Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

Filosof Qərblə üzbəüz

Əllamə Məhəmməd Təqi Cəfərinin vəfat ildönümü münasibəti ilə
Mehdi Cəmşidi (farsnews)

Əllamə Məhəmməd Təqi Cəfəri bildirirdi ki, Qərb dövlətləri bəşəriyyətə xidmət istiqamətində öz imkanlarından istifadə etməyiblər. Onlar müharibə alovu qızışdırmaqla insan növünə qarşı qiyam qaldırıblar. Amma danışanda təbliğat məqsədinə yalana əl ataraq insani dəyərlərdən dəm vururlar, bu şüarlar altında özlərinə yol açırlar...
Mərhum Ayətullah Əllamə Məhəmməd Təqi Cəfəri ən üstün və dəyərli İslam mütəfəkkirlərindən olub. Humanitar elmlər sahəsində böyük diqqət və səbrlə araşdırma aparıb, İslam maarifi çərçivəsində çox mühüm məsələləri diqqət mərkəzinə çəkib. Onun dəyərli əsərlərini mütaliə edəndə zərif və dəqiq düşüncəsinə şahid oluruq. Əllamə Cəfəri onu başqalarından fərqləndirən xüsusiyyətlərə malikdir. Əvvəla, Əllamə hövzənin ənənəvi problemləri üzərində dayanmayaraq yeni humanitar elmlər sahəsində ciddi araşdırmalar aparıb.
Əllamə Cəfərinin çox yüksək elmi istedadı olub. Bir çox elmi məsələlər üzərindən pərdəni qaldırıb, düşüncə sahəsində düyünləri açıb. Nəzəri məsələlərdə böyük işlər görüb. Bundan əlavə Əllamə Cəfəri ədəbi məntiqə, mütəxəssis ədəbiyyatına malik olub. Onun söhbət və yazıları çox fərqlidir. Onun bir xüsusiyyətini də əlavə edək ki, Əllamənin dəyərli mərifət mirası hələ də diqqətdən kənarda qalıb, yetərincə araşdırılmayıb.
Elmi mərkəzlər Əllamə Cəfərinin misilsiz elmi irsinə, nəzəri biliklərinə etinasız qalmaqda davam edir. Belə bir vəziyyətdə şiə məktəbi dəyərli alimin fərqli yanaşma tərzlərindən məhrum qalır. Bu yazının müəllifi Allahın tövfiqi ilə Əllamə Cəfəri şəxsiyyəti ilə müəyyən həddə tanış olub, onun düşüncələrinin müridinə çevirilib. Müəllif neçə illər Əllamənin elmi irsini araşdırıb. Hazırki söhbətdə alimin Qərb mədəniyyətinə baxışı nəzərdən keçirilir...
Müasir Qərb öz dəyişikliklər və təbəddülatlar tarixinin modernizm adlandırılan dövrünə çatıb. Modernizmin dəqiq mənası onun qaynaqlandığı bir elementə sıx bağlıdır. Ümumi şəkildə modernizm vaxtı ötmüş bir hadisəyə qarşı mübarizədir. Bu əsasla tarixdə renesans kimi dövrlər yaşanıb. Bu hadisələrin hər biri özündən qabaqkı dövrün mənfilərini hədəfə alıb. Əslində modernizm dövrünü 1848-ci ildən başlayan siyasi inqilabların zühüru ilə əlaqələndirmək lazımdır. Fəlsəfi baxımdan modernizm daha çox insanmehvərlikdən qaynaqlanır. Modernizm tərəfdarlarının düşüncəsinə əsasən əvvəlki dünyada Allah insana qalib idi, insan öz əməl və rəftarlarını dini hökmlər əsasında tənzimləyirdi. Modern dövrdə isə insan bütün bunların fövqündədir, cəmiyyətin tələbləri əsasında hərəkət edir. İntelektualizmin atalarından sayılan alman filosofu İmmanuel Kant 1784-cü ildə yazdığı məqalədə modernizm layihəsinə epistemoloqiya (mərifətşünaslıq) prizmasından yanaşıb. O yazırdı ki, maarifləndirmə hadisələri xarici və tarixi amillərlə əlaqələndirmədən dərk etməkdir.
Maarifləndirmə insanın heç bir təsirə məruz qalmadan nəticələr çıxarmasıdır. İnsan bəzən düşüncə azlığı yox, iradəsizlikdən həqiqi maarifləndirmə sorağına gedə bilmir. Öz düşüncəni işə salmaqda cəsarəti ol! Maarifləndirmənin şüarı budur.
O sözünün davamında deyir ki, maarifləndirmə üçün heç nəyə ehtiyac yoxdur, sadəcə insan azad olmalıdır. Ağıldan azad istifadə onu düzgün hədəfə doğru aparır. Hansı ki, ona hər tərəfdən təsirlər var. Keşiş deyir ki, düşünməyin, iman gətirir... Kant məqaləsinin sonunda yazır ki, insanın asılı vəziyyətdən müstəqil düşüncə vəziyyətinə keçidi üçün onun kor-koranə əhkamlardan xilas olması lazımdır...
Kantın düşüncəsini modernizmin əsası saymaq olar. Maarifləndirmənin ardınca Qərb hadisələrində müəyyən hadisələr baş verir. Ənənəvi dünya ilə modern dünya arasındakı əsas fərq əsasən bu məsələdədir. Başqa fərqlər haşiyə fərqləri adlandırıla bilər. İnsanmehvər olanda Allah haşiyədə qalır. Hətta Allah inkar edilir. İnsanın mehvər olması ilə onun düşüncəsi bütün hərəkətlərinə hakim olur. O şəriət və dinin göstərişlərinin yerini tutur. Beləcə, insan Allaha tabe olmaq əvəzinə öz istəklərinin ardınca qaçır. O əbədi behişti qoyub dünya behiştinə üz tutur. Beləcə modernizm cəmiyyətdən dini alıb ona sekulyarizm və liberializm verir. Modernizmin sosialogiya baxımından tərifində rasionalizm (əqlaniyyət) əsas yer alır. Bu insan mehvərliklə münasib mövzudur. Maks Veber deyir ki, modernizm insanın fərdi və ictimai həyatında ağılın hakim olmasıdır. Modern insan ənənə, din kimi çərçivələrdən çıxmışdır, yalnız ağlına güvənir. O ağlı əsasında özünə həyat yolu seçir. Veber qeyd edir ki, insanın öz həyatında təkcə ağla güvənməsinin mənfi tərəfləri də var. O deyir ki, modern dünyada bürokratiyanın tam qələbəsi sayəsində Qərb insanı məna, sevgi kimi dəyərlərdən uzaq bir qəfəsdə məhbusdur.
Modernizm təkcə klassik mütəfəkkirlər tərəfindən tənqid olunmur. Modernizm zirvə nöqtəsində olduğu zaman da onu həmin dövrün mütəfəkkirlərindən tənqid edənlər olmuşdur. Bu tənqid bu gün də davam edir. Mühafizəkarlar, Frankfurd məktəbi, posmodernistlər modernizmi hədəfə alan üç cərəyandır. Frankfurd məktəbi neomarksizm əsasında modernizmin ziddiyyətlərini ifşa etdi. Onlar müasir insanı modernizmin zərərlərindən qorumağa çalışırdılar. Posmodernistlər və modernistlər arasında kifayət qədər ara vardı. Posmodernistlər nisbiçiliyi qəbul edirdilər.
Bu arada modernizm layihəsinə məhdud fəzada dini tənqid ünvanlandı. Əllamə Cəfərinin düşüncələrində çıxarışlar və təsnifatla bu istiqamətdə başlanğıc nöqtəni qoymaq olar. Əllamə Cəfəri Qərb mədəniyyəti və onun son modernizm dövrü ilə bağlı dini baxımdan analiz aparıb. Əllamənin fəaliyyətləri misilsiz və müvəffəq idi. Bu düşüncələrə istinadla müasir Qərb mədəniyyətinə qarşı dini-tənqidi ədəbiyyatı zənginləşdirmək olar.
Əllamə Cəfərinin Qərb mədəniyyətinə qarşı tənqidlərində bir neçə xüsusiyyət özünü göstərir. Əvvəla Əllamə Qərb mədəniyyətini gözəl tanıyıb. Əllamənin tanışlığı səthi tanışlıq olmayıb. O Qərb mədəniyyətinin mahiyyətinə, dərinliklərinə nüfuz edə bilib. Digər tərəfdən Əllamənin araşdırmalarında təəssübə, öncədən mövqe tutmaq hadisəsinə rast gəlmək qeyri mümkündür. Hansı ki neomarksizm və posmodernizm öncə dəyərləndirmələrdən xilas ola bilmir.
Beləcə Əllamə Cəfəri öz tənqidlərində modernizmin hətta müsbət tərəflərini görə bilir. O sırf inkarçı mövqe tutmayıb. Hər bir məqam üzərində tərəfsiz dayanır, dəlillər sorağındadır. Bu baxımdan Əllamə Cəfəri öz tənqidlərində çox irəli gedib. Elə terminlər, mənalar, təsnifatlar yarada bilib ki, Qərb mədəniyyətinin tənqidində bir sistematiklik əldə etməyə müvəffəq olub.
Əllamə Cəfəri “Ardıcıl mədəniyyət, öncül mədəniyyət,” kitabında müasir Qərb mədəniyyətinin əsaslarını araşdırır. O burada 10 kriteriya üzərində dayanır: Dünyəvi həyat prinsipi, mütləq azadlıq, güc prinsipi, ləzzət prinsipi, mənfəət prinsipi, Makyavelli üsulu, praqmatizm, hissi tərübələrlə elmi məlumatların məhdudlaşdırılması, fəlsəfə formatında mövzuların ayrıca nəzərdən keçirilməsi, azğın incəsənət...
Birinci kriteriya dünya ilə kifayətlənmək və axirət həyatının inkar olunmasıdır. Cəfəri bu əqidədədir ki, Qərb mədəniyyətində bu kriteriya mühüm yer alır. Bu bəzən özünü açıq göstərir, bəzən nəticələrində onu tapmaq lazım gəlir. Əllamə əlavə edir ki, bir çox hallarda insan həyatının maddə həyatla başa çatdığını göstərmək üçün elm çomağından istifadə olunur. Hansı ki, insan vicdanı və insan ağlı dünya həyatının son mənzil olmadığını göstərir.
Mütləq azadlıq prinsipi fərdi azadlıqların ictimai azadlıqlara əngəl olmamasını şərt qoyur. Yalnız bu vəziyyətdə azadlıq məhdudlaşır. Bundan başqa hallarda azadlıq üçün məhdudiyyət görünmür. Əllamə Cəfəri irad tutur ki, belə bir hallarda müstəqil yaşıyan insan üçün heç bir məhdudiyyət olmamalıdır. Yəni fərd ən çirkin işlərə yol verirsədə haqlıdır, onu qınamaq olmaz!! Qərb insanın yalnız başqalarının hüquq və azadlıqlarını tapdamamaq üçün qanunları qəbul edir. Eyni zamanda o pərdə arxasında bütün çirkinliklərə batmaqda azaddır. Azadlıqda məhdudiyyətlər yalnız ictimai münasibətləri əhatə edir. İki insan cəmiyyətdən kənarlaşıbsa onların münasibətlərində qarşılıqlı razılıq əsasında bütün münasibətlər qanunidir.
2. Əllamə Cəfəri müqəddəs azadlıq məfhumuna belə yanaşmanı dəlillər əsasında rədd edir. Normal düşüncə qəbul edir ki, əxlaqi dəyərlər deyilən bir sistem insanı heyvandan fərqləndirir. Digər tərəfdən əxlaqi dəyərlər mühümdür. Azadlıq qeyd-şərtsiz öz başnalıq deyil. Belə bir azadlıq insanı məhv edir, onu təkamüldən saxlayır. Qərb mütəfəkkirləri azadlığı həyatın ali məqsədi kimi göstərir. Hansı ki, azadlıq özü daha ali məqsədlər üçün vasitədən başqa bir şey deyil. Qərb mütəfəkkirləri vasitələr və məqsədlər təsnifatında azadlığı məqsəd kimi göstərir.
Üçüncü prinsip güc prinsipidir. Əllamə Cəfəri qəbul edir ki, Qərb mədəniyyətində güc prinsipi önəmli deyil. Bir çox Qərb ədəbiyyatında güc prinsip olaraq rədd edilir. Hansı ki, bütün ictimai-siyasi həyat bu prinsipdən yararlanır.
Mühüm bir prinsip ləzzət prinsipidir. Qərb mədəniyyəti bunu nəinki bəyənir, hətta iddia edir ki, ləzzət meyillərini pozmaq insanın psixologiyasını dağıdır. Buna görə də Qərbdə ləzzət meyli üçün bütün yollar açıqdır. Dini və əxlaqi məhdudiyyətlər ləzzət meylinin doyuzdurulması kölgəsində qalır. Hansı ki, bütün mütəfəkkirlər ləzzət meyillərinin təminini intelektual fəaliyyətlərə mane olduğunu qəbul edir. Beləcə heyvani ləzzətlər təfəkkürün fövqündə dayanır. Təəssüf ki, Qərb mütəfəkkirləri ləzzətin qeyri-maddi, mənəvi növünü haşiyədə saxlayır. Onlar ləzzət deyəndə yalnız maddi ləzzətləri nəzərdə tuturlar.
Beşinci prinsip mənfəət prinsipidir. Qərb mədəniyyətinə əsasən insan zatən mənfəət ardıncadır. Buna görə də heç bir fərd və qrup insanın mənfəət ardınca hərəkətinə mane olmamalıdır. Aydındır ki, fərd və ya cəmiyyət öz iqtidarı həddində mənfəət ardınca gedəndə başqalarının hüquqlarını nəzərə almayacaq. Bu zaman müsadirə qaçılmazdır.
Mədəniyyətdə altıncı prinsip makyavelizmdir. Qərb siyasi mədəniyyəti Makyavelidən çox təsirlənib. Makyavelizm Qərb siyasətində aparıcı prinsipdir. Bu prinsipə əsasən insan hədəfə doğru hərəkətdə bütün vasitələrdən yararlana bilər. Əllamə Cəfəri bildirir ki, makyavelli üsulu müdiriyyətdə əsas prinsip kimi qəbul olunan zamandan insanlıq kölgədə qalıb.
Yeddinci prinsip praqmatizmdir. Praqmatizm əməlin əsas götürülməsidir. Praqmatizm iki mənada qəbul oluna bilər. Əgər əməlin əsas götürülməsi varlıq aləmindəki həqiqətləri tanımaq üçündürsə bəyənilə bilər. Amma Qərb mütəfəkkirlərinin praqmatizmi bütün həqiqətlərin tapılmasında əsas meyar kimi qəbul etməsi məqbul deyil. Əllamə Cəfəri yazır ki, insanın düşüncə və psixoloji fəaliyyətləri əməli meyarlarla ölçülə bilməz. Ümid, xeyir məqsəd kimi dəyərlər təcrübənin fövqündə dayanan dəyərlərdir. Beləcə Qərb mədəniyyəti insan təkamülünün əsas kriteriyasından qəflətdə qalır.
Səkkizinci prinsip təcrübənin əsas götürülməsidir. Qərb mədəniyyətində hadisələr təcrübələr əsasında dəyərləndirilir. Din, əxlaq, hikmət, irfan elmi mövzu sayılmır. Hansı ki, insan təkamülündə bu amillər ilkin amillərdir.
Doqquzuncu prinsip mövzuların fəlsəfə və dünya görüşü ünvanında təcrid olunmuş şəkildə araşdırılmasıdır. Əllamə qətiyyətlə buyurur ki, Qərb bu günə qədər yetkin bir fəlsəfi məktəb yarada bilməmişdir. Bütün fəlsəfi məktəblərdə cavabsız qalan suallar kifayət qədərdir. Hansı ki, insanın özü, yaradıcısı və cəmiyyətlə əlaqələrini tənzimləməyən məktəb kamil məktəb sayıla bilməz. Qərbin təcrübə tarixinin səmərəsini inkar etmək üçün Əllamə Cəfərinin bu müddəası kifayət edir.
Onuncu prinsip azğın sənətlər, incəsənət növləridir. Əllamə Cəfəri burada incəsənət sözünü işlətsə də əxlaqa zidd olan istənilən bir hadisənin incəsənət adlandırılmasına müxalifdir. Sənət, incəsənət zatən ali bir məfhumdur. Əllamə bu gün Qərbdə sənətlə bağlı təsəvvürlərin yanlış olduğunu düşünür və sənət adlandırılan hadisənin əslində yalnız həyəcan yaratmağa yönəldilmiş hadisə olduğunu bildirir. Məlumatsız insanlara əxlaqsız işləri də sənət adı ilə qəbul etdirmək olar. Əslində isə sənət ali bir hadisədir və onun əxlaqdan kənar olması mümkünsüzdür. Sənət həqiqətləri birbaşa yox, dolayisı ilə, hislər yolu ilə insana çatdıran hadisədir.
Müasir cəmiyyətlərin bir çoxunda sənət adlandırılan hadisə əslində sənətin aşağılanması, əxlaqsızlığa aparan bir prosesdir. Əllamə deyir: Təəssüf ki, 20-ci əsrin sonlarında sənət adlandırılan hadisənin əslində bəşəriyyəti süquta aparan bir hadisə olduğunu gördük...
Əllamənin incəsənətlə bağlı təsəvvürləri modern dünyanın təsəvvüründən tam fərqlənir. Əllamə həqiqi sənətin müdafiəçisidir və onu bir dəyər sayır. Öz mədəniyyətini böyük tarixi proses adlandıran Qərb əslində yalnız cəmiyyətin təfəkkürünü əsas hədəflərdən yayındıran bir proses üzərində çalışır. Cəfəri arzulanmayan proseslərin yeni mədəniyyət adlandırılmasını ifşa edir. Belə bir mədəniyyət insanı ali məqamdan heyvan səviyyəsinə endirir. Əslində bu mədəniyyət yox, anti-mədəniyyətdir. Əllamə buyurur: Yeni mədəniyyət adı altında bu tənəzzül bütün istedadların heyvani meyillər yolunda xərclənməsindən başqa bir şey deyil. Məqsəd insanları ali əxlaqdan uzaqlaşdırmaqdır. Bunun əsl adı anti-mədəniyyətdir. Bu hadisə bəşəriyyətə son öldürücü zərbəni vurmaqda israrlıdır...
Zahiri kriteriyalarla kifayətlənən təhlilçilər yalnız maddəni görür, yalnız maddədən danışır. Qərb mədəniyyətində insan şəhvani meyillərin quludur və belə bir əsarəti mədəniyyət adlandırırlar. Qərbin texnoloji inkişafı onun mənəvi sahədəki durumuna yalnız mənfi təsir göstərir. Əllamə deyir: Bugünkü sənaye dünyasında əsl və qurucu mədəniyyət texnologiyadan çox geri qalır...
Qərb mədəniyyəti biryönlü mədəniyyətdir. O insan həyatında balanslı inkişafdan çox uzaqdır. İctimai həyatın ayrıca götürülmüş sahəsində inkişafı bütün sahələrə aid etmək olmaz. Bəşəriyyət onun həqiqi xoşbəxtliyinə qarşı yönəlmiş bu prosesin qarşısında dayanmalı, maddi kriteriyaların mənəvi kriteriyaları məhv etməsinə yol verməməlidir. Təbii ki, əllamənin sözlərindən bu qənaətə gəlməməliyik ki, bütün Qərb insanları xəbis və çirkindir. Əllamə onların tam şəkildə ilahi dəyərlərdən uzaq düşdüyünü iddia etmir. Qərbdə azğın Qərb mədəniyyətinə qarşı olan mütəfəkkirlər və insanlar var, onlar mənəvi dəyərlərə, əxlaqa yetərincə dəyər verir. Əllamənin hədəfə aldığı hadisə Qərb cəmiyyətinə qəbul etdirilən prosesdir. Əllamə deyir: Bizim şahid olduğumuz proses bundan ibarətdir ki, insan həyatının məqsədi olaraq ləzzət və mənfəətlərin təmini göstərilir. Əlbəttə bu o demək deyil ki, bütün Qərb cəmiyyəti ləzzət və mənfəət sorağıncadır. Qərb dünyasında böyük şəxsiyyətlərin mövcudluğunu inkar edə bilmərik. Qərbdə həqiqət sorağında olan mütəfəkkirlər var və olacaq. Onları inkar edə bilmərik. Amma Qərb cəmiyyətinə hakim olan mədəniyyət həmin bu iki istiqamətdə: Ləzzət və mənfəət istiqamətində özünü göstərir...
Qərb cəmiyyətində mədəniyyət deyilən hadisəni formalaşdıran prinsipləri nəzərdən keçirdik. Amma bu bütün Qərb cəmiyyətinə şamil edilə bilməz. Qərb mədəniyyətinin prinsipləri ilə barışmayan qərblilər kifayət qədərdir. Bu prinsiplər Qərb cəmiyyətinə hakim qüvvənin istəkləridir. Əllamə Cəfəri Qərb dövlətləri haqqında danışarkən onları müstəmləkəçi, istismarçı adlandırır. Mənəvi dəyərlərin tənəzzülündə bu sistemi təqsirləndirir. Əllamə müasir Qərb mədəniyyətini həqiqi insani dəyərlər prizmasından analiz edir. Əllamə deyir: Əgər sənaye ölkələri, müstəmləkəçi ölkələr insani mədəniyyətə malik olsaydılar cəmiyyətlərini süquta aparan amilləri aradan qaldırardılar. Hansı ki, onlar bunun əksinə hərəkət edir... Bir mədəniyyətin aparıcıları ali insani keyfiyyətlərdən məhrumdurlarsa onlardan nə gözləmək olar?!
Bu bir həqiqətdir ki, Qərb dövlətləri, Qərbdəki güclər öz imkanlarını cəmiyyətin səadəti yolunda sərf etməyiblər. Onlar müharibə alovları qızışdırmaqla, insanları ölümə göndərib, amma sözdə insani dəyərlərdən dəm vurublar.
Əllamə deyir: Bu gün güclü dövlətlər öz imkanlarını cəmiyyətlərinin xoşbəxtliyi yolunda sərf etmək əvəzinə insanları qarşı-qarşıya qoymaqla məşğuldurlar...
Makyavelli xislətli, eqaist, təkəbbürlü Qərb aparatı insani dəyərləri ayaq altına alıb bu dəyərlərin müdafiəsinə qalxanlara rəcəz oxuyur. Bu səhnədə böyük həqiqətlər qurban gedir. Onların yeganə məqsədi daha çox mənfəət qazanmaqdır...
Modernizmin 20-ci əsrdəki aşkar və gizli rejissorları dünyada iki böyük müharibə alovu qalayıblar. Heç bir müharibədə ölənlərin sayı bu müharibələrdəki itkilərlə müqayisə oluna bilməz. Bu müharibələrdə mənfəətpərəstlikdən başqa amil olmayıb. İstismarçılıq, siyasi iqtidarı olmayan ölkələrə təcavüz, onların sərvətlərinin qarəti millətləri acınacaqlı vəziyyətə salıb. Bu gün həmin müharibə alovları sönməyib. İstismarçılar əvvəlki kimi hərisdir. Qərb dövlətləri demokratiya, insan haqları, liberalizm, terrorla mübarizə kimi şüarlar pərdəsi arxasında tarixi quldurluğunu davam etdirir. Onlar modernizmin acı üsullarından faydalanmaqdadırlar.

Vilayet.nur-az.com


1885 بازدید