Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2015

Nardaran şiələrinin qanlı repressiyalara məruz qalmasının səbəbləri - Bürhan Hişməti

Azərbaycan Respublikasının baş verən hadisələrdən bəhrələnmə cəhdləri göstərir ki, DİN-i əvvəlcədən hazırlanmış ssenari əsasında 2 polis əməkdaşını qurban verib...
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qüvvələrinin (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) ikinci amansız və qəfil hücumu 2015-ci il, noyabr ayının 26-da cümə axşamı günü (14 səfər) baş verib. Hücuma məruz qalan ünvanda camaat namazında iştirak edən şiələrdən 4 nəfəri şəhadətə çatıb, 10 nəfərdən artıq mömin yaralanıb. Azərbaycan Daxili İşlər Nazirliyi iddia edir ki, Müsəlman Birliyi Hərəkatının üzvlərinin polisə müqaviməti zamanı 2 polis əməkdaşı öldürülüb. Amma Nardaranda olan mənbələr bildirirlər ki, polis əməkdaşları təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Məqsəd polisi hücuma məruz qalmış tərəf kimi göstərmək, bununla da dəhşəti artırmaq, Nardaran şiələri üzərinə hücuma keçmək olub. Elə buna görə də Daxili İşlər Nazirliyi əməliyyat baş verən yerdə çəkilən filmlərin yayılmasına yol vermir. Azərbaycan Respublikasının internet saytlarında şahidlərin yerləşdirdiyi fotoşəkillər və müsahibələr göstərir ki, hücum zamanı höccətülislam Tale Baqirzadənin imaməti ilə namaz qılanlar polis qüvvələrinə heç bir müqavimət göstərməyib və onların ixtiyarında heç bir silah olmayıb. Onlar yalnız dini şüarlar səsləndiriblər.
Azərbaycan Respublikasının baş verən hadisələrdən bəhrələnmə cəhdləri göstərir ki, Daxili İşlər Nazirliyi əvvəlcədən hazırlanmış ssenari əsasında 2 polis əməkdaşını qurban verib, bununla şəraiti gərginləşdirməyə çalışıb. Belə bir vəziyyətdə əhalidə qorxu yaratmaq, repressiyaları gücləndirməyi nəzərdə tutublar. Müsəlman Hərəkatı Birliyinin Gəncə şəhərindəki 2 üzvü də anti-sionist və anti-təkfirçi mövqelərinə görə həbs ediliblər. Artıq belə münasibət Azərbaycan əhalisini təəccübləndirmir. Daxili İşlər Nazirliyi Gəncədə həbsə alınan 2 şəxsi də məzhəkəli bir şəkildə qumbara və narkotik maddələr saxlamaqda ittiham edib. Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Nardarana hücumu ilə eyni zamanda Lənkəran polis idarəsinin xüsusi bölməsi şəhər məscidini mühasirəyə alıb, ruhani Hacı Seyid Elman Ağayevi həbs etmək üçün əməliyyat keçirib. Azərbaycan Respublikasının başqa bir tanınmış ruhanisi höccətülislam Hacı Zülfüqar Mikayilzadə Nardarana hücumla eyni vaxtda Bakı polisi tərəfindən Biləcəri qəsəbəsində həbsə alınıb. Zülfüqar Mikayilzadə təkfirçilər və vəhabilərə qarşı sərt çıxışları ilə tanınır.
Nardarana hücum və qəsəbənin mühasirəyə alınması ilə eyni zamanda əraziyə verilən su, işıq və qazın Ərbəin mərasimləri astanasında kəsilməsi göstərir ki, Azərbaycan Respublikasının məzlum şiələrinə qarşı məkrli bir plan hazırlanmışdır. Bu planın icrası ilə İlham Əliyevin prezidentliyi dövründə şiə fəallara qarşı ikinci dəfə represiya dalğaları həyata keçir. İlk represiyalar 2011, 2012-ci illərdə, əxlaqsız Eurovision musiqi yarışmalarının keçirildiyi dövrə təsadüf edirdi. O zaman İslam partiyasının rəhbəri Mövsüm Səmədov, Milli-mənəvi Dəyərlər Cəmiyyətinin sədri Hacı Abgül Süleymanov, höccətülislam Fəraməz Abbasov, İslam Partiyasının Astara şöbəsinin sədri Ruhullah Axundzadə, onlarla başqa ruhani və fəal Bakı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad və digər məntəqələrdə həbsə alınmışdı. Fəallardan həbsxanada şəhadətə çatanı da olub. Digərləri hələ də həbsdədir. Azərbaycan Respublikası şiələrinə qarşı repressiyaların birinci dalğasında Hacı Taleh Baqirzadə də həbsə alınmışdı. O zaman hələ Müsəlman Birliyi Hərəkatı yaradılmamışdı. Hacı Taleh Baqirzadə 2015-ci ildə həbsdən azad edildi. Hələ həbsdə olduğu zaman Hacı Taleh Baqirzadə Müsəlman Birliyi Hərəkatının yaradılması ilə bağlı bəyanat vermişdi. Həbsdən azad olandan sonra Azərbaycan Respublikasının şiə fəalları ilə birlikdə Müsəlman Birliyi Hərəkatı fəaliyyətə başladı. Qısa bir müddətdə qurum Azərbaycanda ən fəal və nüfuzlu qurumlardan birinə çevirildi. Hərəkatın ədalətsizliyə, zülm və korrupsiyaya qarşı sivil mübarizəsi təkcə ölkə daxilindəki korrupsionerləri yox, eyni zamanda onların xaricdəki hamilərini təşvişə saldı. Dini maarifin yayılması və ölkə əhalisinin şiə kimliyinin canlanmasında Müsəlman Birliyi Hərəkatı ötən bir ildə ciddi fəaliyyət göstərib, müxtəlif konfranslar keçirilib, hərəkatın fəaliyyətləri geniş ictimaiyyət arasında və veb-fəzada öz əksini tapıb. Bu fəaliyyətlər Azərbaycan Respublikasının rəsmi qurumlarının dinə nəzarət edən orqanlarını təşvişə salıb, tolerant Azərbaycan modeli üzərində sionist qurumlar və qərblə əməkdaşlıq edənlərin nigarançılığı artıb.
Həqiqət budur ki, son illərdə Azərbaycan Respublikasında dini mərasimlər, şiə həyat tərzi canlanıb, Hüseyn (ə) əzadarlıq mərasimləri, xeyriyyə məclisləri, məhərrəm və səfər aylarında ehsan süfrələri açılması rövnəqlənib. Hər il bu mərasimlər daha da güclənir. Amma Bakı dövləti ötən illərdə azğın firqələrə, bəhailərə, vəhabilərə, təkfirçilərə ölkədə təbliğ yolu açıb, amma şiə məzhəbinin inkişafı ilə bağlı nigarançılığını büruzə verib. 28 noyabrda Azərbaycan qəzetində nəşr olunmuş məqalədə, Trend və digər xəbər agentliklərində gedən yazıda şiə məzhəbinə açıq hücum edilib, İslam dini zahiri ərəb, mahiyyəti fars bir ideologiya kimi Azərbaycana lazımsız əqidə kimi göstərilib. Dövlət orqanlarının həqiqi İslam maarifinin ölkədə yayılmasına qarşı bütün tədbirlərinə və təbliğatlarına baxmayaraq xalq öz şiə kimliyinin gücləndirilməsində israrlıdır. Dövlət həm də Sovetlər Birliyindən qalmış ateist təfəkkürünü, həyat tərzini oyatmağa təlaş göstərir. Xalqla dövlət arasında yaranmış bu fikir ayrılığı səbəb olub ki, dövlət orqanları xalqa, xüsusi ilə şiələrə qarşı repressiyalar aparsın. Hazırda Azərbaycan Respublikasında şiələrə qarşı təzyiqlər Bəhreyn şiələrinə qarşı təzyiqlərlə müqayisə oluna bilər.
14 səfər, cümə axşamı günü gündüz Nardaranda baş verən hadisə o qədər ağır olub ki, onu Səudiyyə Ərəbistanında vəhabilərin əzadarlara hücumuna bənzətmək olar. Hansı ki dövlət qurumları plüralizm və tolerantlıq prinsiplərinə sədaqətindən danışır, eyni zamanda ölkə əhalisi arasında əksəriyyət təşkil edən şiələr bu prinsiplərdən faydalana bilmir. Amma bəhailər, digər azğın firqələr plüralizm və tolerantlıq pərdəsi altında Bakı və digər şəhərlərdə aktivlik göstərirlər. Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra vəhabilərin fəaliyyətinin genişləndirilməsi ilə bağlı əməkdaşlıqlar mətbuatda ifşa olundu. Aydın oldu ki, bu fəaliyyətlər birbaşa Milli Təhlükəsizlik Nazirliyi tərəfindən himayə və idarə olunurmuş.
Nardaranda Əbulfəzl Bünyadovun evində məclisə silahlı hücum nəticəsində 4 mömin oradaca şəhadətə çatmışdır. Belə bir qorxu var ki, yaralılar təhlükəsizlik qüvvələri tərəfindən sonradan qətlə yetirilsin. Məclisə söhbət üçün dəvət olunmuş Hacı Tale Baqirzadə, ev sahibi Əbülfəzl Bünyadov və digər 12 nəfər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbsə alınmışdır və hazırda həmin idarədə amansız işkəncələrə məruzdurlar. Həmin məclisdə iştirak etməmiş Zülfüqar Mikayilzadə sonradan həbsə alınıb. Təəssüf ki, İranda da bu mövzuda xəbərlərə yol bağlanıb. Hansı ki Azərbaycan Respublikasında şiələrin məruz qaldığı zülm Bəhreyndə şiələrə qarşı zülmdən daha ağırdır.
Ötən il Azərbaycanın müxtəlif məntəqələrində keçirilən məhərrəm əzadarlığı mərasimləri arasında Nardarandakı Aşura mərasimi öz əzəməti ilə seçilib. Bu mərasim kommunist rejiminin qalığı olan ateistləri qorxuya salıb. Azərbaycan Respublikasında hələ də hakimiyyətdə belələri var. Ateistlərlə ittifaqda olan vəhabilər, nurçular, sionist rejimə bağlı qüvvələr də Azərbaycan Respublikasında şiələrin əzadarlıq mərasimlərinə görə narahatdırlar. Son həftələrdə Azərbaycanda televiziya şəbəkələri və mətbuatda əzadarlıq ziddinə materiallar geniş yer alıb. Bu materiallar mövcud anti-şiə nigarançılığını aşkar göstərir. Anti-şiə təbliğatında əzadarlıq mərasimləri ilə bağlı şübhə yaradan Fazil Qəzənfər oğlu, Elşad Miri, Aqil Ələsgər və başqaları əslində dövlət qurumlarının təbliğat maşınıdır və xalqa dini ekspert kimi təqdim olunur. Azərbaycan Respublikasında şiə məzhəbi əleyhinə təbliğat vasitələrinin əlində bəhanələrdən biri də budur ki, ölkənin tanınmış şiə ruhaniləri şiə mərcə alimlərinə böyük sevgi göstərir. Höccətülislam Tale Baqirzadə Azərbaycan Respublikasında səfərdə olan Ayətullah Nuri Həmədaninin əlini öpməklə ona öz ehtiramını bildirmişdir. Bunun ardınca Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələri əsasında informasiya vasitələrində Hacı Tale Baqirzadə və digər şiə ruhanilərə fəallara qarşı geniş miqyaslı kompaniya aparılmışdır. Dəyərli şiə ruhanilər millətdən uzaq, İrana bağlı ünsürlər kimi təqdim olunmuşdur. Qarşı tərəf bu fəaliyyətlərlə Azərbaycan Respublikasında xalq kütlələrinin şiə məzhəbinə meylini əngəlləmək istəmiş, bu məqsədlə şiə fəalları nüfuzdan salmağa çalışmışdır. Amma bu fəaliyyətlərin heç biri nəzərdə tutulan nəticəni verməyib. Məhərrəm və səfər aylarının son ongünlüklərində keçirilən əzadarlıq mərasimləri və oxunan xütbələr göstərir ki, Bakı təbliğat maşını nəzərdə tutulan nəticəyə çata bilmir. Hacı Tale Baqirzadə ölkəboyu, o cümlədən Nardaranda, Məştağada, Lənkəranda, Gəncədə səfərlərdə olub, onun söhbətləri çoxsaylı gənclər tərəfindən sevgi ilə qarşılanıb. Bu arada Azərbaycan dövlət qurumları və şiə düşmənlərindən asılı olmayan səbəblərdən vəhabilər, sionistlər, nurçular daha çox ifşa olunublar. Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudovun işdən kənarlaşdırılması, ən azı 20 yüksək rütbəli zabitin həbsi İlham Əliyevə qarşı dövlət çevirilişinə hazırlıqla əlaqələndirilmişdir. Mətbuatda yazılır ki, Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi ona məlum olmayan bir sıra materiallarla tanış etmişdir. Bundan sonra Azərbaycan prezidenti Milli Təhlükəsizlik Nazirliyinə, şiə fəallara əsas təzyiq orqanı olan bir quruma güclü zərbə vurmuşdur. Bunun nəticəsində Təhlükəsizlik Nazirliyi ilə vəhabi və təkfirçi cərəyanlar arasındakı əlaqələr açıqlanmışdır. Yaranmış şəraitdə anti-şiə vəhabilərin Suriya əməliyyatlarına qatılması ilə bağlı cinayətləri onların və onların hamilərinin zərərinə tamamlanmışdır. Turkiyədəki daxili ixtilaflar səbəbindən vəhabilərlə eyni zamanda nurçular da ifşa olunmuşdur. Bu cərəyanın şiəlik əleyhinə fəaliyyətləri onun özü, elecə də ateist və sionist hamiləri üçün çox da səmərəli olmamışdır.
Belə bir şəraitdə ictimai fikri azdırmaq üçün şiələrin əzadarlıq mərasimlərinə polisin silahlı basqınları bir vasitə seçilmişdir. Ərbəin astanasında Daxili İşlər Nazirliyi qüvvələrinin Nardarana basqını bütün antişiə qruplar, sionistlər, vəhabilər, nurçular tərəfindən rəğbətlə qarşılanmışdır. Noyabr ayının əvvəllərində parlament seçkilərinin islamçı təşkilatlar tərəfindən baykot edilməsi bu seçkilərin legitimliyini şübhə altına almış, hətta Avropanın bir çox qurumları seçkiləri tənqid etmişdir. Sionist rejim tərəfindən göndərilmiş və sabiq İsrail xarici işlər naziri Libermanın başçılıq etdiyi qrupun seçkilərin düzgünlüyünü təsdiq etməsi istehsa ilə qarşılanmışdır.
Seçkilərdən sonra dövlətin legitimliyinin zəiflədiyini hiss edən sionistlər Bakı qarşısında şiələrin repressiyası ilə bağlı yeni tələblər qoymuşdur. Nardarana hücum, respublika boyu şiələrə qarşı repressiyalar sionist rejim və Səudiyyə Ərəbistanı tərəfindən idarə edilən bir prosesdir. Azərbaycan dövləti də öz növbəsində İSESCO-nun Bakıda keçirilən toplantısından, diqqətin Suriya, İraq və Yəməndəki böhranlara yönəlməsindən bəhrələnərək belə bir amansız əməliyyata qərar vermişdir.
Keçmişdə də şiə mərcə alimləri Azərbaycan şiələrini himayə edəndə, onların hicab hüququnun müdafiəsinə qalxanda Bakı oxşar şəkildə hamını qabaqlayaraq Nardaran, ölkə şiələri, Qum Elm Hövzəsinə qarşı qarayaxma kampaniyası aparmışdır. Bütün bunlar göstərir ki, Bakı İran İslam Respublikasının şiələr və dünya müsəlmanlarını himayəsindən çox nigarandır. Son illərdə Bakı bəzi məlumatsız siyasi dairələrin xoş münasibətindən sui-istifadə edərək İran informasiya diplomatiyasını Azərbaycan hadisələrinə münasibətdə yayındırmaq üçün bir növ buper zolağı yaratmış, anti-şiə siyasətlərini belə bir şəraitdə həyata keçirmişdir. Belə görünür ki, Bakı son cinayət zamanı da İran tərəfinin xoş münasibətindən sui-istifadə etmişdir. Amma heç şübhə yoxdur ki, Nardaran şəhidlərinin qanı bu ölkə müsəlmanlarının agahlığını gücləndirəcək./arannews/


1924 بازدید
در حال ارسال اطلاعات...