Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2015

Hər sübh şəhadət qüslü verən nüvə alimi

Uranı 20 faiz zənginləşdirmiş iranlı şəhid alim haqqında
Şəhid Məcid Şəhriyari - Sübh şəhadət qüslündən təfəkkür mehrabında şəhadətə qədər 

Şəhid Məcid Şəhriyari nüvə fizikası sahəsində universitetin parlaq simalarından idi. O nüvə texnologiyaları sahəsində dəyərli fəaliyyətləri ilə yadda qalıb. Həyat yoldaşı ilə birlikdə Şəhid Behişti universitetinə doğru hərəkət zamanı bir şəxs motosikillə ona yaxınlaşır və maşınına maqnitli partlayıcı qurğu yapışdırır. Beləcə, dəyərli nüvə mütəxəssisi şəhadətə çatır. 
Həyatı boyu qarşıya qoyduğu məqsədlərə doğru tələsən doktor Şəhriyari doğum günü ildönümünə 8 gün qalmış başqa bir həyata qədəm qoydu. O bilirdi ki, başqa bir dünyada işini davam etdirə bilməyəcək, ona görə də elə bu dünyada işini tamamlamağa çalışırdı. Hər gün səhər şəhadət qüslü verərdi. O məşum gündə də bu işi gördü. Maşına əyləşən kimi əvvəlcə Cavadi Amulinin təfsir dərslərini dinlədi. Sonra tələbəsinin doktorluq işini əlinə alıb oxumağa başladı. Mütaliəyə o qədər məşğul olmuşdu ki, nə motorsikli gördü, nə cangüdənin, nə də həyat yoldaşının səsini eşitdi. 
Bu terror hadisəsində Şəhriyarinin həyat yoldaşı sağ qaldı. Onun hadisə ilə bağlı xatirələri maraqlıdır. 
“Hadisədən bir gün öncə doktor universitetdən mənə zəng vurdu, dedi ki, universitetdə iclas var və mən orada hökmən iştirak etməliyəm. Dedi ki, bu günə qədər müəyyən problemlərlə üzləşmiş layihəsi müzakirə olunacaq. Ümid edirdi ki, həmin iclasda layihənin həyata keçməsi üçün yol açılacaq. Səhəri gün mən çox şad idim. Sübh hava ağır olduğundan və şəhərdə maşınların hərəkəti onların nömrə nişanı əsasında tək və cüt günlərə bölündüyündən doktor maşınını götürə bilmədi. Ona görə də mənim maşınımla evdən çıxdıq. Oğlum Möhsünü də götürmək istəyirdim. Amma o dedi ki, universitetdə dərsi saat 10 da başlayır, evdə qaldı. Bu Allahın lütfü idi ki, oğlum bu acı hadisəyə şahid olmasın. Doktor və sürücü qabaqda əyləşmişdi, mən arxada. Doktor üçün vaxt böyük qənimət olduğundan maşına əyləşən kimi Quran təfsiri dinləməyə başladı. Sonra əlinə kitab alıb mütaliə etdi. Ərteş prospekti ilə 500-600 metr hərəkət etmişdik ki, maşına bir motorsikl yaxınlaşdı. Onu görən sürücü fəryad çəkdi ki, doktor, özünü maşından at. Doktor isə nə baş verdiyini soruşdu. Mən təhlükəsizlik kəməri taxmadığımdan dərhal maşından düşdüm. Sürücü də özünü maşından atdı. Mən doktor tərəfdən maşının qapısını açmaq istəyəndə maşına yapışdırılmış partlayıcı qurğu işə düşdü. Partlayışın istisini üzümdə hiss etdim. İstədim Məcidə kömək edim. Amma hərəkət edə bilmədim. Sadəcə Məcid, Məcid deyə çağırırdım. Sürücü mənə yaxınlaşanda dedim ki, Məcidə kömək et. Sürücü Məcidə yaxınlaşanda başına vurmağa başladı. Bir mənə baxdı, bir də Məcidə. Bizə kömək edəcək bir adam görünmürdü. Sürünə-sürünə özümü maşının qapısına çatdırdım. Məcid hərəkətsiz halda sürücünün oturacağına dayanmışdı. Başa düşdüm ki, artıq gecdir. Nalə çəkməkdən başqa bir iş əlimdən gəlmədi. Bir qədər sonra anladım ki, xilasedicilərin arabasındayam. Məcid gözümün qabağına gəldi, Kərbəla səhnələrini xatırladım. Zəhra (s.ə) balalarının nizəyə sancılmış başı gözlərim önünə gəldi. Əhli-Beytin (ə) başına nə oyunlar açdılar! Məcid isə onların ayağının tozu da ola bilməzdi. Bütün bunları fikirləşib dilimin altında əlhəmdülillah pıçıldadım. Mən partlayıcı qurğu qoyulan tərəfdə olduğumdan yaralanmışdım. Partlayışda bir dəmir parçası ürəyimin yaxınlığına qədər hərəkət etmişdi. Həyatda qalmağım Allahın möcüzəsi idi. Sol ayağım 10 yerdən sınmışdı. Həkimlər çox çətinliklə ayağımı bərpa edə bildi.”



Şəhid Şəhriyari iradəli bir alim idi. Deyirdi ki, İslam Respublikası lazım olan işləri bacarar və bacarmalıdır. Şəhadətinə qədər tanınmayan insanların hekayəsi çox maraqlıdır. Şəhadətdən sonra isə onlar əfsanəyə çevirilir. Şəhriyari İranın böyük nüvə mütəxəssisi olsa da, təhlükəsizlik baxımından onu dostları və yaxınlarından başqa kimsə tanımırdı. Az adam bilir ki, uranın 20 faiz zənginləşdirilməsi İrana milyardlarla dollar fayda gətirib. Diplomatlar ən çətin məqamlarda siyasət səhnəsində nüvənin 20 faiz zənginləşdirilməsindən məharətlə istifadə edərək qarşıya qoyulan məqsədə çatıblar. Bu işi isə heç kimin tanımadığı Məcid Şəhriyari görüb. İşə yaxın insanlar gözəl bilir ki, Şəhriyari məmləkət üçün bu misilsiz işə görə bir qəpik də pul almayıb. Bu barədə İranın atom enerji təşkilatının sədri Əli Əkbər Salehi danışır: “Biz nüvə yanacağı hazırlamaq üçün yeni texnologiyalara ehtiyaclı idik. Bizə yanacaq lazım idi, amma onu hazırlaya bilmirdik. Bu sahədə bir iş görülməmişdi, zəruri nüvə hesablamalarını apara biləcək bir adam yox idi. Şəhid Şəhriyari böyük əzmlə meydana atıldı, biz də ona inamla bu işi ixtiyarına verdik. Şəhriyari işin öhdəsindən gəldi. Əgər o zaman desəydi ki, öz işimin müqabilində 10 milyard maaş istəyirəm, biz bunu ödəyərdik. Çünki ondan başqa bu işi görəcək biri yox idi. Ölkədə bu işi görəcək yeganə şəxs şəhid Şəhriyari idi. Amma o bu iş müqabilində bir qəpik də istəmədi. Hətta mən ona işin müqabilində zəhməthaqqı vermək istəyəndə narahat oldu. Dedi ki, mən bu işi məmləkətim üçün görmüşəm. Əgər biz şəhid Şəhriyarinin nüvə texnologiyaları sahəsində fəaliyyətlərinə 100 ballıq sistem üzrə 100 qiymət versək, bundan sonrakı ən gözəl mütəxəssisimizin alacağı qiymət 50 ola bilər. Doğrudan da o bu işdə zirvədə idi.” 
Əgər şəhadət olmasaydı Şəhid Behişti universitetinin bu ciddi, həm də şüx təbli ustadını kim tanıyacaqdı? O ümumi fizika, reaktor və nüvə rektorları üzrə dinamik fizika üzrə tədrislə məşğul idi. Bu sahədə 4 kitabı vardı. Nüvə texnologiyası üzrə dünyanın tanınmış nəşriyyələrində məqalələri çap olunmuşdu. 
Məcid Şəhriyari terror edilən gün atom enerji təşkilatının sabiq rəisi Firidun Abbasiyə qarşı da terror planlaşdırılmışdı. Amma bu hadisədən sağ qurtula bildi. Firidun Abbasi şəhid Şəhriyari ilə 16 illik dostluğunu xatırlayır. Şəhriyarini İran nüvə texnologiyasının ən savadlı şəxsi adlandırır. Şəhriyari həm də Ayətullah Cavadi Amulinin Quran təfsiri üzrə şagirdi sayılır: “Mən terror hadisəsindən bir neçə gün öncə universitetdə onun otağına getdim. Həvəslə dedi ki, Ayətullah Cavadi Amulinin daha bir Quran surəsi üzrə təfsiri başa çatdı. Bütün elm sahələrində məharətli idi. Dərin biliyi vardı. Ona aid olmayan sahələrdən də məlumatlı idi. Nə vaxt bir elmlə maraqlanmaq qərarına gəlirdisə dərin mütaliələr edir, qısa bir müddətdə həmin sahəni öyrənirdi. Maraqlıdır ki, müxtəlif ixtisaslar onu çox maraqlandırırdı. Qısa bir müddətdə kimiyanı öyrəndi. Fərqli sahələr üzrə biliyi ona müxtəlif layihələrin həyata keçirilməsində yol açırdı.” 
Ölkənin hazırkı xarici işlər naziri deyir ki, Şəhriyari şəhadətə çatmazdan öncə şagirdlərinə yol açdı: “Şəhriyari uranın 20 faiz zənginləşdirilməsi üçün başqa yollar da tapmışdı. Bu sahədə əvvəllər elmə məlum olmayan yeni bir yol öyrənib. O şəhid olanda mən üzərində işlədiyi layihəyə görə çox narahat oldum. Dedim ilahi, Şəhriyarini əldən verdik, hansı ki, layihə yarımçıq qalıb. Bu iş necə davam edəcək? Şəhriyarinin həmkarları ilə bu barədə danışanda dedilər ki, nigarançılığa ehtiyac yoxdur. O şagirdlərinə lazım olan bilikləri vermişdi. Artıq şagirdləri bu sahədə lazım olan hesabatları apara bilirdilər. Bir ay ərzində nüvənin zənginləşdirilməsi üzrə dünyanın ən modern zavodu şəhid Şəhriyarinin adına işə düşəcək. Şagirdləri tərəfindən tamamlanacaq zəhmətləri xalqımıza böyük töhfələr verəcək.”
Doktor Salehi doktor Şəhriyarinin şəhadəti barədə danışır: “Məcidin şəhadəti mənim belimi qırdı. Dorğudan da elmi baxımdan misilsiz idi. O ölkəmizin iftixarı idi. Bütün həyatını şagirdlər tərbiyəsinə sərf etmişdi ki, özündən sonra bu sahədə zəiflik yaranmasın.”
Şəhid doktor Şəhriyarinin şəhadətindən bir neçə ay sonra onun araşdırma işləri öz xətti ilə nəşr olundu. Şəhid Şəhriyari bu qeydlərdə bildirirdi ki, nüvə mühəndisliyi üzrə konkursda Şərif Universitetində birinci yeri qazanıb. O yazırdı: “1363-cü ildə ölkə üzrə konkursda ikinci yeri qazanıb, Əmir Kəbir texnologiya universitetində elektronika üzrə təhsilə başladım. Orada təhsilimi başa vurandan sonra nüvə mühəndisliyi üzrə konkurslarda iştirak etdim. 1369-cu ildə birinci yeri qazanıb qəbul oldum. 1371-ci ildə namizədlik işimi başa çatdırdım, korkursda birinci mükafata layiq görülüb nüvə texnolgiyası üzrə doktorluq işi üzərində çalışmağa başladım. 1377-ci ildə bu işi başa çatdırdım, 1377-ci ilin aban ayında Əmir Kəbir Texnologiya universitetinin fizika inistitutunda işə başladım.“
Doktor Şəhriyari Əmir Kəbir universiteti ilə həmkarlığını yada salarkən yazır: “Əvvəlki iş yerimdə tədqiqatın davamı çətin olduğundan işimi Əmir Kəbir universitetində davam etdirmək qərarına gəldim. 1380-cı il bəhmən ayının 15-də bu universitetlə həmkarlığım başa çatdı.”
Bütün elmi fəaliyyətlərini bir kənara qoysaq, Ayətullah Cavadi Amulinin onun haqqında dediyi sözlər şəhid Şəhriyarini tanımaq üçün bəs edər. Ayətullah Cavadi Amuli buyurur: “Doktor Şəhriyarinin müvəffəqiyyət sirri elm həqiqətini dərk etib məluma doğru hicrət etməsi, bu hicrətə rəğbəti idi.” 
Şəhid Şəhriyarinin terrorundan bir neçə gün sonra Cənab Rəhbər Ayətullah Xamenei şəhid ailəsinə başsağlığı vermək üçün onların görüşünə gedir. Ayətullah Xameneinin informasiya şəbəkəsi bu görüşlə bağlı bəzi nöqtələri işıqlandırır: Fərq etməz ki, insan universitet müəllimi olsun, yoxsa sadə bir işçi. Kimə deyilsə ki, Rəhbər ona qonaq gəlir özünü itirər. Ev qonaq üçün təmizlənib səliqəyə salınsa da süfrəyə meyvə və şirini qoyulsa da hiss olunurdu ki, nə isə çatmır. Bəli, doktor Məcid Şəhriyarinin həyat yoldaşı müstəsna deyil. Zahirən çox aram görünsə də, Rəhbərin gəlişi xəbəri eşidəndə özünü itirmişdi. Terror zamanı ayağı tam sıradan çıxmışdı. İlk gördüyü iş Şəhriyarinin bir neçə həmkarı ilə fotosunu çərçivəyə salması oldu. Çəkiliş qrupuna dedi ki, əgər filmdə bu fotonu da göstərəcəksinizsə icazə verin onu götürüm. Çünki orada həyatı dəyərli alimlərin də şəkili var.” Bəli, o düşünürdü ki, daddığı acı hadisə kiminsə qarşısına çıxmasın. Doktor Şəhriyari şəkildə gülümsünür. Onunla yadigar şəkil çəkdirənlərin də üzündə təbəssüm var. Şəkilin kənarında yazılıb: “Əcəb gün idi, hamının üzündə təbəssüm.” 
Cənab Rəhbər evə daxil olanda doktorun oğlu onu qarşılayır. Amma doktorun həyat yoldaşı, anası və qızı bir kənarda əyləşib. Ayağa qalxmaq imkanı yoxdur. Ayağı üzərinə bir parça atıb. Belə bir vəziyyətdə əyləşib və Ağaya xoşgəldin deyir. Partlayış zamanı onun ayaq sümürləri ovulub. Özü isə sağ qalıb. Yaralı üzündə bir Zeynəb görkəmi var. Sanki istəmir kimsə onun qəlbindəki hüzndən xəbər tutsun. Buna görə də partlayışdan sonra xəstəxanada icazə verməmişdi ki, jurnalistlər ondan müsahibə alsın. Demişdi ki, mən yaralıyam, qəmim var, elə bir söz deyə bilərəm ki, düşmən ondan istifadə edər. 
Cənab Rəhbər bu görüşdən qabaq televiziyada şəhidin həyat yoldaşının dediyi sözləri eşitmişdi. Şəhid və onun ailəsinə təşəkkürünü bildirib buyurdu: “Doktor Şəhriyarinin şəhadəti bizim cəmiyyətimizə şəxsiyyət verdi. Belə bir dəyərli şəxsiyyətin şəhadəti düşmənə göstərdi ki, İran İslam Respublikasında elm sahəsində belə böyük insanlar var.” Sonra şəhidin məqamından danışır, onun ailəsinə təsəlli verdi: “Belə məqamlarda insan üçün ən böyük təsəlli budur ki, Allah-Taalanın bu fədakarlıqlar, bu şəhadətlər müqabilində təsəvvürə gəlməyən savablar təyin etdiyinə inanır. Bu ilahi dərəcə o qədər yüksəkdir ki, vəsfə gəlməz, biz onu dərk edə bilmərik. Əmin olun ki, o indi ən yüksək məqamdadır. Hər bir mömin şəxs, saleh insan bu məqamdan xəbərdar olsaydı həmin məqama çatmağı arzu edərdi. Həmd olsun Allaha ki, şəhid Şəhriyari bu məqama çatıb. Ən böyük təsəlli budur. İkinci təsəlli də var. Bu xalqın minnətdarlığıdır. Baxın görün xalqımız ona necə qiymət verir, ona necə minnətdardır.”
Şəhid Şəhriyarinin xanımı universitetdə onunla həmkarlıq edib. Xatirələrindən danışır: “Gecə namazı yerində idi. Hətta toy günü səccadəsini otaqdan yığışdırmadı.” O bilir ki, Şəhriyarinin elm zirvəsində olduğundan hamı xəbərdardır. Onun imtiyazlarını sadalamağa zərurət yoxdur. Hamı onun kim olduğunu bilir. 
Onun həyat yoldaşının etiqadından da xəbərdar olmaq yerinə düşər. Hazırda bir neçə imkansız ailəni himayəyə götürüb. Hətta onları tanıtdırmır da. Məsciddə qərzül-həsənə sandığı (xeyriyyə fondu) təsis edib. O əmindir ki, həyat yoldaşının şəhadət zirvəsinə çatmasının səbəbi onun təqvası olub. Düşünür ki, cənab Şəhriyari elmi dərəcəsi yox, imanına görə şəhadətə çatıb. Bu nöqtəni Cənab Rəhbər də təsdiqlədi. Cənab Rəhbər onun həyat yoldaşının sağlamlıq durumu ilə maraqlanır. Partlayışdan sonra irili-xırdalı bədənində 200 qəlpə qalıb. Bunu eşidən Rəhbər heyrətə gəlir. Amma deyəndə ki, qəlpənin biri ürəyinə çatmamış dayanıb Cənab Rəhbər özünə qarşı terror hadisəsini xatırlayır: “Kimsə mənim sağ qalacağıma ümid etmirdi. Özümə gələndə ölümü görürdüm.” 
Cənab Rəhbər bu sözləri danışanda sağ əlinə işarə edir. Bu əl həmin terror hadisəsindən yadigardır: “Hadisədən sağ çıxanda başa düşdüm ki, nəsə bir səbəb var. Allah-Taala məndən nəsə gözləyir. O zaman bu sözləri imama da demişdim. Düşünürdüm ki, müharibədə lazım olaram. İndi siz də bunu düşünün. Əgər bir qəlpə ürəyinizə çatmamış dayanıbsa demək bunun səbəbi var. Təsadüf deyə bilərik. Amma təsadüflərdə də Allahın iradəsi var. Allah sizdən nəsə bir iş gözləyir. Bunun üçün zəmin də var. Həm elm sahəsində, həm gənclərin tərbiyəsi sahəsində.” Doktor Şəhriyarinin xanımı alimlərin qorunması zərurətini yada salıb deyir: “Allahın razı olduğuna mən də razıyam. Əminəm ki, Məcidin həyat yolu bu imiş. Bu sözləri özümə görə demirəm. Amma istəyirəm ki, alimlər daha yaxşı qorunsun.” Cənab Rəhbər də bu barədə xüsusi göstəriş vermişdi. Dərdləşmələr başa çatanda Cənab Rəhbər həmişəki kimi şəhidin yoldaşı və anasına Quran hədiyyə edir. Amma Quran üzərində qeyd əvvəlkilərdən bir az fərqlənir. Cənab Rəhbər belə qeyd etmişdi: “Bismillahir-Rəhmanir-Rəhim. Əziz şəhid alim cənab doktor Məcid Şəhriyarinin ailəsinə hədiyyə... Seyid Əli Xamenei. Şəmsi 1389,30 dey.” Sanki buradakı qeyd bir “alim” sözündə toplanmışdı. Bu söz göstərirdi ki, hələ də şəhadət qapıları açıqdır. 
Doktor Şəhriyarinin terror hadisəsi düşmənin sevinci ilə müşayiət olunurdu. Amma terroru təşkil edənlər özləri özlərini ifşa etdilər. Sadəcə bir veb-blokda yox, İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytının fars bölməsində hər şey üzə çıxdı. Milli Təhlükəsizlik Şurasının Katibi doktor Səid Cəlili Cenevrədə nüvə razılaşmalarının sonunda bu barədə demişdi: “Bu terrordan bir neçə gün sonra sionist rejimin Xarici İşlər Nazirliyinin rəsmi saytında elan olundu ki, terror hadisəsi İranın nüvə texnologiyasına yiyələnməsinin q