Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

İLAHİ VƏDLƏRİN HƏYATA KEÇMƏ ŞƏRAİTİ

Əhli-beyt məhəbbəti insanın əməl və rəftarından hiss olunmalıdır. Bir sözlə «sevirəm» demək kifayət deyil
İmam Sadiq (ə) öz ardıcıllarına xəbərdarlıq edir ki, şeytan ilahi vədələrin gerçəkləşmə şəraitindən nəzərinizi yayındırmaqla sizi aldada bilər. Tarixdə insanların ilahi vədələrdən düzgün faydalanmaması faktı çoxdur. Məsələn, Bəni-İsrail Firon tərəfdarlarının caynağında olarkən Allah onlara vəd edir ki, iman gətirsəniz xilas olacaqsınız. «Bəqərə» surəsinin 47-ci ayəsində buyurulur: «Ey İsrail övladı, sizə bəxş etdiyim nemətlərimi və sizi aləmdə xəlq olunmuşlardan üstün tutduğumu yadınıza salın». Bəni-İsrail bu ayədən belə nəticə çıxarmışdı ki, daha onlar üçün axirət əzabı olmayacaq. Uyğun surənin 80-cı ayəsində Allah-təala buyurur: