Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

Suriya hadisələri dönüş nöqtəsi oldu

Sabiq xarici işlər naziri Mənuçehr Müttəki ilə söhbət
İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçehr Müttəki khamenei.ir ilə söhbətdə deyib:

Suriya hadisələri 15 ilə yaxın regionda uzanmış proseslərdə dönüş nöqtəsi oldu. Amerikada əkiz göydələnlərin partladılmasından sonra hadisələr Əfqanistanın işğalı ilə yeni mərhələyə qədəm qoydu. Daha sonra İraq torpaqlarına təcavüz edildi. Hətta bu işdə Birləşmiş Millətlər Təşkilatı, Təhlükəsizlik Şurasının qətnaməsinə ehtiyac duymadılar. Ötən 5 ildə İslam oyanışının zühuru ilə ortaya çıxan məsələlər bir-biriləri ilə sıx səkildə əlaqəlidir. Suriya məsələsinin təhlilində region hadisələrinə kompleks nəzər salmaq lazım gəlir.
İkinci dünya müharibəsindən sonra Balfur bəyannaməsi formatında Qərbi Asiyada Amerikanın siyasətlərinə xidmət edən sionist rejim yaradıldı. Bu rejim bir xənçəng şişi kimi regiondakı sabitliyə son qoydu. İşğalçı sionist rejim siyasi, hərbi, iqtisadi baxımdan regionda rıçaqları ələ almağa çalışdı, ərəb dövlətləri ilə bu rejimin münasibətlərinin qurulması istiqamətində böyük layihələr həyata keçirilirdi. Sionist rejim Amerika tərəfindən bütün baxımlardan himayə edildi. Məqsəd bu rejimi məntəqədə bütün müqavimətlərə qarşı əfsanəvi bir gücə çevirmək idi.
Ərəb ölkələrinin bir qismi aşkar, bir qismi gizli şəkildə sionist rejimlə əlaqə qurmağa başladı. Bu 1970-c illərdə ərəb İsrail müharibələrindən sonra baş verdi. Artıq Amerika da məntəqədə möhkəm bir dayağı olduğuna əmin oldu. Hüsni Mübarək Misiri, Ali-Səud Ərəbistanı, Məlik Hüseyn İordaniyası, Mərakeş və digər kiçik ərəb ölkələri tam şəkildə Amerikanın nəzarəti altında idi. Liviyanın ərköyünlüyünə qarşı plan cızılırdı və bu plan 1990-cı illərdə baş tutdu. Suriya müqavimətin yeganə səngəri olaraq Fələstinlə çiyin-çiyinə dayanmışdı. Onu da aradan qaldırmaq lazım idi.
Amerikalıların Əfqanistan və İraqda məqsədi iki mühüm xüsusiyyətə malik hakimiyyət yaratmaq idi. Bu ölkələr Amerika ilə müttəfiq olmalı, İran İslam Respublikasına müxalif mövqe tutmalı idilər. Son 14 ildə Amerikanın məntəqədəki fəaliyyətlərinə nəzər saldıqda görürük ki, onlar bu iki hədəfə çatmaq üçün bütün yollara əl atıblar. İraq və Əfqanistanda keçirilən seçkilər, Amerikanın qeyd olunan məqsədlərinə xidmət edirdi. Amerikanın demokrat və respublikaçı partiyalarının nümayəndələri Li Hemilton və Ceyms Beykerin məlumatlarına əsasən İraqda müvəffəqiyətsizliyin səbəblərini görmək olur. Bu məlumatdan sonra amerikalılar İranla müzakirələrə getməyə cəhd göstərdilər. Nəhayət bu müzakirələr Cənab Rəhbər Ayətullah Xameneinin razılığı ilə baş tutdu. Obama öz nəzərində dəyişmiş şəraiti seçkilərdə özünə şüar seçdi. 2011-ci ildə Amerika qüvvələrinin bir hissəsinin İraqdan çıxarılması nəzərdə tutuldu. Sonra Əfqanistandakı qüvvələrin çıxarılması gündəmə gəldi. Amma Amerikada pərdəarxası qüvvələrin etirazları əsasında bu istəklər baş tutmadı. Amerikanın İraq və Əfqanistana müdaxiləsi onun böyük strateji səhvləri idi. Bu müdaxilələrdən sonra Amerikanın iddialarının puçluğuna bütün dünya şahid oldu.
Məntəqədəki mürtəci, monarxiya quruluşları İslam oyanışından zərbə aldı. Amerikanın araşdırma mərkəzləri İslam dünyasında baş verən oyanışı nigarançılıqla izləyirdilər. Onlar bu seli öz istədikləri istiqamətə yönəltməyə çalışırdılar. Bəli, İslam oyanışında böyük bir qəzəb vardı və bu qəzəbi Amerika və İsrail öz üzərindən kənara yönəltməyə çalışırdı. Beləcə demokratiya və azadlıq carçıları terrorçu qrupları səhnəyə çıxarmaqla İslam dünyasının düşmənə qarşı yönələsi enerjisini daxili müharibələrə yönəltdilər. İŞİD və Ən-Nüsrə cəbhəsi yeni senarinin icraçıları idilər. Amerika-İsrail müştərək layihəsinin icrasından 5 il ötür. O dövrdə terrorçu, təkfirçi qruplaşmalar müsəlman ölkələrində böyük dağıntılar yaradıb, dinc sakinlərin qətliamı ilə məşğul olub. Amma Amerika öz xeyrinə nəyəsə nail ola bilməyib.
Təkfirçilik layihəsi ilk dəfə Suriyada “İraq-Şam İslam dövləti” (İŞİD) şüarları ilə ortaya çıxıb. Onlar özlərini İslam oyanışının davamçısı kimi göstərməyə çalışırdılar. Amma azca diqqətlə onların tam fərqli mahiyyətini seçmək olurdu. Suriya modeli Tunis, Misir, Yəmən, Bəhreyn hətta Liviya modelindən tam fərqlənirdi. Misir, Yəmən, Tunis və digər ölkələrdə xalqın böyük nümayişləri müşahidə olunduğu halda Suriyada Amerika və İngiltərə həbsxanalarından azad olmuş terrorçular sırf yeni planlar üzərində işləyirdi. Əgər İslam oyanışında bütün şüarlar anti-amerika, anti-sionist idisə, Suriyada belə şüarlarla rastlaşmırıq.
Beş il böhrandan sonra Suriya hadisələri barədə Qərb dövlət rəsmilərinin sözləri aydın göstərir ki, Suriyada məqsəd Bəşər Əsədin qanuni hökumətini devirmək olub. Türkiyə neçə illərdir İran və Suriya ilə normal münasibətlər qura bilmir və bunun səbəbi onun çirkin planlarda əsas rol oynamasıdır.
Amerika Suriyada məhz Cənab Rəhbər Ayətullah Xameneinin dəqiq tövsiyələri və İran İslam Respublikasının düzgün strategiyası sayəsində məğlub oldu. Cənab Rəhbər müqavimət cəbhəsinin himayəsi kənarında Suriya böhranının düzgün həll yolunu göstərdi. Amerikanın sabiq Xarici İşlər Naziri Koelen Pavel dedi ki, biz Ərəbistanın Yəməndə qısa müddətdə hər şeyi dəyişəcəyinə inanmamalı idik. Cənab Rəhbər buyurmuşdu ki, millətlər öz taleyini özləri təyin etməlidir. Bu sözlər region ölkələrindəki hadisələrdə özünü göstərdi. Amerika və Ərəbistan Suriyada olduğu kimi Yəməndə də qalib gələ bilməyəcək. Onların bu müharibələrdə itkilərini hesablamaq lazımdır.
12 il fasilədən sonra Rusiya Suriya məsələlərinə müdaxilə etdi. Ruslar 80-ci illərdə Bağdadda Suriya səfirliyinin rəsmi sənədlər aparan maşını amerikalılar tərəfindən partladılanda bilməli idi ki, Amerika regionda monopoliya sorağındadır. Ruslar öz nüfuzunu qorumaq istəyirdilərsə elə o zaman məntəqədəki hadisələrə müdaxilə etməli idilər. Xarici İşlər Naziri olduğum zaman rusiyalı həmkarlarla söhbətlərdə dəfələrlə xəbərdarlıq etmişəm ki, Rusiya Amerikanın xeyrinə fürsətləri əldən çıxarmaqdadır. Aydın məsələdir ki, Amerika Rusiyanı tam təcrid etmək istəyirdi. Rusiya da bir növ yaranmış vəziyyətlə barışıb tamaşaçı rolu oynayırdı. İranın nüvə proqramı ilə bağlı Tehrana qarşı qətnamələrdə Rusiya və Çin Amerikanı himayə etməsə də sonda qətnamələrə səs verirdilər. Bu da onların Amerika qarşısında təslim olduğunu göstərirdi. Amma Suriya hadisələrində Moskva hiss etdi ki, bu məsələlərə müdaxilə etməsə regionda bütün nüfuzunu itirəcək. Beləcə Suriya məsələsində səhnəyə daxil oldular.
Düşünürəm ki, İslam dünyası son illərdəki böhranlara yeni prizmadan baxmalıdır. Böyük gənclər ordusu yanlış İslam təfəkkürü, Amerikanın təlqinləri ilə azğın bir qüvvəyə çevirilir. İŞİD və Ən-Nüsrənin İslam dünyasına vurduğu ən böyük zərbə budur. Biz deyə bilmərik ki, intiharçı əməliyyata gedənlər kafir və müşrikdir. Bu gənclər yolunu azmış, təhrif olunmuş İslama xidmət etdiyini düşünənlərdir. Cənab Rəhbər də bir neçə dəfə bu nöqtəyə işarə edib ki, əsl düşmən Amerika ilə İŞİD və təkfirçi cərəyanlar kimi düşmənlər arasında fərq var. Bu cərəyanlar yanlış dini təlimlərdən təsirlənib.
İŞİD və Ən-Nüsrəni ortaya çıxardanlar tənqid olunmalı idi. Bu çox mühüm nöqtədir. Şəmsi 1360-cı ildə, 34 il bundan öncə ölkəmizdə münafiqlər silahlı qiyam elan etdilər. O zaman bu qüvvələr təsirsizləşdirilsə də, onların qalıqları bu gün də görünməkdədir. Hətta ölkə daxilində həmin azğın cərəyanın təsirləri müşahidə olunur. Əvvəllər Taliban və Əl-Qaidə, sonralar Ən-Nüsrə və İŞİD bu azğın cərəyanların ön xəttində gedir. Suriya və İraqda bu cərəyanlar məhv edilsə belə onların azğın təfəkkürləri on illər boyu yaşayacaq. Düşünürəm ki, azğın cərəyanlar tam məğlub edildikdən sonra universitetlər və alimlər ideoloji müharibədə öz sözünü deməlidir.

Vilayet.nur-az.com


1159 بازدید
در حال ارسال اطلاعات...