Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

İmam Hüseynin (ə) inqilabi hərəkatında mühüm amillər

İmam Hüseyn əleyhissəlamın nəzərincə belə bir şəraitdə müsəlman xalq bu kimi hadisə və cərəyanlar qarşısında sakit qalmamalıdır
İmam Hüseynin (ə) inqilabi hərəkatında üç əsas amilin mühüm rolu olmuşdur. Ümumiyyətlə həmin üç mühüm amil bu böyük hadisəni formalaşdırmışdır. Bu mühüm tarixi hadisəni təfsir edib həqiqi mahiyyətini başa düşmək olduqca çətindir. Tarixdə də bu sahədə ətraflı məlumat verilməmişdir.
Bu böyük hadisəyə sbəbə olan amillərin mürəkkəbliyinə hərə onu bir cür aydınlaşdırmış, bəziləri də ondan sui-istifadə etmişlər.
Biz bu hadisədə müxtəlif məsələlərlə qarşılaşırıq. Məsələn, bir yerdə görürük ki, imam Hüseyn (ə) ondan beyət etməsini istəyənlərin sözünü rədd edərək bu təklifə boyun əymir, başqa bir