Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2015

Mübarizədə qəhrəmanlıq

"İzzət Allaha, onun Rəsuluna (s) və möminlərə məxsusdur"
Mübarizədə qəhrəmanlıq. Yəni lazım olan bu mücahidlik gərək İslam izzəti ilə edilsin. Çünki "izzət Allaha, onun Rəsuluna (s) və möminlərə məxsusdur". Müsəlman həmin hərəkətdə və mücahidlikdə də özünün və İslamın izzətini qorumalıdır. Məzlumluğun zirvəsində də çöhrəyə baxsan, qəhrəman və izzətli bir çöhrədir. Əgər öz müasir tariximizin müxtəlif siyasi və hərbi mübarizələrinə baxsanız, görərsiniz ki, hətta əlinə tüfəng alıb fiziki müharibəyə atılanlar da bəzən özlərini alçaltmışlar. Lakin Aşura məntiqində belə bir şey yoxdur. Hüseyn ibn Əli (ə) bir gecə möhlət aldıqda da izzətlə möhlət alır, “kömək edən varmı?” - deyə yardım istəyəndə də izzət və iqtidar mövqeyindən deyir. Mədinə-Kufə yolunda müxtəlif insanlarla rastlaşdıqda, onlarla danışdıqda və bəzilərindən kömək istədikdə də zəiflik və gücsüzlük mövqeyindən istəmir. Bu da başqa bir dəyərli elementdir. Bu element Aşura yolçularının öz proqramlarında yerləşdirdikləri bütün mücahidliklərdə nəzərə alınmalıdır. Bütün mücahid hərəkətlər – istər siyasi, istər təbliğat, istər canını fəda etməyin lazım olduğu hərəkətlər izzət mövqeyindən olmalıdır.

Ayətullah Seyid Əli Xamenei


1330 بازدید
در حال ارسال اطلاعات...