Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2015

Qərbdə KİV azadlığı: sözdən həqiqətə

Bu gün Qərb quruluşlarında mövcud olan acı həqiqət budur ki, onlar azadlıq iddiası edə-edə, ölkələrində olan yüzlərlə televiziya və radio kanalı, digər media vasitələrilə fikir azadlığına, xəbər və informasiya azadlığına mane olurlar
Qərb demokratiyası rüsvay olub. Bu demokratiya və Qərbin kütləvi ifonrmasiya vasitələrinin azadlığı bu gün bir sözdür, reallığı əks etdirmir. Media azadlığı onu idarə edənlərin azadlığıdır. Dünyada medianı kimlər idarə edirlər? Məgər onları cəmiyyətin məhrum təbəqələri, yoxsullar və azlıqlar idarə edir? Amerikada KİV-i kim idarə edir? Taym və Nyusvik jurnalları, CNN televiziya kanalı kimindir? Hamısı kapitalist nəhənglərə məxsusdur. Azadlıq onların azadlığıdır. Görün onlar nə istəyirlər, istədiklərinin hamısı yerinə yetirilir. Siz bu media qovğasında əxlaq və mənəviyyatı bir addım irəli apara bilərsinizmi? Doğrudur, deyirlər siz də gəlin bu izdihamda, tribunanın yanında dayanın və sözünüzü deyin. Siz də gedib öz-özünə danışa bilərsiniz, özünüz deyər, özünüz də zorla eşidərsiniz. Bu, söz azadlığıdırmı?
Bu gün Qərb azadlığı bu yalan və hiylələrdən ibarətdir; dünyada çoxları bu hiylələrə uyurlar. Bu azadlıq elə azadlıqdır ki, on qəddar rejim qılınc və qamçıyla xalqlarının canına düşürlər, lakin elə bu rejimlər tərəfindən də maksimum dərəcədə dəstəklənirlər. Sionist rejimin, özününkü olmayan torpaqlarda təşkili azadlıqdırmı?
Bu gün Qərb ölkələrində qəzetlərin sionistləri pisləməyə icazəsi yoxdur. Bir nəfər kitabda yazır: “Yəhudilər İkinci Dünya müharibəsində Hitlerin əli ilə öldürülmələrini şişirtmişlər”. Bu zaman bu kitabı müsadirədən əlavə, onun müəllifini də mühakimə edirlər. Özləri bu gün azadlığa qarşı belə rəftar edirlər.
Bu gün Qərb quruluşlarında mövcud olan acı həqiqət budur ki, onlar azadlıq iddiası edə-edə, ölkələrində olan yüzlərlə televiziya və radio kanalı, digər media vasitələrilə fikir azadlığına, xəbər və informasiya azadlığına mane olurlar. Əslində, bu ölkələrdə onların iddia etdiyi azadlıq əsla mövcud deyil. Niyə? Çünki bütün bu təbliğat şəbəkələri və informasiya resursları – televiziya, radio, qəzet və sair, o ölkələrin siyasətlərini təyin edən mərkəzlərin inhisarındadır.

Ayətullah Seyid Əli Xamenei


1568 بازدید
در حال ارسال اطلاعات...