Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ehtiyac həddində ruzi

Həzrət Peyğəmbər (s) səhabələrlə birlikdə bir dəvə otlağından keçərkən dəvə sahibindən bir az süd istəyir. 
Dəvə sahibi: Dəvənin sinəsində olan süd qəbilə əhlinin sübh yeməyi, sağdığım süd isə axşam yeməyi üçündür.
Peyğəmbər (s) dua edərək buyurdu: “Ya Allah, bu kişinin malını və uşaqlarını çox et!”
Oradan keçib gedirlər və yolda ayrı bir dəvə sürüsünə rast gəlirlər. Burda da dəvə sahibindən bir az süd istəyir. Dəvə otaran dəvələri sağır və südün hamısını o həzrətin (s) qabına tökür. Bundan əlavə bir qoyunu da sağıb südünü onlara verib ərz edir: Hələlik bu qədər süd sağa bildim, əgər icazə versəniz yenə də süd verim.
Həzrət Peyğəmbər (s) əllərini qaldırıb dua edir: “Allahım, bu dəvə sahibinə ehtiyacı həddə ruzi əta et!”
Peyğəmbərin (s) səhabələri ərz edirlər: “Ya Rəsuləllah! Sizin istəyinizi rədd edən dəvə sahibinə, bəyəndiyiniz şəxsə etdiyiniz duanı buyurdunuz. Amma  sizin istəyinizi yerinə yetirənə Allahdan bir şey - ehtiyacı həddə - istədiniz ki, biz bunu adətən bəyənmirik!”
Həzrət Peyğəmbər (s) buyurdu: “Var-dövlət çox olub səni özünə məşğul edəcəksə, ehtiyac həddində olması çox-çox yaxşıdır. Sonra bu duanı buyurdu: Ya Allah, Məhəmməd və ali Məhəmmədə ehtiyacları həddə ruzi əta et.”


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov 


1636 بازدید
در حال ارسال اطلاعات...