Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2015

“Biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik”

Hüseyn ibn Əli (ə) bugünkü dünyada ötən əsrlərə nisbətən daha artıq tanınmışdır
Məsum İmamların həyatında onların İslam quruluşu qurmaq istəyinə və fəaliyyətinə dair çoxlu nümunələr vardır. İmamlar bu mühüm iş üçün müxtəlif nümunələr təqdim etmişlər. Şəhidlər ağasının qiyamı və hərəkəti bunların ən mühümüdür.
İmam Hüseyn (ə) bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi. Bu vacib əməl tarix boyu müsəlmanların hər birinə aiddir. İslam cəmiyyəti quruluşunun köklü bir fəsada düçar olduğunu və İslam hökmlərinin bütünlüklə dəyişmək ehtimalının olduğunu gördükdə hər bir müsəlman qiyam etməlidir; sözsüz ki, münasib şəraitdə, yəni bu qiyamın təsir bağışlayacağı bilindiyi zaman. Sağ qalmaq, öldürülməmək və ə