Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2015

İSLAMİ BİRLİK

Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli, müttəhid olmalıdırlar
Bildiyimiz kimi, bu gün bütün müsəlmanların ən mühüm vəzifələrindən biri "islami birlik" şüarı altında birləşmək üçün çalışmaqdır. Bu ilahi vəzifə hər bir yazıçının, natiqin, alimin və ümumiyyətlə hər bir müsəlmanın dini vəzifəsidir. Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli, müttəhid olmalıdırlar. Hər bir ayıq müsəlman bu məntiqi sözün hazırkı dünyada nə qədər düzgün olduğunu dərindən başa düşür və müsəlmanların arasında birliyi vacib və zəruri hesab edir.
Bu gün islamın kinli düşmənləri Quranı məhv etmək üçün var-qüvvəsi ilə gecə-gündüz çalışır, əlindən gələni əsirgəmir. Lakin müsəlmanların arasında birlik yaradılması o demək deyildir ki, Quranın danılmaz həqiqətlərini inkar edək, İslamın ali məziyyətlərini və onun qeydsiz-şərtsiz seçdiyi həqiqi rəhbərlərini inkar edək! Çünki bu növ kor-koranə birlik Quranın danılmaz həqiqətlərinə göz yummaq deməkdir.
Birlik və ittihadın mənası budur ki, Quranın, qorunmasına çalışdığı işləri davam etdirək, onun həyatbəxş sünnələrini, mütərəqqi qanunlarını dirçəldək bütün İslam alimləri yekdilliklə Quranın buyurduqlarını desinlər və həvayi-nəfsin istəklərinə tabe olmasınlar, təəssübü idraka qatmasınlar.
"Birliyin" həqiqi mənası Quranda olan bir sıra həqiqətlərə göz yumaraq onu ayaq altına salmaq deyildir. Məsələn, Həzrət Əlini (ə) ev dustağı edərək, Müaviyə kimi mənfur və yaramaz şəxsi müsəlmanların "dayısı" hesab etmək, Quranın hökmü ilə hər növ eybdən, günahdan, batini və zahiri çirkinliklərdən pak və məsum olan, Allah tərəfindən Onun yer üzündəki nümayəndələri, dini işlərin qəyyumu, bütün ümmətin və müsəlmanların ixtiyar sahibi təyin edilən şəxsləri nəzərə almayıb "birlik xatirinə hələlik bu ayələrdə bəyan edilən pak və məsum şəxsləri kənara qoyaq" demək və bunun müqabilində də ləyaqətsiz, şəxsiyyətsiz insanları (həmin məqsədlə) böyük bir şəxsiyyətə çevirib eyblərini gizlətmək, layiq olmadıqları gözəl sifətlərlə vəsf etmək və s. kimi işlər Quranın ümdə məramlarının bir qismini nəzərə almamaq deməkdir. Qurani-Kərimin əsas mətləblərini kənara qoymaq olarmı?! Məgər "bu gündən etibarən müsəlmanların birliyi naminə Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) sair peyğəmbərlərdən üstün, yaxud onların sonuncusu olmasını inkar etmək lazımdır!" deyə iddia etmək olarmı?! Məgər birlik xatirinə "fəzzələllahul-mucahidinə" ayəsini inkar edərək cihada getməyənləri mücahidlərdən üstün və ya onlarla eyni bir məqamda olmalarını iddia edə bilərikmi?!!
Məgər "zikr əhlini" kənara qoyub, cahilləri və nadanları İslamın rəhbəri bilmək ayəsini unutmaq mümkün olan işdir?!
Bu cür fikirlər cəhalətlə yanaşı olan fikir olub, fəzilətləri tapdalamaq və Quranın yüksək hədəflərinin, ali məramlarının bir qismini sarsıtmaq deməkdir.
İnsaniyyətin düşməni olan cəlladların, İslamın təhlükəli düşmənlərinin, müsəlmanların qanını zəli kimi soranların və İslamın həyatını ciddi şəkildə təhdid edən yadellilərin qarşısında "islami birlik" vacibdir. Müsəlmanların arasında ünsiyyət və qarşılıqlı anlaşma, vəhdət və birlik yaratmaq, çox da əhəmiyyət kəsb etməyən bəzi ixtilaflarda güzəştə getmək, hamılıqla Allahın sarsılmaz ipi olan Qurani Məcidə sarılmaq və hər növ təfriqəçilikdən uzaq olmaq səhih bir fikirdir.