Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

Aşura nə üçün İslam tarixində bu qədər böyük təsirlər qoymuşdur?

Aşura mövzusu tükənməyən və əbədi bir mövzudur
İran xalqının böyük inqilabında da Aşuranın, Hüseyn ibn Əlinin (ə) və məhərrəm hadisələrinin xatirəsinin əsaslı rolu vardır. Aşura mövzusu tükənməyən və əbədi bir mövzudur. Bu hadisə nə üçün İslam tarixində bu qədər böyük təsirlər qoymuşdur? Mənim fikrimcə Aşura məsələsi ona görə qeyri-adi əhəmiyyətə malikdir ki, bu hadisədə olan fədakarlıq və candan keçmək müstəsna bir fədakarlıqdır. İslam tarixinin əvvəlindən bu günədək həmişə müharibələr, şəhadətlər və fədakarlıqlar olmuşdur. Biz də öz dövrümüzdə mücahidlik edən, canından keçən və çətin şəraitə dözən çox insanlar görmüşük. Bizim bütün bu şəhidlərimiz, bütün bu əlillərimiz, əsir d