Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2015

İMAM SƏCCADIN (Ə) SARAY ALİMİNƏ YAZDIĞI MƏKTUB

Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifadə edirlər
Məhəmməd ibni Müslüm Zühəri məşhur alimlərdən idi. O, Peyğəmbərin (s) səhabələrindən on nəfərini görüb ziyarət etmişdi. O, hicri tarixi ilə 185-ci ildə Bağdad şəhərində dünyadan köçdü. (Qəbri “Babüttin qəbiristanlığındadır). Məhəmməd ibni Müslüm Zühəri zəmanəsinin zalım padşahları ilə oturub-durur, bəzi vaxtlar onların məclislərində iştirak edirdi. İmam Səccad (ə) bu işinə görə ona tənbehedici bir məktub yazıb islam dininin belə alimlərə qarşı münasibətini aydınlaşdırdı. O məktubun bir hissəsini nəzərdən keçirək:
«Onların (zalım padşahların) səni özlərinə tərəf çəkməsi sənin (elmi və mənəvi cəhətdən) ləyaqətinə görə deyildir. Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifad