Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

Hüseyn ibn Əli (ə) yolu - Müqavimət

İnqilabımızın qələbəsindən öncə getdiyimiz yol Hüseyn (ə) yolu - yəni düşməndən qorxmamaq və qüdrətli düşmənlə mübarizəyə girmək idi
Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla düşmənin əzəməti qarşısında insanın tərəddüdə düşməməsi üçün bir misaldır. Bu, sınaqdan çıxmış bir örnəkdir. Düzdür, erkən İslam çağında Hüseyn ibn Əli (ə) 72 nəfərlə şəhadətə qovuşdu, lakin mənası bu deyil ki, kim Hüseynin (ə) yolunu gedirsə və kimlər mübarizə aparırlarsa, mütləq şəhid olmalıdırlar. Xeyr, xalqımız Allahın lütfü ilə bu gün Hüseynin (ə) yolunu təcrübə edib İslam xalqları və dünya xalqları arasında başucalığı və əzəmətlə yaşayır. Sizin inqilabın qələbəsindən öncə getdiyiniz yol Hüseyn (ə) yolu - yəni düşməndən qorxmamaq və qüdrətli düşmənlə mübarizəyə girmək idi.