Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Aşura ibrətləri

Ayətullah Xamenei: Nə üçün Peyğəmbərdən (s) qısa müddət sonra İmam Hüseyn (ə) belə bir fədakarlıq göstərməyə məcbur oldu?
Bir hadisənin dərsləri ilə ibrətləri arasında fərq var. Hadisənin ibrətlərində onun təkcə müsbət cəhətləri yox, həm də mənfi cəhətləri nəzərdən keçirilir. Aşura ibrətləri arasında cəmiyyətin İmam Hüseynin (ə) qiyamına biganəliyi hətta müxalifəti önəmli yer alır. Aşura hadisəsinin ibrətləri barədə Cənab Rəhbər Ayətullah Xamenei buyurur: “Aşura hadisəsində diqqətimizi çəkən birinci ibrətamiz nöqtə budur ki, Peyğəmbərin (s) vəfatından 50 il ötəndən sonra İslam cəmiyyətinin bu qədər tənəzzülünün səbəbinə nəzər salaq. Necə oldu ki, Peyğəmbərdən (s) qısa bir müddət sonra İmam Hüseyn (ə) belə bir fədakarlıq göstərməyə məcbur oldu... Necə oldu ki, İmam Hüseyn (ə) İslamın qurtuluşunu yalnız belə bir fədakarlıqda gördü? Biz Yezid kimi bir fərdin cəmiyyətə hakim olması səbəbini tapmalıyıq? Nə üçün elə bir vəziyyət yaranmalı idi ki, İmam Hüseyn (ə) tarixdə misli görünməmiş bir fədakarlıqdan başqa yol seçməsin? Vəziyyətin bu duruma gəlməsinin səbəbi nədir? Bu həmin ibrətamiz nöqtədir... Əmirəlmömininin (ə) şəhadətindən 20 il sonra onun hakim olduğu şəhərdə əmirəlmömininin (ə) övladlarının başını nizəyə sancdılar, həmin şəhərdə dolandırdılar... Əmirəlmöminin (ə) qızları və ailəsini Kufə bazarında gəzdirdilər...”
Qeyd olunan suallara tapılan cavablar, bu istiqamətdə araşdırmalar İslam cəmiyyəti üçün ibrət ola bilər. Əgər İslam Peyğəmbərinin (s) inqilabını müəyyən amillər İmam Hüseynin (ə) şəhadəti kimi bir faciəyə apardısa, şübhəsiz ki, İslam İnqilabında da həmin amillər ortaya çıxsa eyni aqibətlə üzləşərik. Aşuranın ibrəti buradadır. Əgər Aşura hadisəsini yaradan amilləri düzgün tanısaq öz cəmiyyətimizdə də bu amilləri tanıyar və inqilabı ondan qoruya bilərik. Bir daha Aşura baş verməz. Əgər ibrət götürməsək, öz vəzifəmizə əməl etməsək, eyni aqibət İslam inqilabını da gözləyir.
Aşura hadisəsini hansı amillər yaratdı? Bu barədə müxtəlif nəzəriyyələr var. Amillərdən biri millətçilik, tayfaçılıq amilidir. Etiqadi, ictimai-siyasi, əxlaqi amillər də var. Müxtəlif araşdırmaçılar bu amilləri nəzərdən keçirmişlər. Bəzi araşdırmaçılar Bəni-Üməyyənin Bəni-Haşimlə düşmənçiliyini, başqa bir qrup isə dəyərlərin dəyişilməsini Aşura hadisəsinin əsas amili kimi qiymətləndirir. Bəziləri düşünür ki, mənəviyyata diqqətsizlik, məsuliyyət hissinin olmaması bu hadisəni yaratdı. Cənab Rəhbər Məryəm surəsinin 59-ci ayəsini yada salır. Ayədə buyurulur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi...” Demək bu azğınlığın iki əsas səbəbi var. Biri Allahın zikri olan namazdan uzaqlıqdır. İnsanlar Allahı unutmaqla mənəviyyat ikinci plana keçdi. Zikr, dua, təvəssül kənara qoyuldu. İkinci nöqtə şəhvətpərəstlik, azğın nəfs istəklərinə tabeçilik oldu. İnsanlar var-dövlət toplamaq, eyş-işrətlə məşğul olmaq yolunu seçdilər. İdeallar yaddan çıxdı. Bizim də belə problemlərlə üzləşməyimiz mümkündür.
Şəhid Mütəhhəri də bu mövzunu yada salaraq buyurur: “İmam Hüseynə (ə) Rey mülkü tamahı, pul istəyi ilə arxa çevirdilər. İnsanlar arxada qalmış 60 ili unutmuşdular. Onlar zahirə aldanmışdılar.”
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, yalnız bir amil üzərində dayanmaqla Aşura hadisəsini düzgün təhlil etmək olmaz. Bu hadisəyə təsirli amillər kompleks şəkildə araşdırılmalıdır. Mühüm amilləri nəzərdən keçirək.
Dəyərlər və idealların yaddan çıxarılması əsas amillərdəndir. Başqa bir amil öncüllərin öz missiyasını yaddan çıxarmasıdır. Peyğəmbər (s) dövrünə hansı dəyərlər hakim idi? Bir sosioloq dəyərlərə belə tərif verir: Dəyərlər köklü əqidələrdir, cəmiyyət yaxşılıqları, fəzilətləri tanımaq üçün dəyərlərə üz tutur... Verilən tərifə görə dəyərlər cəmiyyəti istiqamətləndirir. Dəyərlər dəyişirsə ictimai münasibətlərdə də dəyişikliklər yaranır. Buna görə də dəyərləri tanımaq insanların əsas vəzifələrindəndir.
İslamdan öncə ərəblər etiqad baxımından bütpərəst idilər. Onların Allah, Peyğəmbər, məad haqqında təsəvvürləri yox idi. Onlar azğınlıq içində yaşayırdılar. İrqçilik, tayfaçılıq, sərvət dəyərləri təyin edirdi. Cahiliyyət dövründə ərəblər qeyrət və şücaətə çox diqqət yetirirdilər. Həqiqət isə budur ki, onlar qeyrət və şücaət deyəndə dünya malı uğrunda savaşda fədakarlığı nəzərdə tuturdular. Gedilən yolun haqq ya batil olması mühüm deyildi. Əsas o idi ki, insan qorxmasın. Cahil ərəblər şücaət deyəndə bunu başa düşürdülər. Onlar qız övladları qətlə yetirir, və bunu qeyrət sayırdılar. Həzrət Peyğəmbər (s) cəhalət ənənələri ilə mübarizəyə başladı. Açıq elan etdi ki, İslamda bütün bunlar insan üçün imtiyaz sayılmır. O insanlar üçün elm və mərifəti, Allah və məada etiqadı imtiyaz kimi tanıtdırdı. İman və təqva, Allah yolunda cihad tayfaçılıq və dünyapərəstliyin yerini tutdu. Dəyərlər sistemində bir dəyişiklik baş verdi. Artıq insanlar üçün tanınmış bir tayfaya mənsubluq və ya var-dövlət imtiyaz sayılmırdı. Cabir ibn Abdullah Ənsari deyir: “Ühud savaşında meydana, atam Abdullahla görüşməyə getdim. O can üstündə idi. Su istədi. Mən su gətirdim. Ona su vermək istəyəndə yanındakı yaralını göstərib bildirdi ki, o susuzdur, ona ver. Mən həmin şəxsə su təklif edəndə o da öz kənarındakı şəxsi göstərdi. Beləcə mən suyu məclisdə dolandırmağa başladım. Buradakılar hamısı şəhadət ayağında idi. Mən sonuncu şəxsə su vermək istəyəndə artıq o şəhadətə çatmışdı. Mən geri dönüb əvvəlki şəxsə su vermək istəyəndə artıq hamının şəhadətə çatdığını gördüm.” Bu hadisə İslamın gəlişindən sonra dəyərlərin necə dəyişdiyini göstərir. Hansı ki bu insanlar az bir müddət öncə başqa ənənələrə sahib idilər. Cahil ərəb bir şey yeyəndə kimsə ondan yediyindən istəsəydi imtina edərdi. Həzrət Peyğəmbər (s) baxışları dəyişdi. Artıq insanlar ölüm ayağında ətrafdakıları özlərindən üstün tuturdular. Onlar məktəb yolunda həyatlarını verir, şəhadətdə bir-birindən qabağa düşməyə çalışırdılar.
İnqilabi hərəkatda ən böyük təhlükələrdən biri irticadır. Təəssüf ki, Peyğəmbərin (s) inqilabında da bu halla rastlaşırıq. Peyğəmbərdən (s) sonra etiqadlar və dəyərlər öz təravətini itirdi, sanki cahiliyyət yenidən dirçəlməyə başladı. Peyğəmbərin (s) dövründə şəhadətə təşnə olan insanlar peyğəmbərin cənazəsi yerdə ikən Səqifədə toplanıb İslam hakimiyyətini qənimət kimi bölmək istədilər. Təəssüf ki, cahiliyyət ənənələri ağla gəlməyən bir şəkildə geri dönürdü. Əbuzər, Əmmar, Hücr ibn Ədi (Üdeyy) kimi mömin insanlar işkəncəyə məruz qalır, sürgün edilirdi. Əvəzində Peyğəmbər (s) tərəfindən sürgünə göndərilənlər işbaşına gəlirdi. Beytül-mal dağıdılırdı, İslam cəmiyyətini günah və fəsad bürüyürdü. Məsuliyyət hissi, əmr be məruf və nəhy münkər ikinci plana keçmişdi. İrtica, geriyə qayıdış Osman dövründə elə bir səviyyəyə çatdı ki, beytül-mal xəlifənin qohumlarının ixtiyarına verildi.
Həzrət Əli (ə) xalqın israrı ilə hakimiyyəti qəbul etdikdən sonra dəyərlərin təravətdən düşməsi ilə bağlı dedi: “Ey Allahın bəndələri, siz elə bir dövrdə yaşayırsınız ki, xeyir və yaxşılıq ona arxa çevirmiş, şərr və pislik ona üz tutmuşdur. Şeytanın istəyi insanların məhvidir. Elə bir dövrdür ki, şeytanın tərəqqi vasitələri güclənib, hiylə və yalan ətrafı tutub, şeytanın ovu ələ keçirməsi asanlaşıb. Hara baxsan yalnız bunu görəcsəksən ki, yoxsullar yaşamaq üçün vuruşur, sərvətlilər Allahın nemətlərini nankorluğa çevirir, xəsislər ilahi haqlara göz yummaqla sərvətini artırıb, qulaqlar nəsihət eşitməyə kar olub. Bunlardan başqasını görürsənmi? Hanı sizin yaxşılarınız, salehləriniz, azad və səxavətli kişiləriniz? Hanı o şəxslər ki, ticarətlərində və işlərində təqvalı idilər, rəftarlarında pislikdən qaçırdılar. Bütün bu insanlar alçaq dünyadan köçübmü?! Belə görünür ki, siz dəyərsiz insanların varisləri olmusunuz. Yalnız onlar məzəmmət olunur ki, məqamları aşağı salınsın, birdəfəlik yaddan çıxsınlar. Həqiqətən hamı Allah tərəfindəndir və Allaha doğru qayıdar. Fəsad aşkar olub, onun qarşısını alan yoxdur. Bu vəziyyətlə Allahın mərhəmətindən faydalanmaq, onun əziz övliyalarından olmaq istəyirsiniz?!”
Etiqadlarda və dəyərlərdə dağıdıcılıq bir həddə çatdı ki, peyğəmbərə canişinlikdə iddialı olanlar peyğəmbərin dinini məhvə aparmaq yolunu seçdilər. Müğeyrə ibn Şəbə Müaviyədən xahiş edir ki, xalqla ədalətlə rəftar etsin, Bəni-Haşimi incitməsin. Müaviyə belə cavab verdi: Eşit Müğeyrə, Əbu Bəkr xilafətə çatdı, ondan sonra adı da qalmadı. Ömər, Osman da beləcə gəldi-getdi. Amma hər gün 5 dəfə Haşimin qardaşının adı (Həzrət Peyğəmbər) İslam dünyasında minarələrdən səslənir. Onun peyğəmbərliyinə şəhadət verilir. Əgər 3 xəlifə ölüb yaddan çıxırsa, peyğəmbər (s) yadda qalırsa görüləcək iş onu unutdurmaqdır. İşimiz onun adını da dəfn etməkdir...
Belə əhvalatlar Müaviyə və Yezidin həyatında çox olub. Onlar İslamla, dini dəyərlərlə vuruşublar. Əgər Aşura qiyamı olmasaydı məqsədlərinə çatıb İslamı məhv edəcəkdilər. Müaviyə öz söhbətlərində Peyğəmbərin (s) hakimiyyətini padişahlıq adlandırır, onu unutdurmağa çalışır.
Nə üçün Peyğəmbərdən (s) sonra dəyərlər və ideallar təravətdən düşdü? Bu sualı cavablandırmaq üçün bir nöqtə aydınlaşmalıdır. Psixoloqlar deyir ki, tərbiyə tədrici prosesdir. Həzrət Peyğəmbər (s) insanların tərbiyəsi, İslam dəyərlərinin cəmiyyətdə yer alması üçün çox çalışdı. Amma bu dəyərlərlə böyümüş insanları dəyişmək üçün 10 il çox az idi. Dorğudur ki, insanlar İslamı qəbul etmişdilər. Amma cahiliyyət ənənələri unudulmamışdı. Xüsusi ilə bir çox müsəlmanlar Məkkənin fəthindən sonra, hicri 8-ci ildə İslamı qəbul etmişdi. Peyğəmbər (s) isə bu hadisədən 2 il sonra dünyasını dəyişdi. İslam dəyərlərinə zidd hərəkatın bünövrəsi Səqifədə qoyuldu. Peyğəmbərin (s) yaxın səhabəsi sayılan şəxslər onun adına insanı heyrətə gətirən sözlər yazdılar. Hansı ki, Peyğəmbər (s) Məkkədə son səfərində açıq demişdi ki, ərəblə-əcəm arasında, qulla-ağa arasında fərq yoxdur. Amma Səqifədə elan olundu ki, Peyğəmbər (s) buyurub: Rəhbərlər Qüreyişdəndir... Bu söz açıq-aşkar Quran və Peyğəmbər (s) sünnəsinə zidd idi. Beləcə cahiliyyət ənənələrini diriltməyə başladılar. Amma bir çox insanların imanı güclü idi, dünya həvəslərinə aludə olmamışdılar. Bu vəziyyət çox davam etmədi. Ümmət hər gün Peyğəmbərin (s) yolundan uzaqlaşırdı. Vəziyyətin dəyişməsinə təsir edən amillər çox idi. Bunlardan biri xalqın Əhli-Beytdən (ə) uzaq düşməsi oldu. Rəhbərlik peyğəmbərin seçdiyi yoldan kənarlaşdı. Həzrət Əli (ə) 25 il siyasi səhnədən kənarda saxlanıldı. Həqiqi din Əhli-Beytin (ə) düşüncəsində idi və Əhli-Beyt (ə) xalqdan təcrid olunmuşdu. Hətta Həzrət Əli (ə) Peyğəmbərin (s) hədislərini danışa bilmirdi. Həqiqi dinlə tanış olmaya bilməyən insanlar doğru yoldan uzaqlaşırdı. Cəmiyyəti İslam yolundan uzaqlaşdırmaq üçün tədbirlər güclənirdi. İnsanlar Əbu Hüreyrənin, Kəbül-Əxbarın vasitəsi ilə dini tanıyırdı. Əhli-Beytin (ə) fəzilətlərindən danışmaq qadağan olunmuşdu. İbn Əl-Hədid nəql edir ki, Müaviyə öz işçilərinə yazdı: Kim Əbu Turab (Həzrət Əli (ə)) və onun ailəsinin fəzilətlərindən danışsa qətli zəruridir. Mülkü alınmalıdır... Müaviyə bununla kifayətlənmədi, göstəriş verdi ki, Həzrət Əlini (ə) alçadan hədislər uydurulsun. Onun göstərişi ilə minbərlərdən Əliyə (ə) lənət oxunurdu. Hətta belə bir göstəriş vermişdi ki, kimin Əli (ə) ilə yaxınlığı olsa divanda adını xətləyin, bütün imtiyazlardan məhrum edin. Başqa bir göstərişdə deyilirdi ki, kimin Əhli-Beyt (ə) dostu olması barədə şübhə yaransa evini dağıdın, özünə işkəncə verin. Müaviyə Bəsrə və Kufənin hakimiyyətini Ziyad ibn Übəyyəyə verdi. Bu şəxs əvvəllər Həzrət Əlinin (ə) yaxınlarından sayılırdı. Şiələri yaxşı tanıyan bu şəxs onlara olmazın əzabını verdi, çoxlarının əl-ayağını kəsdi, gözlərini çıxardı. Yaxın şiələr sürgün edildilər, bir nəfər də olsa tanınmış şiə qalmadı. Müaviyənin təbliğatı sayəsində Əliyə (ə) lənət oxumaq ibadət sayılırdı. Kim namazda bu lənəti oxumurdusa namazının qəzasını qılırdı. Müaviyə hər vasitə ilə xalqı Əhli-Beytdən (ə) uzaqlaşdırırdı. Kim buna qarşı çıxırdısa ölüm sorağına gəlirdi.
Başqa bir amil imamətin padişahlığa çevirilməsi oldu. Aşura faciəsinin səbəblərindən biri də imamət üsul-idarəsinin aradan qaldırılması idi. Təbii ki, hər bir cəmiyyətin hakimiyyətə ehtiyacı var. Digər tərəfdən hakimiyyət İslam hakimiyyəti olmalıdır. Əgər Peyğəmbərdən (s) sonra məsum imamlar hakimiyyətdə olsaydı Quran və sünnə göstərişləri davam edərdi. Təəssüflər olsun ki, Səqifə hadisəsi ilə bağlı İslam hakimiyyəti davam etmədi, hakimiyyət padişahlığa çevirildi. Sonda Müaviyə və Yezid kimi din düşmənləri hakimiyyətə gəldi. Bu sülalə haqqında Həzrət Əli (ə) buyurur: Ey Müaviyə, nə zamandan siz millətə rəis olmusunuz? İslama xidmətsiz, mənəvi ləyaqətsiz bu məqama necə çatdınız?
Müaviyənin ölümündən sonra beyət üçün İmam Hüseynin (ə) qapısını döydülər. Onu Yezidə beyət etməyə çağırdılar. İmam buyurdu: Əgər Yezid kimi biri müsəlmanlara hakim olacaqsa İslamın fatihəsini oxumaq lazımdır... İmam eyni zamanda düşmən qoşunu ilə üzbəüz dayanarkən buyurdu: Agah olun ki, Bəni-Üməyyə şeytana ardıcıllığı özünə vacib edib, Allaha tabeçilikdən boyun qaçırıb. Fəsadları aşkarlanıb, ilahi hədləri gözləmirlər...
Heç şübhəsiz, dəyərlərin bərpasında hakimiyyətin rolu böyükdür. Həzrət Əli (ə) buyurur: “Xalq atalarından çox hakimlərə bənzəyir.” Müaviyə və Yezid kimiləri hakim olanda necə insanların tərbiyə olunacağı aydındır. Biz Aşura hadisəsində zalım hakimlərin tərbiyə etdiyi cəmiyyəti görürük.
Xalqın dəyərlərdən uzaqlaşmasının bir səbəbi də xəlifələrin dövründəki fəthlər oldu. Bu fəthlər İslam coğrafiyasını genişləndirsə də təbliğat işi yerində olmadığından insanlar dünya ardınca qaçırdı. Bu müharibələrdə iştirak etmək kifayət qədər qənimət əldə etmək idi. Fəthlərdə olanlar böyük sərvət qazanırdı.
Dəyərləri məhv edən amillərdən biri də səhabələrin yolunu azması oldu. Əmmar, Əbuzər kimi sadiq səhabələr sürgünə göndərildi, dünya ardınca gedən səhabələr iş sahibi oldu. Abdullah Məsud Əbuzərin sürgünə göndərilməsindən çox narahat idi. Malik Əştər Zeyd, Cündəb, Kümeyl Şama sürgün olunmuşdu. Hakimiyyətə Bəni-Üməyyədən olanlar işə götürülürdü. Behişt-cəhənnəm yaddan çıxmışdı. Elə insanlar iş başına gətirilmişdi, məscidə məst halda gedirdilər. Xalqın qınaqları onları utandırmırdı.
Dəyərlərin məhvi Yezidin dövründə zirvə nöqtəsinə çatdı. Çünki hakimiyyət başında İslama zərrəcə etiqadı olmayan əyyaş bir şəxs dayanmışdı. O açıq-aşkar günahdan çəkinmirdi. Aydın məsələdir ki, hakimiyyətdə belə biri olanda xalq da yolunu dəyişir. Xalq biganələşir, dəyərlərin məhvində hakimiyyətə köməkçi olur. Aşurada zalım hakimiyyətin hökmü altında olan xalqı görürük. Aşura ibrətləri ona görədir ki, biz öz həyatımızda İslam inqilabını, hakimiyyətini, dəyərlərini qoruya bilək. Aşura hadisəsinin səbəblərindən biri tanınmış insanların məsuliyyətsizliyi oldu. Cənab Rəhbər Ayətullah Xamenei İslam hakimiyyəti və dəyərlə