Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2015

Xalqa qarşı amansızlıq Allahla savaş hökmündədir

Kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur
Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. 

Həzrət Əli (ə) buyurur:

“Xalqla amansız davranıb, Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur, onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma, heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma), olsun ki, çıxış yolu tapasan.