Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Doğrudanmı biz onun intizarını çəkirik?

İmam Hüseyn (ə) ardıcılları İmam Mehdi (əc) ardıcılları üçün nümunədir
Qeyb dövründə intizarda olanların əsas ehtiyaclarından biri məsum imamın əməl və rəftarlarından nümunə olaraq bəhrələnib, nəfsi tərbiyə etməkdir. Əməldə imamın məqsədlərinin həyata keçirilməsi üçün təlaş göstərənlər öz işlərində İmam Hüseynin (ə) ardıcıllarını nümunə seçə bilər. Onlar üçün Kərbəla şəhidlərindən üstün nümunə kim ola bilər?!
Kərbəla şəhidləri və Aşuradan sonrakı əsirlər İmam Hüseynin (ə) məqsədlərinin həyata keçirilməsi yolunda olanlarını əsirgəmədilər. Onların məqamını dərk etməkdə ağıl acizdir. İmam Hüseyn (ə) onların vəsfində buyurur: “Mən öz səhabələrimdən üstün və vəfalı köməkçi görməmişəm.”
Doğrudan da İmam Hüseynin (ə) yardımçıları bizə elə meyarlar veriblər ki, həmin meyarlar əsasında öz əməllərimizi dəyərləndirə bilərik. Hüseyn (ə) davamçılarının əməlləri özümüzü dəyərləndirmək üçün bir məhək daşıdır. Biz onları nümunə seçərək böyük zühur gününə hazırlaşa bilərik.
Məhəbbət sevənlə-sevilən arasında bir haldır. Bu hiss insan qəlbinin dərinliklərindən coşsa da özünü əməllərdə aşkar göstərir. Yalnız mərifət əsasında olan sevgi davamlı və həqiqidir. Qarşı tərəfi tanımadan sevmək ötəri bir hiss ola bilər. Mərifət və sevgi odur ki, məhbubu tanıyıb sevəsən. İmam Mehdiyə (əc) sevgi yolu onu tanımaqdan ötüb keçir. Məsumların qəbul etdiyi mərifət əksəriyyətin malik olduğu səthi mərifət deyil. Məsumlar yetərli mərifət haqqında bilgi veriblər. İslam Peyğəmbərindən (s) sonra ümmətin problemi bu oldu ki, dövrünün imamını lazımınca tanımadı. Kufəlilər İmam Hüseyni (ə) tanıyırdılar. Amma bu tanışlıq ad səviyyəsində məhdudlaşmışdı, onun arxasında bəsirət yox idi. Kufəlilər imamət məqamını yetərincə tanımamışdılar.
Amma imamın karvanında olanlar, Aşura əhli onu tanıyanlar idi. Onlar bu yolda şəhadəti dünya həyatından üstün tutdular. Aşura əhlindən biri deyir: “Allaha həmd olsun ki, bizə bu şərafəti nəsib etdi. Bu şərafətə çatdıq ki, sizin kənarınızda şəhadətə çataq. Əgər dünya əbədi olsa və biz onda əbədi qalsaq, sizinlə birlikdə qiyama qalxmaq belə bir dünyadan üstündür.”
Aşura əhli imamın vücudunu böyük ilahi nemət sayırdı. Bu Peyğəmbərin (s) tövsiyəsi idi. Tarixdə yer alıb ki, məhərrəm ayının 2-ci günü imam öz ardıcılları ilə Kərbəlaya daxil olandan sonra bir xütbə oxudu. O zaman Burəyr yerindən qalxıb dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Allah sənin vücudunu bizə nemət qərar verib ki, sənin kənarında döyüşək, sizin yolunuzda bədənimiz tikə-tikə doğransın, qiyamət günü cəddiniz şəfaətçimiz olsun.”
İmamın ardıcıllarının döyüş zamanı oxuduğu şeirlər onların dərin mərifətindən danışır. Onlardan biri döyüş meydanına çıxarkən belə deyir: “Hüseyin (ə) mənim əmirimdir, necə gözəl əmirdir, o qəlbmizin şadlanması səbəbidir...” Həccac ibn Məsrub Cöfi imamın Kərbəladakı ardıcıllarındandır. İmam haqqında deyir: “Ey Hüseyn! Ey doğru yolu tapmış və doğru yola aparan imam! Bu gün cəddin Peyğəmbərlə (s) görüşəcəksən. Sonra atan Əlini (ə) görəcəksən. Biz onu Allahın vəsisi, həqiqi canişini sayırıq.”
İmam Mehdinin (əc) köməkçilərinin də dərin mərifəti var. İmam Səccad (ə) buyurur: “Bu dərin mərifət imama məhəbbətin qaynağıdır.” İmam Sadiq (ə) buyurur ki, Mehdinin (əc) köməkçiləri döyüş meydanında sinələrini irəli verib Qaimi (əc) qoruyarlar.
Məsum imamların ardıcıllarının əsas xüsusiyyətlərindən biri onların zöhd və təqvasıdır. Mərifət insanı o zaman imamın arxasınca aparır ki, onda dünya sevgisi olmasın. Həqiqi intizar əhli mərifət sayəsində nəfsini dünya məhəbbətindən təmizləyənlərdir.
İmam Hüseynin (ə) köməkçiləri dünyaya, ailə-övlada, var-dövlətə sevgini kənara qoyub canlarını imama təqdim etmişlər. İmam Hüseyn (ə) Kufədə şəhadətə çatmış Müslim ibn Əqilin oğluna buyurur ki, Müslimin şəhadəti sizin ailəniz üçün bəs edər. İmam onlara icazə verir ki, evə qayıtsınlar. Əqilin övladları cavab verdi: “Xalqa deyək ki, imamızı, rəhbərimizi düşmənlə meydanda tək qoyub gəlmişik?! And olsun Allaha ki, belə olmayacaq. Biz canımızı və malımızı sənə fəda edəcəyik!”
Amma qarşı tərəfdə dünyaya əsir olmuş, imamı tanıdığı halda onu tənha qoyanlarla rastlaşırıq. Bunlardan biri Übeydullah ibn Hürr Cöfidir. O, İmam Hüseynin (ə) karvanı ilə rastlaşanlardandır. İmam onu karvana qoşulmağa çağıranda Übeydullah deyir: “And olsun Allaha, sizə qoşulanların əbədi axirət səadətinə çatacağını bilirəm. Amma bu işi mənə məcbur qəbul etdirmə. Çünki ölümə hazırlığım yoxdur.”
Kufə əhli imama beyət etmişdi. Ona həmkarlıq vəd etmişdilər. Amma dünyaya bağlı olduqlarından xəyanət etdilər. Kufə əhlindən kiçik bir qrupu imama sadiq qaldı. İmam onlardan Kufə əhli haqqında soruşanda dedilər: “Böyüklər arasında rüşvət yayılıb, Kufə əhlinin qəlbi sizinlə olsa da, qılıncları sizə qarşıdır.”
İmam Hüseyn (ə) buyurur ki, insanlar dünyanın quludur, din onların dilində dolaşan quru sözdür.”
İmam Mehdinin (əc) zühuru zamanı bir ömür onun intizarını çəkdiyini deyənlər ondan ayrılar. İmam Sadiq (ə) buyurur: “Qaim qiyam edəndə zahirdə ona köməkçi kimi görünənlər onun əmrindən çıxar.” Nəql olunur ki, Aşura günü günorta vaxtı savaşın qızğın çağında Əbu Səmamə Saibi İmam Hüseynin (ə) yanına gəlib dedi: “Mən son namazımı sizinlə qılandan sonra Allahın görüşünə getmək istəyirəm.” Həzrət buyurdu: “Namazı yada saldın, Allah səni namazı yada salanlardan qərar versin.” İmam Hüseyn (ə) köməkçilərinin bir qismi ilə namaza dayandı. Səid ibn Abdullah Hənəfi namaz qılanların qarşısında sinəsini sipər edib onlara atılan oxun qarşısını alırdı. Elə belə vəziyyətdə də şəhadətə çatdı.
Aşura gecəsi səhabələr ibadətə, Allahla raz-niyaza məşğul idilər. Ravi deyir ki, Hüseyn (ə) və köməkçiləri Allahla zümzümə halında rüku və səcdədə sübhü açdılar. Xeymələrdə sanki bal arıları zümzümə edirdi.
Həzrət Peyğəmbər (s) İmam Mehdinin (əc) köməkçiləri haqqında buyurur: “Onlar Allaha itaət yolundadırlar, təlaş əhlidirlər.” Həzrət Əli (ə) buyurur: “Onlar gecəni oyaq qalan insanlardır, namazlarının zümzüməsi bal arılarının zümzüməsi kimi qulaqlara çatar. Gecəni raz-niyazla sübhə çıxarlar. At üstündə Allaha təsbih deyərlər.”
İmam Hüseyn (ə) Aşura gecəsi Həzrət Zeynəbin (ə) xeyməsinə gəldi. Aralarında söbhət oldu. Həzrət Zeynəb (ə) imama ərz etdi ki, siz köməkçilərinizin niyyətini sınamısınızmı? Həzrət Zeynəb (ə) ehtiyat edirdi ki, döyüş gedişində kimsə imamı düşmənin əlinə verər. İmam Hüseyn (ə) buyurdu: “And olsun Allaha, onları sınamışam, sinələrini sipər edən insanlardırlar. Ölümə gözaltı baxarlar, ölümə iştiyaqları körpənin ana südünə iştiyaqından az deyil.”
Aşura gecəsi İslam tarixinin ən gözəl, yadda qalan gecəsidir. İmam həmin gecə bütün köməkçiləri üzərindən beyəti götürdü, onları azad buraxdı. Təklif etdi ki, gecənin qaranlığından istifadə edib Kərbəlanı tərk etsinlər. Amma bütün köməkçilər bundan üzüldü, imamla birlikdə qaldı. Müslüm ibn Əvsəcə deyir: Ey Peyğəmbər (s) övladı, əgər səni burada qoyub getsək dünyada bizdən alçağı olmasın! Allaha pənah aparıram səndən uzaq düşməkdən. O günü görməyim ki, belə bir addım atım. Əlimdə silah olmasa da daşla vuruşacağam. Heç vaxt səndən ayrılmayacağam, sənin kənarında şəhadətə çatacağam.” Səid ibn Abdullah Hənəfi deyir: “And olsun Allaha, heç vaxt səni tənha qoymaram. Allah görəcək ki, Peyğəmbərin (s) səninlə bağlı tövsiyəsinə əməl etdim. Əgər sənin yolunda ölüb yenidən dirilsəm 70 dəfə yenidən bu işi görərəm, səndən ayrılmaram.”
Hazırda biz imamın qeyb dövründə yaşayırıq. Doğrudanmı biz onun intizarını çəkirik? İmam Hüseyn (ə) köməkçiləri kimi canımızdan və malımızdan keçməyə hazırıqmı? Həqiqi intizar əhli əməl meydanında addım atır. Hər sübh imamla beyəti təzələyir, Allah qarşısında öhdəçilik götürür ki, əhdini pozmasın. Söz verir ki, mövlasının müdafiəsində duracaq, bu yolda hamını ötüb keçəcək. Bu əhdi