Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

23 rəbiüləvvəl – Həzrət Məsumənin (s.ə) Quma gəlişi

Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmə