Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

Göz yaşları Musanın (ə) əsası oldu, Nili yardı...

“Hacı Qasim” kitabından
Bəzi kitablar qısa bir müddətdə məşhurlaşır. Təəssüf ki, bəzən belə faydalı kitabları oxumaq fürsətimiz olmur. Mehr jurnalı oxucular üçün faydalı olacaq kitabları ara-sıra təqdim edir. 
Ehsan Səlimi deyir: Ağır müharibə günləri fədakar insanları bizdən aldı. Amma bəziləri də şəhidlərin yolunu davam etdirmək üçün qaldı. 
Hacı Qasim Süleymani müharibə boyu döyüş yoldaşları ilə çiyin-çiyinə ağır hadisələrdən keçib. Müharibə başa çatandan sonra ölkənin şərq sərhədlərində əsgər kimi xidmət edib. Elə bu yolla da SEPAH-da xidmətə başlayıb, şəmsi 1376-cı ildən SEPAH-ın Qüds qüvvələrinin komandanıdır. Hacı Qasim Süleymani öz fədakarlıqları ilə milli qəhrəman səviyyəsinə yüksəlib. 
Bu qəhrəman haqqında az yazılıb. Onu sevənlər üçün hələ də əsrarəngiz nöqtələr işıqlandırılmayıb. Əli Əkbəri Məzdabadi “Hacı Qasim” kitabında böyük sərkərdəni oxuculara təsvir edir. 
Kitab 167 səhifədən ibarətdir. Kitabda General Süleymaninin xatirələri, müqəddəs müharibə dövründəki çıxışları toplanıb. Kitabda hadisələr xronoloji ardıcıllıqla verilib. Kitabın əvvəlində Qasim Süleymaninin öz yazdığı bioqrafiya yer alıb. Burada cəbhə dövründəki bəzi fəaliyyətlərə işarə olunur. Kitabın qalan hissəsində daha çox 3 böyük əməliyyatdan söz açılır. Vəlfəcr-8, Kərbəla-4, Kərbəla-5 əməliyyatları haqqında xatirələr yada salınır. Kitabda yer almış xatirələrdə Qasim Süleymani ilə yanaşı onun döyüş yoldaşları haqqında məlumat verilir. 
Kitabda General Süleymaninin həyatının müxtəlif dövrlərinə aid olan 80-ə yaxın foto toplanmışdır. Kitabı maraqlı edən bu xüsusiyyət ona imtiyaz sayıla bilər. Cənab Süleymaninin yeniyetməlik dövründən bu günə qədər olan fasiləni əhatə edən foto şəkillər arasında onun Cənab Rəhbər Ayətullah Xamenei və tanınmış sərkərdələrlə birlikdə çəkdirdiyi şəkillər də var. Müəllif incə zövqü ilə çoxsaylı şəkillər arasından bu şəkilləri seçmişdir. 
Əsərin digər bir xüsusiyyəti amerikalı bir siyasətçinin Qasim Süleymani haqqında yazdığı məqalənin tərcüməsinin burada yer almasıdır. Məqalədə Qərb prizmasından Qasim Süleymaniyə təbii bir ehtiram duyulmaqdadır. 
“Hacı Qasim” kitabı “Ya Zəhra” nəşriyyatının “Həqiqi köməkçilər” silsiləsindən çap etdiyi 17-ci kitabdır. 
Kitabda şəmsi 1369-cu ildə hacı Qasimin “İnqilabın mesajı” jurnalına verdiyi müsahibə yer alıb. Cənab Süleymani deyir: Mən Kermanda SEPAH-ın Sahibəzzaman (əc) 17-ci korpusunun komandanıyam. 1337-ci ildə Kermanın tabeçiliyində olan Qənat Mülk kəndində dünyaya göz açmışam. Orta təhsilim var, ailəliyəm, həyatyoldaşım, bir oğlum və bir qızım var...
General sözünə belə davam edir: İnqilabdan öncə Kermanda su təchizatı idarəsində işə qəbul olundum. İnqilabın qələbəsindən sonra 1359-cu ildə SEPAH-a üzv yazıldım. Müharibə başlayandan və İraq bizim hava limanlarına hücum edəndən sonra bir müddət Kerman hava limanında təyyarələrin mühafizəsi ilə məşğul oldum. 2-3 ay sonra Kermanın ilk ezam olunan döyüşçü dəstəsi ilə Susəngərd cəbhəsinə yola düşdük. 300 nəfər idik. Dəstənin komandanı kimi çalışırdım. 
Cəbhədə olduğum ilk günlərdə düşmənin güclü olduğunu düşünürdüm. Amma birinci hücumdan sonra düşmən qüvvələrini Süsəngərd yolundan Həmdiyyəyə qədər geri oturduğumuz zaman başa düşdüm ki, düşmən fikirləşdiyim qədər güclü deyil. Bu hücumdan sonra gecələr düşmən mövqelərinə yaxınlaşır, əməliyyatlar keçirirdik. Həmid Çerik adlı sonradan şəhadətə çatmış dostum vardı. O bəzən motorsikllə düşmənlərin arasına girərdi. O zaman kimsənin ağlına gəlmirdi ki, müharibə bir ilə başa çatsın. Amma biri desəydi ki, müharibə bu qədər uzanacaq inanmazdıq. 



Döyüş əməliyyatlarına, əməliyyat planlarına böyük marağım vardı. Cəbhədə olduğuma görə məmnun idim. Cəbhəyə gələndə 15 günlük gəlmişdim, amma müharibənin sonuna qədər qaldım. 
İştirak etdiyim ən geniş əməliyyat Fəthül-Mübin əməliyyatı olub. Bu əməliyyatda bizə ilk dəfə göstəriş verildi ki, korpus yaradaq. Mən yaralı idim. Şuş və Dəşti-Abbas cəbhələrində komandirin müavini vəzifəsini yerinə yetirirdim. Fəthül-Mübin əməliyyatı mənim üçün olduqca əziz xatirələrlə zəngindir. O zaman silah baxımından zəif olsaq da yüksək döyüş ruhiyyəsi sayəsində 3000 iraqlını əsir götürdük. 
Vəlfəcr-8 əməliyyatı da qələbə ilə yadda qalan əməliyyatdır. Döyüşçülərin əməliyyat çətinliklərinə qatılaşması ləzzət verirdi. Bu əməliyyatda Kermanın Sarəllah korpusu əsas rol oynayırdı. 
Müharibədə məsuliyyət daşıyanlar üçün ən ağır an dostların şəhadətə çatdığı andır. Xüsusi ilə ordunun sütunu sayılacaq döyüşçülərin şəhadətə çatması komandanları üzürdü. Həsən Baqiri, Məcid Bəqai şəhadətə çatanda hiss etdim ki, zəifləmişik. Şəhid Baqiri cəbhənin şəhid Behiştisi idi. Cəbhədə problemlərin həllində onu əvəz edəcək biri yox idi. 
Kitabın bir hissəsində cənab Qasim Süleymani Vəlfəcr-8 əməliyyatındakı Kerman şəhidlərinin dəfnini xatırlayır. Cəmiyyət qarşısında çıxış edən Süleymaninin göz yaşları onu dinləyənləri də ağlamağa vadar edir. Cənab Süleymaninin bu çıxışı müqəddəs müdafiə illərindən qalmış ən dəyərli yadigarlardandır...
Cənab Qasim Süleymani buyurur: Ey əziz, qeyrətli, isarçı, şəhadəttələb ümmət! Allahın sizə hədiyyə etdiyi bu fəthül-fütuh mübarək olsun. Bu qələbə ilahi bir hədiyyə idi. Bu ordunun bütün korpusları qələbə məqsədinə çatıb Allahın lütfünə nail oldu. Amma Sarallah ordusunun döyüşçüləri və komandanlarının qəlbində bir hüzn var. Bu hüznü yaradan əziz şəhidlərlə ayrılıqdır. İbrahim Hinduzadənin olmadığı zaman necə güləsən?! Məhəmməd Nəsrullahinin olmadığı bir vaxtda necə sevinəsən?! Sarallah qoşununun bayraqdarı Əhməd Əmini yoxsa, necə şad olasan?! Fədakar və isarçı tələbə Həsən Yəzdani yoxsa necə gülümsəyəsən?! Şəhid anaları! Bu gün bu 5 nəfər arasından Ühüd döyüşünün Həmzəsi məqamında biri var. Seyyidüş-Şühəda Həmzə haqqında Peyğəmbər (s) buyurdu ki, Həmzənin ağlayanı yoxdur. Bu şəxsin də ağlayanı yoxdur. Kerman xalqı! Qeyrətli kermanlılar! Kerman gəncləri! Səmimi, qeyrətli, aşiq, arif insanlar, Sarallah qoşununun bayraqdarları getdi. Onlar qanları, fədakarlıqları, isarları ilə bu qələbəni sizə hədiyyə etdilər. Ey xalq! Bütün məzlum konüllülərin, ayaqyalın insanların, əzilmişlərin Allah qarşısında sözü budur: Pərvərdigara! Bizə millətimizin başıaşağı olacağı günü göstərmə. Pərvərdigara! Bizi bu 22 bəhməndə başıuca et... 
Onlar sizin üzünüzdə təbəssüm olmasını istəyirdilər. Bu onların duası idi, Allahdan istəkləri idi. Nə deyim bu şəhidlər, əzizlər, xalislər, ariflər haqqında!
Pərvərdigara! Sən şahidsən ki, əməliyyata (Vəlfəcr-8) beş gün qalır, BƏSİC-in (könüllülərin) üzündən göz yaşı qurumayıb. Birbaşa ağlayırlar. Boyunları bükülü qalıb. Duaları budur ki, Pərvərdigara bizi üzüqara etmə, xəcalətli etmə. 
Pərvərdigara! Bu göz yaşları Musanın (ə) əsası oldu, Nili yardı. Ərvəndi yardı. BƏSİC-i Ərvənddən keçirdi. O qaranlıq və tufanlı gecədə qələbə ümidimiz yox idi, amma qalib gəldik. Deyirdik ki, Pərvərdigara, Sən Musanı (ə) nildən keçirdiyin kimi bizi bu çaydan keçir. Deyirdik ki, Pərvərdigara, Özün demisən hərəkət edin, Mən yol göstərərəm. Pərvərdigara, bizə kömək ol, bəli, Allah o gecə bizə köməkçi oldu...
Kərbəla-5 əməliyyatından sonra (şəmsi 1365, isfənd ayı) şəhid Xazuruni qərargahında mehdiyyədə cənab Süleymani çıxış edib. Cənab Süleymani buyurur: Əməliyyatdan bir gün əvvəl vida gecəsi, beyət gecəsi deyilən bir gecəmiz oldu. Gecə yarı idi. Sübh saat 4-ə qədər oturduq. Məhəmməd Məşayixi işığı yandırdı və dedi: “İşıqda söhbət etmək istəyirəm.” Dedi ki, beyət edirəm, əhd bağlayıram, yazıram və elan edirəm. Dedi ki, qonşuluqda bir tərəfdə 8, o biri tərəfdə 6 yetim var. Üzünü ordu komandirinə tutub dedi ki, əgər döyüşdə geri dönsəm məni vurun. Dedi işıqda elan edirəm ki, hamınız sözlərimə şahid olasınız! 
Şəhid Zəndi! Hacı Mehdi Əziz! Mən Vəlfəcr-8 əməliyyatından sonra bu insanlar haqqında danışmağa acizəm. Adını çəkəndə dizləri əsir. Anası ölmüş uşaq kimi ağlayır. Qucaqlayıb ayağa qaldırıram. 
Bütün xalqa, şəhid analarına, şəhid atalarına, əsirlərə, itkinlərə, hizbullaha deyin ki, övladlarınız Hüseyn (ə) kimi vuruşdu, döyüşdə öndə getdi. Nigaran olmasınlar ki, hər biri karvana çatdı. Onların dualarında bir-iki dünyaya aid dua olardı. 
And olsun Allaha! Hamısı Allaha yalvarardı ki, behişti dünyadan üstün tuturuq, biz şəhid olaq, xalqın üzü gülsün. Deyirdilər biz gedək, İmam Xomeyni (r) narahat olmasın. Dünya arzuları bu idi ki, xalq gülərüz, xoşbəxt olsun, imamın üzündə qəm olmasın. Dünyaya aid başqa bir arzuları İmam Hüseynin (ə) ziyarəti, onun qəbrini öpmək idi. Şübhəsiz arzularına çatdılar. 
Bu qanlar böyük dəyərə malikdir. Bu qələbə bu vaxta qədər ki, bütün qələbələrimizə bərabər bir qələbədir. Əziz insanları itirsək də böyük qələbəyə çatdıq, onların qanı bahasına qalib gəldik. 
Döyüşdə möhkəm dayanmış sizlərə Allah təşəkkür edir. Bu böyük qələbədir. Şübhəsiz ki, bu müharibənin sonudur. Küfrün ömrünün sonudur. Küfr əhlinin sonuna çıxacaq. 
Amerikada strateji araşdırmalar sahəsində ən tanınmış inistitutlardan biri Amerikan İnter Prays inistitutudur. Bu inistitutu Amerikanın düşüncə mərkəzi adlandırıblar. İnistitutun nəşriyyəsində “Yaxın Şərqə bir baxış” adlı məqalədə Qasim Süleymanidən danışılır. Məqaləyə ötəri nəzər salaq...
Şəmsi 1390-cı ildə Amerika Birləşmiş Ştatlarının prezidenti İran İslam Respublikasının tanınmış generalı Qasim Süleymaninin adını sanksiya tətbiq olunmuş şəxslər siyahisinə əlavə etdi. Birləşmiş Ştatlarda plan cızanlar əvvəlcə Qüds qüvvələri komandanını yaxşı tanımalıdır. Əldə olunan məlumatlardan aydın olur ki, rəsmi təhsil almamış böyük komandan meydanda misilsiz müvəffəqiyyətlərə imza atır. 
General Süleymani haqqında geniş məlumatımız yoxdur. O bizim üçün müəmmalı bir şəxsiyyətdir. Onun şəxsiyyəti bizim üçün bir müəmmadır. İran informasiya şəbəkələrində gedən məlumatlar əsasında onu tanımışıq. 
Qasim Süleymani qəhrəman cəngavər, vətənini sevən komandandır. İnqilabdan sonra İran Kürdüstanda daxili müharibəyə cəzb olunduğu bir vaxtda İraq İrana təcavüz etdi. Belə bir dövrdə Qasim Süleymani SEPAH-a qatılıb. 
Müharibə dövründə, kəşfiyyat əməliyyatlarında öz qüvvələrini qorumağa xatir həyatını təhlükəyə atıb. 1361-ci il, 11 tirdə tabeçiliyində olanları qorumaq üçün irəli gedib, iraqlı qüvvələrə əsir düşmək təhlükəsi yaranıb. O həm ehtiyatlı, həm də fədakardır. 
Mənbələr bildirir ki, General Süleymani alicənab hərbiçidir. Siyasi məsələlərə az qatışır. Kermanda yaşadığı zaman zorxana adlandırılan milli idman salonuna gedib, Ətai və Cahan zorxanalarında məşğul olub. İdmanla yanaşı əxlaq və mənəviyyat məsələlərinə diqqətli olub.
İran-İraq müharibəsində bir zaman zorxanada öyrəndiyi əxlaq qaydalarından uzaqlaşmayıb. Döyüşlərdə alicənablıq göstərib.
General Süleymani əməliyyatdan öncəki çıxışlarında ağlayaraq dua edib, Allahdan şəhadət istəyib, şəhidlərin ruhundan əfv diləyib. Tabeçiliyində olanlar ona çox bağlı olub. Döyüşdən əvvəl bir-bir döyüşçüləri bağrına basıb, göz yaşı içində onlarla vidalaşıb. General Süleymani praqmatik şəxsdir, taktiki problemlərlə üzləşdikdə öz bacarığını ortaya qoyub. O bütün bu məharətlərə təcrübədə yiyələnib. Cənab Süleymani mühafizəkar insan deyil. O deyir: “Ən gözəl müdafiə hücumdur.” 1366-cı il, mordad ayının 4-də iraqlı qüvvələr Sarallah 41 korpusunu mühasirəyə alıb. Belə bir vəziyyətdə cənab Süleymani əks-hücum planı hazırlayır, amma yuxarıdan bu əməliyyatın keçirilməsinə icazə verilməyib. Bu əməliyyatda məğlubiyyət yaşanıb. Sonradan etiraf ediblər ki, Süleymaninin planı daha münasib imiş.
General Süleymaninin əxlaqı ona qarşı qəlblərdə sevgi yaradıb. 1365-ci il, mordad ayının 11-də təsadüfən yolu doğma Kermana düşüb. Yaralı əsgərləri yoxlayıb. Onlara göstərilən xidmətdən razı qalmadığı üçün səhiyyə rəhbərlərini məzəmmət edib. Şəhadətə və şəhidlərə misilsiz hörməti olsa da, heç vaxt razı olmayıb ki, döyüşçüləri əsassız ölümə getsin. Rəhbərliyin əməliyyat planının itkilərlə müşayiət olunacağını gördükdə etirazını bildirib, münasibətini açıqlayıb. 

Vilayet.nur-az.com


1834 بازدید
در حال ارسال اطلاعات...