Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2015

Quran və zorakılıq amilləri

İnsan nə üçün zorakılığa meyl edir?
Müəllif İbn Xəldun, Marks, Darvin, Spinoza, Oqüst Kont, Spenser, Maks Veberin zorakılıq barədə baxışlarını nəzərdən keçirməklə bu baxışlarda insan iradəsinin nəzərə alınmamasını müştərək xüsusiyyət kimi dəyərləndirib. Hansı ki Qurani-Kərimə görə, şər insan zatən şər deyil, ondakı şərin kökü xarici amillərdə axtarılmalıdır. Sonra mədəniyyət fərqləri zorakılığın bir amili kimi araşdırılır. Bu məsələdə nisbiçiliyin əsas göstərilməsi tənqid olunur. Quran ayələrindən istifadə etməklə dini təlimlər əsasında dinc-yanaşı yaşamağın mümkünlüyü qeyd olunur. Bəşəriyyətin xoşbəxt gələcəyinin tövhid baxışı ilə şərtləndiyi bildirilir. Zorakılıq və qəddarlığın ikinci amili kimi müasir insanın mənfəətpərəst, eqoist əxlaqı göstərilir. Ayə və rəvayətlər əsasında fərdlərin günah və fəsada üz tutması zorakılıq amili kimi önə çəkilir. Qurana görə, iqtisadiyyat və məişət baxımından problemlər yaşayan cəmiyyət zorakılığa meyllidir. Buna görə də müəllif ictimai ədaləti zorakılıqda üçüncü təsirli amil kimi qeyd edir. Qurani-Kərim irqçilik və millətçiliyi zorakılıq amili kimi pisləyir. İnsanın bir ata-anadan yarandığını diqqətə çatdırır. Müəllif zorakılığın digər bir amili olaraq fərdiyyəçiliyi göstərir. Haşiyədə insanın pak olmayan qidalardan istifadəsi kimi amillərə nəzər salınır.
Müxtəlif fəlsəfi, iqtisadi, sosioloji, ictimai məktəblərin baxışları əsasında zorakılıq amillərini araşdırmaq səmərəsizdir. Marksizmə görə zorakılıq ictimai təkamülün qaçılmaz nəticələrindəndir. Hətta bu xüsusiyyət cəmiyyətin inkişafına təsirli amil kimi göstərilir. Marks zorakılığı keçmiş cəmiyyətin akuşeri, maması adlandırır. Naturalizm məktəbinə görə ictimai həyatla genetik amillər arasında sıx rabitə var. Emil Durkin (1858-1917) tanınmış fransalı sosioloqdur. Bu sıradan bəzi nəzəriyyəçilər düşünürlər ki, məsələn intiharla insanın coğrafi şəraiti, suyu və havanı dəyişməsi arasında rabitə var.
Müsəlman sosioloq İbn Xəldun (1332-1406) coğrafiya alimlərindən sayılır. O da coğrafi amilləri insan şəxsiyyətinə təsirinə inanır. İbn Xəldun deyir: “Mötədil iqlimdə yaşamayan insanlar mötədillikdən uzaqdır. Onların evləri torpaqdan və qamışdan, yeməkləri ot-ələfdən, geyimləri ağac yarpaqlarındandır. Ya da heyvan dərisi ilə örtünürlər. Onların əxlaqı heyvanların əxlaqına bənzəyir. Çünki onların orqanizmlərində mötədillik yoxdur, təbiətləri heyvan təbiətinə yaxındır. Bu səbəbdən insanlıqda mötədillikdən uzaqdırlar.”
Darvinislər bu əqidədirlər ki, bütün canlılar, o cümlədən insan yaşamaq uğrunda mübarizədə çarpışır və bu çarpışmada zorakılıqdan imtina etmək imkanına malik deyil. Darvinislər zorakılığı qarşısı alınmayan ictimai hadisə kimi dəyərləndirir və ona dəyər verirlər. Elə darvinizmin ən böyük qüsuru da bundadır ki, həyatın davamını fiziki mübarizədə görür. Kim güclüdürsə, zəifə qalib gəlib yaşayır, kim zəifdirsə ölümə məhkumdur. Bu baxımdan darvinislər cəmiyyətdə və təbiətdəki zorakılıqları təbii qarşılayırlar. Zorakılığı normal qəbul edən alimlər arasından hollandiyalı filosof Spinoza da var. (1632-1677) Spinoza deyir ki, insanda təbii istəklər var, bu istəklərin çoxu ətrafdakı hadisələrdən qaynaqlanır. Nəfsani istəklər çarpışmasında insan tufanda ixtiyarsız hərəkət edən çöpə bənzəyir. Spinoza deyir ki, insanın rəftarları arasında onun öz iradəsi ilə həyata keçirdiyi rəftarlar azdır. Filosof həm də nəfs istəklərini cəmiyyətdəki ixtilafların səbəbi kimi göstərir.
Fransalı sosioloq Opüst Kont (1798-1857), Herber Spenser ingilis alimi (1820-1900) cəmiyyətin inkişafında çarpışmaları yüksək dəyərləndirirlər. Kont deyir ki, ilkin mərhələdə cəmiyyətin inkişafı üçün vasitələr olmayıb. Yalnız inkişaf etmiş cəmiyyətlərdə irəliyə çıxmaq uğrunda mübarizə şövqü yaranıb. Spenser sübut etməyə çalışır ki, ilkin cəmiyyətlər yaşamaq uğrunda mübarizə aparırdı. Filosof düşünürdü ki, belə ibtidai cəmiyyətlərdə silah götürməyi bacaranlar zəiflər üzərində təbii hakim mövqeyə malik olurdu. Marks Veyber də (1864-1920) düşünür ki, ziddiyyət bəşər cəmiyyətinin zati xüsusiyyətidir. Bu qəbildən olan alimlər zorakılığı hətta inqilabla müqayisə edir, bunun qarşısı alınmaz proses olduğunu vurğulayırdılar. Freyd və Lorents də zorakılıq və amansızlığı fitri xüsusiyyət kimi dəyərləndirib.
Bəzi sosioloqlar və araşdırmaçılar sosioloji tədqiqatlarda zorakılığı insan xarakterinin əsas amili kimi nəzərdən keçirir. Qərb sosioloqları zorakılığın ictimai həyatın davamında bir şərt olduğunu qəbul edir, onu fərd və cəmiyyətin inkişafında mühərrik kimi nəzərdən keçirirlər. Hətta psixoloqlar təbii amil kimi dəyərləndirdikləri zorakılığın qarşısının alınmasını insan ruhiyyəsində partlayışa aparan enerji toplanması sayırlar. Yuxarıda adı çəkilən məktəblərin müştərək baxışı budur ki, insanın istək və iradəsi təbii amillər qarşısında əhəmiyyətsizdir və insanı formalaşdıran kökü yaşamaq uğrunda mübarizədən ibarət olan təbii amillərdir. İslamda isə zorakılığa münasibət tamamilə fərqlidir. İslam insanın dünyaya zorakı fitrətlə gəldiyini qəbul etmir. İnsanda bu xüsusiyyətin yaranmasının səbəbi xarici amillərlə bağlıdır.
İslam məktəbində qəddarlığın, zorakılığın müxtəlif amilləri nəzərdən keçirilir. Fərdi və ictimai həyatda zorakılığın təzahürünün əsas səbəbi insan fitrəti deyil. Qeyd edək ki, İslamda zorakılıqdan uzaqlıq, mərhəmətli rəftar sadəcə əxlaqi sifət və ya strateji üsul yox, imanlı insan üçün vəzifə sayılır. Müsəlmanlar zülmlə mübarizə aparmağa vəzifəlidirlər. İslam məktəbində mərhəmət ilk pillədə dayanır və belə bir sistemdə zorakılığa yer yoxdur. Nisa surəsinin 75-ci ayəsində oxuyuruq: “Ey Rəbbimiz, bizi əhalisiz zalım olan bu şəhərdən çıxar, bizə mühafizəçi göndər, yardımçı göndər.” Mömin insana göstəriş verilir ki, zülmə düçar olmuş xalqın, qadın və uşaqların qurtuluşu yolunda vuruş. Yuxarıda nəzərdən keçirilən ayədən aydın olur ki, həyatın davamı üçün cəmiyyətdə zorakılığın olmaması mühüm şərtdir. Burada zorakılığın inkarı həm əxlaqi, həm siyasi mahiyyət daşıyır.
Hindistanın dövlət xadimi Mahat Maqandi deyib: “Mən mərhəməti qəbul edirəm, onu sadəcə zorakılığın ziddi kimi yox, müsbət bir hal kimi dəyərləndirirəm. Hətta pislik edən adama sevgi mərhəmətdən doğur. Amma bu o mənada deyil ki, şərr insana öz şərrini artırmaqda kömək edək. Burada eşq deyəndə zülmün qarşısında dayanmaq kimi fəal bir hal nəzərdə tutulur. Bu yolda zərbə alsaq belə buna dəyər.”
Mövzuya münasibətdə seyid Hüseyn Nəsrin fikirləri də maraqlıdır: “Biz elə bir vəziyyətdə yaşayırıq ki, inkişaf etmiş Qərb öz baxışlarını başqalarına zorla qəbul etdirmək yolunu seçib. Belə bir şəraitdə İslamın onun varlığını hədələyən bir hadisə ilə keçinməkdən başqa yolu qalmır.” Bu düzgün baxışdırmı? İslamda Allah biganə, tərəfsiz Allah deyil. İslamın tanıtdırdığı Allah zəifə mərhəmətli olduğu kimi zalıma qarşı sərtdir. Təbii ki, birinci sifət ikincini üstələyir. Allah dünyadan möminə və kafirə mərhəmətlidir, öz nemətlərindən hamını bəhrələndirir. Amma Allah-Taalanın insanlara göndərdiyi səmavi təlimə əsasən ədalətsizlik, zülm məhkum edilir, etiqadlı insan zorakılıqla mübarizəyə çağırılır. Allah-Taala zülmə düçar olanları ona görə müdafiə etmir ki, onlar üstün varlıqlardır. Zorakılığa qarşı çıxır ki, cəmiyyətdə asayişi pozan zorakılıqdır. Demək olar ki, bütün səmavi dinlərdə bu baxış müştərəkdir. Tanınmış məsihi ideoloqu Besmond Tutu deyir: “Kilsə peyğəmbərcəsinə rəftar etməlidir. O Allah kəlamını uca səslə dilə gətirməlidir. Zülm və zorakılıq əleyhinə fəryad çəkməlidir. İnsanı Allahın nəzərdə tutduğundan alçaq sayanları və alçaldanları ittiham etməlidir. Amma bəziləri məsihiliyi ictimai məsələlərdə biganə din kimi dəyərləndirilir. Əslində isə belə deyil. Bəziləri iddia edir ki, zorakılığın inkarı, mərhəmət sevgisi İslamda irfan sünnəsindən irəli gəlib. Hansı ki, İslamı təkcə ariflər təmsil etmir. Zorakılığın inkarı İslam təlimlərinin əsasını təşkil edir. Biz bu təlimləri nəzərdən keçirdikdə zorakılığın iki şəkilini müşahidə edirik. Tanınmış irfan bilicisi mövlana Cəlaləddin Rumi ədalətin bərpası yolunda Həzrət Əlinin (ə) döyüşlərini mədh edir. Prinsipcə ədalət uğrunda savaşın özündə də zor var. Amma bu insanların insanlıq haqqına qarşı yox, bu haqqı müdafiə etmək üçün zordur.
İslamda zorakılıq amilləri sırasında araşdırılan mövzulardan biri mədəniyyət fərqləridir. Zorakılığın, qəddarlığın bir səbəbi yalnış tərbiyə, zorakılığın yer aldığı ailə mühiti, ictimai mühit ola bilər. Cəmiyyətə hakim dəyərlər zorakılığa təsirlidir. Əgər bir cəmiyyətə siyasi istibdad hakimsə bu cəmiyyətdə sosial ədalətsizliklər tüğyan qoparır. Belə bir mühitdə zorakılıq pöhrə verir. İctimai səhnədə zorakılıq daha çox o zaman özünü göstərir ki, insanların hüquqları tapdanır. Bu zaman insanlar öz haqlarını müdafiə etmək üçün müxtəlif yollar seçirlər. Ayrı-ayrı məktəblərə, firqələrə bağlı insanlar bu qurumların göstərişləri əsasında hərəkət etdikdə təbii zorakılıqlar ortaya çıxır. Cəmiyyətdə zorakılığın hansı həddə yer alması sosial inistitutların tutduğu yolla şərtlənib. Ali-İmran surəsinin 118, 119-cu ayələrində buyurulur ki, ey iman gətirənlər, başqlarını özünüzə sirdaş seçməyin. İnsana xəbərdarlıq olunur ki, onun ətrafında fəsaddan çəkinməyən insanlar var. Quran xəbərdarlıq edir ki, siz onları sevdiyiniz halda onlar sizi sevmirlər. Siz bütün səmavi kitablara iman gətirmisiniz, onlar sizin kitaba iman gətirməyiblər. Sizinlə rastlaşanda iman gətirdiklərini desələr də, sizdən ayrılanda sizi məsxərəyə qoyurlar. Mümtəhinə surəsinin ilk ayələrində oxuyuruq ki, mömin insan Allahın düşmənlərini və öz düşmənlərini sevməməli, onlara məhəbbət göstərməməlidir. Allah xəbərdarlıq edir ki, haqqı qəbul etməyənlər sizdən güclü olacaqları vaxt sizi əsarətə alacaqlar. Bəqərə surəsinin 212-ci ayəsində buyurulur ki, dünya həyatı kafirlər üçün zinətlənmişdir, ona görə də iman əhlini məsxərəyə qoyarlar. Müasir dünyada vəziyyət olduqca mürəkkəbdir. Artıq siyasi təsir dairəsi ideoloji təsir dairəsindən böyükdür. Bir qrup alim belə bir qənaətə gəlib ki, zorakılığın qarşısının alınmasının ən münasib yolu reallıq və dəyərlər qarşısında nisbiçiliyə önəm verilməsidir. Onlar düşünürlər ki, hamı bu əqidədə olsa müxtəlif dəyərlərə bağlı cəmiyyətlərin dinc-yanaşı yaşaması üçün münasib şərait yaranar. Bu baxışın köklərini Yunan fəlsəfəsində aramaq lazımdır. Qədim Yunan fəlsəfəsinə görə hər şeyin meyarı insandır. Əgər bir cəmiyyət bir rəftarı bəyənirsə bu cəmiyyət üçün həmin rəftar məqbuldur. Bu baxışa əsasən bir reallığa saysız münasibət bəraət qazana bilər. Eyni bir hadisəyə müxtəlif cəmiyyətlərin fərqli yanaşmasına haqq qazandırılır. Bəs həqiqət haradadır? Meyar və dəyər nisbi ola bilərmi? Ali-İmran surəsinin 64-cü ayəsində oxuyuruq: “De ki, ey kitab əhli! Aramızda müştərək olan sözə doğru gəlin. Bir Allahdan başqasına pərəstiş etməyək. Kimisə ona bənzətməyək. Əgər bu dəvətdən boyun qaçırsalar deyin ki, bizim müsəlman olduğumuza şahidsiniz.” Nur surəsinin 55-ci ayəsində buyurulur ki, Allah iman gətirib saleh iş görənlərə onların yer üzünə hakim olacağını vəd edib. Qəsəs surəsinin 5-ci ayəsində bildirilir ki, biz müstəzəfləri - zülmə düçar olmuşları yür üzünə varis qərar verəcəyik. Müasir dünyanın mənəviyyat və dini inanclardan uzaq düşməsi zorakılığa münasibətdə də fərqli baxışlar yaradıb. Mənfəətpərəstlik, eqoizm, fərd, cəmiyyət, toplumun mənafeini başqalarının mənafeindən üstün tutmaq normal münasibət kimi təlqin olunur. Yer üzündə bəşəriyyətin təhlükəsiz yaşamasına şərait olduğu halda dəyərlərə nisbi baxış nəticəsində ziddiyyətlər də artmaqdadır. Bəşəriyyətin yalnız vəhdət, müştərək dəyərlərə sahib olmaqla səadətə çatacağı bir reallıqdır. Eyni bir reallığa ikili yanaşma özünü aldatmaqdır. Quran ayələrində oxuyuruq ki, günahkarlardan onların cəhənnəmə daxil olma səbəbi soruşular. Deyərlər ki, biz namaz qılanlardan deyildik, cəza gününü inkar edirdik. Şuəra surəsinin 181-183-cü ayələrində buyurulur: “Ölçüdə düz olun, əskik çəkənlərdən olmayın; düz tərəzi ilə ölçün.” Aydın olur ki, İslamda fəsad mühüm bir mövzudur, zülm və zorakılıq da bir nümunə olaraq göstərilə bilər. Buna görə də müstəbid hakimlər fəsad əhli kimi tanıtdırılır. İslama görə əxlaqi dəyərlərə sahib olmadan zorakılıqdan çəkinmək mümkünsüzdür. Eqoist, mənfəətpərəst bir insanın zahirdə iman gətirməklə fəsaddan, eyni zamanda zorakılıqdan uzaq olması mümkünsüzdür. Həzrət Əli (ə) buyurur: “İnsan mömin olduğu zaman zina etmir. Oğru oğurluq edəndə imansızdır. Şərabxor şərab içdiyi zaman imana malik deyil.” Dünya həyatını axirətdən üstün tutanların şəxsi mənafelər ardınca gedib bu yolda başqalarını haqqını tapdaması ehtimalı çoxdur. Qurani-Kərim insanları dünya və axirət səadətinə çatdıracaq yol göstərir. Qəsəs surəsinin 77-ci ayəsində buyurulur ki, axirət ardınca getdiyi zaman dünyadan olan bəhrəni də yaddan çıxarma. Bəzi sosioloqlar düşünür ki, dünyada baş verən inqilabların əsas səbəbi ictimai ədalətin mövcud olmamasıdır. Bəzi sosioloqlar isə hətta məlum olmayan təbəqənin böyük təmənnalar ardınca zorakılığa üz tutduğunu deyir. İslama görə ən varlı təbəqə ilə ən yoxsul təbəqə hər ikisi zorakılığa meyillidir. Ələq surəsində oxuyuruq ki, insan özünü ehtiyacsız gördüyündən tüğyan qoparır. Qurani-Kərimin bir çox ayələrində varlıların tüğyançı olduğu dilə gətirilir. Həzrət Peyğəmbərin (s) Məkkə varlıları tərəfindən təqibə məruz qalması da bir misal göstərilə bilər. Qurani-Kərim digər tərəfdən yoxsulluğu, məhrumluğu zorakılığa meyillənmə səbəbi kimi göstərir. Qurani-Kərim nəql edir ki, cahil və yoxsul ərəblər İslamdan qabaq yoxsulluq qorxusundan övladlarını diri-diri torpağa basdırırdılar. Onlar Allahın ruzi verən olduğuna əmin deyildilər. Digər tərəfdən məhrumiyyət içində idilər. İsra surəsinin 31-ci ayəsində bu mövzuya işarə olunur. Buyurulur ki, onlar yoxsulluq qorxusundan övladlarını öldürüblər. Hansı ki Allah ruzi verən olduğunu nəzərə çatdırır, qətlin böyük günah olduğunu bildirir. Qurani-Kərimin göstərdiyi həyatyolu zorakılıqdan uzaq olmaq üçün təminatlı bir yoldur. Yalnız şərabdan uzaq olmaqla bağlı göstərişlərin əhəmiyyətini dərk etmək üçün müəyyən sosioloji araşdırmalar aparılması bəs edir. Sosioloji sorğular göstərir ki, spirtli içkilərin açıq satışda olduğu ölkələrdə qətl hadisələri spirtli içkilərə məhdiyyət qoyulmuş ölkələrdəki qətllərlə müqayisədə on qat artıqdır. Bir bu fakt fəsad və günahın insanı zorakılığa aparmasını qəbul etmək üçün bəs edər.

Vilayet.nur-az.com


2024 بازدید