Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

Ruhanilərin vəhdəti üçün yaranan misilsiz tarixi fürsət

Biraz ayıq olaq və son hadisələrdən nəticə çıxaraq
Son hadisələrdə çoxlu mesajlar var.

Bu mesajların ən önəmli incə nöqtələri Hacı Tale qardaşımızadır. Bir hissəsi isə Azərbaycanın müsəlman xalqına məxsusdur.

Biraz ayıq olaq və son hadisələrdən nəticə çıxaraq.

Bir neçə gündür tv kanalları hacı Tale barəsində iftira və böhtan dolu verlişlər hazırlamaqla məşğuldurlar. Əgər Hacı Tale terroristdirsə, İŞİD təmsilçisidirsə, onda belə çıxır ki, Azərbaycanda yaranan müasir İslami hərəkatın zindandakı, baniləri və liderləri daha təhlükəli və daha böyük terrorçulardır. Deməli bu şantajçılar Azərbaycan cəmiyyətinə əsl təhlükə İŞİD deyil şiələrin olması mesajını vermək istəyirlər. O Şiə məktəbi ki, mərcəiyyətə bağlıdır.
Bu şüar, İsrail rejiminin fəryad çəkdiyi təfəkkürdir. Netanyahu belə deyir: ŞİƏ bizlər üçün İŞİD-dən də təhlükəlidir. Son parlament seçkilərindən öncə “seçkiləri izləmək” bəhanəsi ilə Libermanın Bakıya səfəri, heç də təsadüfü deyil.
Bü gün Azərbaycan tv kanallarının Hacı Taleyə qarşı etdiyi təxribat, yalnız qondarma İsrail prezidentinin verdiyi bu şüarı və icraçılarının əli ilə qurulmuş planların nəticəsidir. Bu təfəkkürün vətənimizdə formalaşdırmaq zəhmətini İsrail nökərləri olan tv kanallarımız çəkirlər və bu çirkin planı icra edirlər. Buna 100% əmin ola bilərsiniz.!
Əgər bu cılız tv kanallar, Hacı Taleni terrorist qələmə vermək üçün hazırladığı filmin sonunu Ayətullah Nuri Həmədani ilə olan görüşü nümayiş etdirirsə və bu müctehidi terrorçuların himayətçisi kimi qələmə verirsə, belə nəticə alınır ki, öz din aliminin əlini öpən hər müsəlman terrorçudur. Yəni bu kanalların məntiqinə əsasən siyasi mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən əksər ruhanilər, terrorçu və vətən xainidirlər. Bu məntiqə əsasən, ən yaxşı halda başda Ocaq Nicat ağa olmaqla Ayətullah Nuri Həmədani ilə görüşlərdə iştirak edən din xadimləri və yaxud İranda bu müctehidlər tərəfindən başına əmmamə qoyulan bütün Şiə din xadimləri terroristdirlər. Belə çıxır ki, Ayətullah Həmədanini ölkəyə dəvət edən və onun gəlişini “nemət” adlandıran QMİ-nin sədri Allahşukur Paşazadə ölkə terrorçularının başında dayanır. Deməli əgər Müctəhidlərin əlini öpmüsənsə və yaxud onlar tərəfindən əmmamə almısansa ya gərək saray mollasına çevrilib zalımla açıq-aşkar beyət etməlisən, ya da əks təqdirdə terrorçu və vətən xainisən.
Əziz ruhanilər! Bu təxribat Azərbaycanın bütün din xadimlərinə qarşı planlaşdırılan əməliyyatdır. Fərq etməz siyasi arenada olan ruhani olsun ya qeyrisi.
Əziz müstəqil ruhanilər, axundlar və din xadimləri! Ruhanilərin vəhdəti üçün çox gözəl və misilsiz fürsət yaranıb. Əziz ruhanilər, əllərinizdən öpür və bir kiçik qardaşınız kimi sizə xahişlə müraciət edirəm. Bu məsələdə artıq Hacı Taledən söz getmir, burada mərcəiyyətə, Azərbaycanın bütün müstəqil ruhanilərinə və müsəlmanlarına hörmətsizlik edirlər. Fərqi yoxdur Hacı Talenin tutduğu mövqeyini bəyənirsiniz ya yox. Bu artıq Şiə ruhanisinin və Peyğəmbər libasının müdafiəsinə qalxmaq məsələsidir. Lazım deyil küçələrə tökülək. Ən azından vəhdət Qələmlərimizi ələ alaq, İsrail nökəri olan bu tv kanallarının təxribatını, buna şərait yaradan amilləri məhkum edək və bu etirazı xalqımızın nəzərinə çatdıraq. İnşaallah bu hərəkətlə düşmənin belini qırmış olarıq.
Allahdan hər birinizə müvəffəqiyyət arzu edirəm!

Tohid İbrahimbəyli


1512 بازدید
در حال ارسال اطلاعات...