Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

QURANDA FASİQ ALİMLƏRİN AQİBƏTİ

Bizlərdən hər birimiz yaxşı iş görsə, ikiqat savabı var. Günaha işə mürtəkib olsa, onun iki qat əzabı var
Quranda öz elminə əməl etməyən alimlər ulağa və itə oxşadılıb. “Əraf» surəsinin 176-cı ayəsində günahkar alim haqqında belə oxuyuruq:
«Bu adamın itə oxşarı var: Onu qovsan da, sakit buraxsan da dilini çıxardıb elə hey ləhləyir».

«Cümə» surəsinin 5-ci ayəsində də oxuyuruq:
«Tövratın hökmlərinə mükəlləf olub ona əməl etməyən şəxslər belində kitablar daşıyan ulağa bənzəyirlər».

“Əhzab» surəsinin 30-cu ayəsində isə Peyğəmbərin (s) zövcələrinin günah etmələri haqqında belə buyurulur:
«Ey Peyğəmbərin zövcələri, sizlərdən hər biriniz aşkarda günah etsə, onun əzabı iki qat olacaqdır».

Peyğəmbərin (s) arvadları cəmiyyətdə adlı-sanlı şəxslər olduqları üçün onların etdikləri günahın əzabı da artıqdır. Ayədə günahın aşkar edilməsinin vurğu ilə qeyd olunması aşkarda edilən günahın cəmiyyətə mənfi təsiri ilə bağlıdır.
Rəvayət olunub ki, bir kəs İmam Səccadın (ə) yanına gəlib ərz etdi:
«Siz Əhli-beyt Allahın bağışladığı şəxslərdənsiniz».

Həzrət bu sözdən narahat olub o şəxsin cavabında dedi:
«Sənin dediyin kimi deyil. Bizlərdən hər birimiz yaxşı iş görsə, ikiqat savabı var. Günaha işə mürtəkib olsa, onun iki qat əzabı var!»

Sonra O həzrət “Əhzab» surəsinin 30 və 31-ci ayələrini oxudu.
“Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!”

“Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.”


2577 بازدید
در حال ارسال اطلاعات...