqı belə düşmən qarşısında sakit dayanmağa icazə vermir. Ona dost gözü ilə baxmaq olmaz. Beləsinə dost kimi əl uzatmaq olmaz. Bu mümkün deyil. Amerikalılar belədir. Bütün imkanları ilə çalışırlar ki, İran İslam Respublikasını getdiyi yoldan saxlasınlar. Müxtəlif üsullarla təbliğat aparırlar. Bu gün də tam fəaldırlar.
Qeyd etdim ki, onların ilk səhvi bu xalqın meydanda nə üçün özündən keçməsini anlamamalarıdır. Tədricən bunu başa düşürlər. Başa düşürlər ki, bu xalqın, gənclərin inancıdır. Din və Quran dərsləridir. Ona görə də həmin inancları hədəfə alırlar. Bu gün müxtəlif yollar, vasitələrlə etiqadlara hücum edirlər. Gənclər buna diqqətli olmalıdır. Gənclər öncə İran xalqının mübarizə tarixini çox oxusunlar. Natiqlər bu günkü gənclərə İran xalqının mübarizə tarixindən danışsınlar. Desinlər ki, kimlər İran xalqının qarşısında dayanıb. SAVAK-ı kim yaradıb, işkəncə üsullarını SAVAK-a kim öyrədib? Möminlər kimlərinə nəzarəti altında işkəncəyə məruz qalıb. Gənclərimiz bütün bunlardan xəbərdar olmalıdır.
Xoşbəxtlikdən İran xalqı oyanıb. Həmd olsun Allaha ki, xalqımız, universitetlərimiz, tələbələrimiz oyaqdır. Çox çalışırlar ki, vəziyyəti geri qaytarsınlar, amma bacarmırlar və bacarmayacaqlar. Tələbə oyaqdır. Məktəbli də beləcə oyaqdır. Bu oyunlar, əyləncələr İran xalqının etiqadını dəyişə bilməz. İran xalqı bilir ki, düşmən nə iş görür, və onun yolu nədir. Bir zaman universitetlərimiz Qərbə doğru bir korpü idi. Deyirdilər universitetə gedək, sonra Qərbin qucağına, ağuşuna düşərik. İstedadlılar getsin onların mənafeinə işləsin, başqaları qalsın dünya həyatına məşğul olsun!! Bu gün universitet belə deyil. Bu gün universitet böyük məqsədlərə qaldıran pillə kimidir. Bəziləri bu pillələri məhv etmək, yenə də Qərbə uzanan korpünü yaratmaq istəyirlər. universtetlərimizi əvvəlki vəziyyətinə döndərməyə çalışırlar. Gənclərimiz oyaq olmalıdır və həmd olsun Allaha ki, oyaqdırlar.
İran İslam Respublikası İslama bağlılıq bərəkəti ilə, xalqa bağlılıq sayəsində, bəsirət və agahlıqla nəinki sabitdir, həm də inkişafdadır. Biz inkişaf edirik. Elə nüvə müzakirələrində iddialı gücləri müzakirə masası arxasına oturdan İran xalqının tərəqqisi oldu. Ümid edirdilər ki, İran xalqını ümidsizləşdirə bilərlər. İran xalqının iqtidarı özünü göstərdi.
Xarici düşmənçiliklər üzərində dayanmağımız daxili zəifliyimizyi pərdələmək üçün deyil. Bunu siz gənclərin diqqətinə çatdırıram. Daxili zəifliyimiz var, düşmən çox vaxt bu zəifliklərdən faydalanır. Bu zəiflikləri aradan qaldırmaq lazımdır. Siyasətdə, icrada, fəaliyyətlərdə bəzən zəiflik, tənbəllik müşahidə olunur. Ölkədə prioritet istiqamətlərin müəyyənləşdirilməsində zəiflik var. Bəzən haşiyə bir məsələdən dolayi ölkə daxilində müəyyən qüvvələr baş-başa gəlir. Hansı ki, bu məsələ zəruri bir məsələ deyil. Bu zaman düşməndən qəflətdə qalırıq, bu bizim zəifliyimizdir. Bunu aradan qaldırmaq lazımdır. Amma pul xərcləyən, oyaq hərəkət edən düşmənin heç bir cinayətdən çəkinməyəcəyini bilməliyik. Bəziləri daxildəki haşiyə məsələlər səbəbindən xarici düşməni yaddan çıxarır. Amerikanı yaddan çıxarırlar. İmam buyururdu ki, üzünüzü Amerikaya tutub bacardığınız qədər yüksək fəryad qoparın. Yəni bir-birinizin üzərinə fəryad çəkməyin. Demirəm tənqid olmaz. Hər halda cəmiyyətimiz azaddır, tənqid hüququ var, tənqid də inkişaf səbəbidir. Amma əsas düşməni fikir ayrılığı olan dostdan ikinci planda saxlamaq olmaz. Əsas düşmən başqa yerdədir. Əsas düşmən o şəxsdir ki, bütün gücü ilə İran xalqının nailiyyətlərini əlindən almaq istəyir. İran xalqının fəallığı, milli hakimiyyət, Quran və İslam təfəkkürünün nüfuzu bu xalqın nailiyyətləridir. Bunlar böyük nailiyyətdir, bizi inkişafa aparır. Bu günə qədər də inkişaflarımız çox olub. Bundan sonra da böyük məqsədlərə çatacağıq. Bunu xalqın əlindən almaq istəyirlər. Əlaltı, qərbə satılmış, qərbə məftun bir hökumət istəyirlər. Bunu yaddan çıxarmamalıyıq. Bu düşmən diqqət mərkəzində saxlanılmalıdır.
Gənclərə tövsiyəm budur ki, tələbə və şagirdlər təhsillərində ciddi olsunlar. Elm iqtidar vasitəsidir. Milli iqtidarın mühüm amillərindən biri elmdir. Elm ardınca gedin. Ümumi məqsədləri şəxsi istəklərinizdən önəmli sayın. Hazırkı vəziyyətə münasibətdə agahlığınızı, tarixi keçmişlə bağlı biliklərinizi artırın.
Bu gün böyük dünya səhnəsində vəziyyət belədir. Hegemon dövlətlər bir tərəfdə dayanıb, ixtiyarlarında olan maddi imkanlar sayəsində başqalarını qorxu altında saxlayırlar. Bəzi zəif dövlətlər də var ki, səsini çıxarmaq cürəti yoxdur. Amma arada uca səslə bu vəziyyətin məhkum edən var və o İslam Respublikasıdır. Bu gün İran İslam Respublikası uca səslə, qorxub-çəkinmədən, düşmənin hədələrinə məhəl qoymadan zülmə, istibdada, istismara qarşı çıxır. Bunu başqa xalqlar eşidir və bundan təsirlənir. Diqqətinizə çatdırıram ki, millətlər İran xalqının hərəkatından təsirlənir və bu dünyada müşahidə olunur. Xüsusi ilə İslam dünyasında görünür. İran xalqına, inqilab öncüllərinə, böyük İmama heç kimə göstərmədikləri hörməti göstərirlər. Çünki bu uca səs onlara çatır. Bu səsi itirməyin. Bunu bilin ki, Amerikaya ölüm şüarı məntiqi və möhkəm bir istinadgahdır. Aydın məsələdir ki, Amerikaya ölüm deyəndə Amerika xalqı yox, Amerikanın siyasətləri nəzərdə tutulur. İmperializmə ölüm deyilir. Mənası budur. Bu düşüncəli bir addımdır. Bunu hansı xalqa izah etsək bəyənər və qəbul edər.
Həmd olsun Allaha ki, İslam Respublikası öz yolunu açıb, irəli gedir. Şəkk etmirəm ki, siz əziz gənclər gələcək üçün nəzərdə tutulmuş böyük planlarını reallaşmasını görəcəksiniz. Şəkk etmirəm ki, gələcək elə olacaq, siz inşallah məmləkətinizi quracaqsınız. Başqa millətlərin ilham mənbəyi olacaqsınız. Allahın tövfiqi ilə xalqları qorxuya salmış zəncirləri qıracaqsınız, xalqları qorxu altından çıxaracaqsınız. Siz gənclər şübhəsiz Allahın tövfiqi ilə bunu görəcəksiniz. Bir şərtlə ki, yolu davam etdirəsiniz. Bir şərtlə ki, imanla, ümidlə hərəkət edəsiniz, bəsirətinizi əldən çıxarmayasınız. Ölkədə baş verən müxtəlif hadisələr barədə sonralar danışacağıq. Bu hadisələrlə bağlı meyarlar nəzərdə tutun, bu sizə yolu düzgün getməkdə kömək edər. İnşallah.
Allah-Taaladan əziz şəhidlərimizin peyğəmbərlərlə məhşur olmas