Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2015

ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ

Həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır
Qurani-Kərim axirətdə Qiyamətin bərqərar olunması və bütün insanların dirildiməsini heç bir şəkk-şübhə olmayan məsələlərdən biri kimi qeyd edərək buyurur:

«Həqiqətən, Qiyamət saatı gələcəkdir və onda heç bir şəkk-şübhə yoxdur.» (“Ğafir” surəsi, ayə:59; həmçinin bax: “Ali-İmran” surəsi, ayə:9, 25, “Nisa” surəsi, ayə:87, “Ənam” surəsi, ayə:12, “Kəhf” surəsi, ayə:21, “Həcc” surəsi, ayə:7, “Tur” surəsi, ayə:7, “Casiyə” surəsi, ayə:26 və 32.)

Quran bu məsələni həqiqi və heç bir şübhə edilməyəcək məsələlər sırasında qeyd edərək buyurur:

«Əlbəttə! Bu, Allahın haqq olan vədəsidir.» (“Nəhl” surəsi, ayə:38; həmçinin bax: “Ali-İmran” surəsi, ayə:9, 191, “Nisa” surəsi, ayə:122, “Yunis” surəsi, ayə:4, 55, “Kəhf” surəsi, ayə:21, “Ənbiya” surəsi, ayə:103, “Furqan” surəsi, ayə:16, “Loğman” surəsi, ayə:9, 33, “Fatir” surəsi, ayə:5, “Zümər” surəsi, ayə:20, “Nəcm” surəsi, ayə:47, “Casiyə” surəsi, ayə:32, “Əhqaf” surəsi, ayə:17.)

Onun gerçəkləşəcəyinə dair dəfələrlə and içmişdir. O cümlədən buyurur:

«De: Əlbəttə! And olsun Rəbbimə! Siz hökmən diriləcəksiniz və gördüyünüz əməllərdən agah olunacaqsınız. Bu, Allaha üçün çox asandır.» (“Təğabun” surəsi, ayə:7; həmçinin bax: “Yunis” surəsi, ayə:53, “Səba” surəsi, ayə:3.)

Camaata bu barədə xəbərdarlıq verilməsi peyğəmbərlərin vəzifələrindən ən mühümü kimi qeyd olunur və buyurulur:
«Ruhu Öz əmri ilə bəndələrindən istədiyi kəsə ilqa edir ki, (bəndələri) Təlaq (Qiyamət) günündən qorxutsun.”
Onu inkar edənlər üçün isə əbədi bədbəxtçilik və Cəhənnəm əzabını müqərrər edərək buyurur:

«Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.» (“Furqan” surəsi, ayə:11, “İsra” surəsi, ayə:10, “Səba” surəsi, ayə:8, “Muminun” surəsi, ayə:74.)

Deməli, bu səmavi kitabın - Quranın haqq olmasını dərk edən bir şəxsin məadı inkar etmək və ya onun barəsində şəkk-şübhə yaratmaq üçün heç bir bəhanəsi olmayacaqdır. Həqiqət axtaran hər insan üçün əgər insafla araşdırma apararsa, Quranın haqq olması məlum olacaqdır. Buna görə də heç kəs onu qəbul etməmək barəsində bəhanə gətirə bilməz. Yalnız əqli cəhətdən naqis (anormal) olan, yaxud müəyyən səbəblərə görə haqqı qəbul edə bilməyən şəxslər istisna olunur.


1729 بازدید
در حال ارسال اطلاعات...