Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Nardaran faciəsinin pərdə arxasında masson və sionistlər durur

Nardaran kəndinin və yuxarıda adı sadalanan ruhanilərin hamısının ədalətin bayraqdarı İmam Hüseyn məktəbinin davamçıları olduğu bəlli
Azərbaycan xalqının bir qrup ziyalı təbəqəsi son günlər Nardaran qəsəbəsi başda olmaqla Azərbaycanın digər bölgələrində baş verən qətl və faciələr ilə bağlı gerçəkliyi aydınlaşdıran bildiriş ilə Azərbaycan Xalqına səsləniblər.

Bəyanatın tam mətnini saytımızın ziyarətçilərinə təqdim edirik:

Möhtərəm Azərbaycan xalqı! Nardaranda baş verənlər massonlar tərəfindən təsis edilmiş qondarma “İŞİD”-ın (“İraq Şam İslam Dövləti”nin) müsəlman İraq, Şam-Suriya və Yəməndən sonra neft ölkəsi olan Azərbaycana daxil olmaq üçün əvvəlcədən hazırlanmış ssenarisinin (planının) icrasıdır.

Artıq kimsədən gizli deyildir ki, Masson idarəetməsi olaraq Səudiyyə Ərəbistanında İsrail, Amerika, İngiltərə, Fransa, Almaniya və Türkiyə kimi koalision dövlətlərin daxil olduğu və Əbubəkr Bağdadi adlı bir yəhudinin idarə etdiyi vəhşi “İŞİD”in qara maskaları neftlə zəngin ölkələrə girmək üçün Peyğəmbərin(s) müqəddəs bayrağı və“Allahu Əkbər!”-sədaları altında düşünən başları kəsmək, əhalini güllələmək, qadınları öz cinsi ehtiyaclarına vasitə etmək, uşaqları özlərinə baza hazırlamaq üçün xüsusi təlim düşərgələrinə göndərmək, əsir gənclərin daxili orqanlarını isə öz yaralılarına köçürmək üçün İsrail xəstəxanalarına ötürməklə məşğuldurlar.

Artıq hamıya bəllidir massonlar tərəfindən idarə olunan bu “müsəlman” qiyafəli vəhşi “İŞID”in Rusların siyasi asılılığında olan strateji əhəmiyyətə malik neft ölkələrinə daxil olma taktikası əvvəlcədən bu ölkələrdə şəbəkə halında yaradılmış taliban, vəhhabi, təkfirçi və nurçu qruplarının hərəkətə gətirilməsi üçün xüsusi hazırlanmış kadrların müvafiq dövlətin idarəetmə və xüsusi xidmət orqanlarına yerləşdirilməsi ilə gerçəkləşdirilir.

Əhalisinin 95 % şiə, nefti isə “Layk” markalı olan, qlobal maraqların toqquşduğu Azərbaycana da “Koalision İŞİD-çilər”in daxil olma mexanizmi artıq işlək vəziyyətə gətirilmiş və bu işin icrası üçün bəhanə olaraq İmam Hüseyn(ə) əzadarları kimi məşhur olan şiə Nardaran kəndi məqsədli şəkildə qurban seçilmişdir.

Belə ki, Azərbaycanın xüsusi xidmət orqanlarında oturuşmuş “İŞİD” xəfiyyəsinin hazırladığı qara maskalılardan ibarət silahlı bir dəstə mebel maşınında Nardarana daxil olaraq, Rəhimə xanım(ə) ziyarətgahının girişində İmam Hüseyn(ə) üçün əzadarlıq məclisi qurmuş Bünyadovlar ailəsinə silahlı basqın edərək, burada zöhr namazı qılan 25-30 nəfər adamın 7 nəfərini güllə ilə öldürmüşlər. Əzadarlığa çağırılmış ruhani Tale Bağırov isə 10-15 nəfər mömün və şəhid cənazələri ilə birgə girov aparılmışdır.

Dövlətin xüsusi xidmət orqanlarında kök salmış təxribatçı “İŞİD” üzvləri tərəfindən idarə olunan bu maskalı qrup cinayətinə hüquqi don biçmək üçün özləri ilə