Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Münafiq kimdir və onu necə tanımalı?

Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular»
Sual: Münafiq kimdir və onu necə tanımalı?

Cavab: Qurani-Kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: «Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir», «Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular».

Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur. Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli düşmənçilikləri ilə İslam dininə kafirlərin vura bilməyəcəkləri zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:

1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə «biz iman gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər
3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar, yağlı dilini işə salar, xəyanət edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə, axmaq hesab edər.


2559 بازدید
در حال ارسال اطلاعات...