Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

BÜTÜN DƏYƏRLƏRİN BÜNÖVRƏSİ TƏQVADIR

Bəzən İslamda təqva, elm, cihad kimi bir çox şeylərin dəyər sayıldığı şərti ifadədir
Əmirəlmöminin (ə) vəsiyyətində İmam Həsən (ə) və İmam Hüseynə (ə) müraciət edir. Həzrət İmam Həsən (ə) və İmam Hüseynə (ə) müraciət etməklə yanaşı başqalarını da nəzərdə tutmuş, öz xitabının dairəsini geniş götürmüşdür. İmam Həsən (ə) və İmam hüseynə (ə) xitab etdikdən sonra buyurur: «Yazımın çatacağı hər kəsə!» Yəni son anlarda həzrətin yanında olmasalar da, onun vəsiyyətindən bütün xəbər tutanlara! Belə görünür ki, vəsiyyət yazılı şəkildə olmuşdur. Çünki «yazımın çatacağı hər kəsə» buyurulur.
Hər halda vəsiyyətin bu hissəsi bütün möminlərə, xüsusi ilə İmam Həsən (ə) və Hüseynə (ə), o cümlədən həzrətin digər övladlarına tapşırıqlardan ibarət