Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2015

Sionizmin dünyaya 5 yalanı

Onların əcdadları heç zaman Fələstində olmayıb
Sionist təbliğat maşını uzun illərdir yəhudilərin Fələstinə qayıdış ideyasını “vəd olunmuş məskən” adı ilə təqdim edir. İddia edirlər ki, bu məsələ Əhdi-Qədim kitabında qeyd olunub. Sionistlər Amerika və İngiltərə kimi protestanların əksəriyyət təşkil etdiyi ölkələrdə bu fikri yayıblar, çünki müqəddəs kitab onların ibadətində böyük əhəmiyyət kəsb edir.
29 noyabr BMT-də Fələstinin bölünməsi ilə bağlı qətnamənin ildönümü günüdür. Livanın Əl-Əxbar qəzeti sionist rejimin yarandığı gündən bu vaxta qədər ictimai fikrə yönəli çirkin layihələrindən söz açır. Fələstin torpaqlarını işğal etmiş və prosesi davam etdirən işğalçı rejim dünyada ictimai fikri azdırmaq üçün 5 böyük yalan təbliğ edir.
Birinci yalan ərəb dünyasında yəhudilərin repressiyaya məruz qalmasıdır. Sionist rejimin təbliğat maşını daim bu yalanı yaymaqdadır. Sionist rejimi 1948-ci ildə mövcudluğu elan edilənə qədər ərəb ölkələrindəki yəhudilər incidilirdi. Həqiqət budur ki, yəhudilər qədim dövrdən 20-ci əsrlərə qədər ərəb ölkələrində pis münasibətlə üzləşib. Onlara Avropada da xoş münasibət göstərilməyib. Bu hadisələr təkcə 20-ci əsrin nasizm cərəyanına aid deyil. 1555-ci ildə Roma papası yəhudilərin təcrid olunması ilə bağlı göstəriş verib.
Ərəb dünyasında yəhudilər xoşbəxt yaşayırdı, Abbasilər dövründə mühüm mərkəzlərə nəzarət edirdilər. Avropa 1492-ci ildə qapılarını yəhudilərin üzünə bağladı, Əndəlus yəhudiləri ərəb ölkələrinə üz tutdular. Napoleon ordusu 1798-ci ildə Fələstinə hücum etdi, Əhməd Paşa Əl-Cəzar ona müqavimət göstərdi. Şavul Fərəhi və onun oğlu Hayim bu müqavimətdə ona kömək edən Fələstin yəhudiləri idilər.
1843-cü ildə İngiltərə konsulluğu Dəməşq yəhudiləri haqqında yazır ki, onlar var-dövlət sahibidirlər, evləri qəsr kimidir. Dəməşqin o zamanki Nəsim ailəsi yəhudi olub. Murad, Fərəhi, Rafael adlı ailə üzvləri ildə hər biri 1 milyon 500 min osmanlı lirəsi qazanca malik olub. Avropa diplomatları Dəməşqdə yəhudi tacirlərinin maliyyə durumunun onlardan üstün olmasını heyrətlə qarşılayıb.
Bununla belə sionizmin müvəffəqiyyətinin əsas səbəbi ərəb dünyasında ictimai fikiri dəyişməsi, beyinlərə nüfuzu olub. Artıq avropalılar və amerikalılar yəhudilərin incidilməsi xəbərlərinə adət etmişdilər. Bu barədə filmlər görmüş, kitablar oxumuşdular. Onlar ərəb ölkələrində yəhudilərin incidilməsini adi qarşılayırdılar. Ərəblərin onları dənizə atması belə təəccüb yarada bilməzdi.
İkincisi, yəhudilər Fələstin torpaqlarına qayıdışa müqəddəslik donu geyindirib, bunu dini vəzifə sayırdılar. Müxtəlif yalanlarla bu işğalçı layihəni pərdələyir, xüsusi ilə etiqadlı protestanları adladırdılar.
Beləcə İsrailin himayə olunması əsasən Qərbin dini etiqadından qaynaqlanır. 19-cu əsrdən başlayaraq sionistlər Fələstinə qayıdışa dini don geyindiriblər. Əslində isə bu fikri irəli sürənlər Tövratdakı fikirləri təhrif ediblər. Müqəddəs kitabındakı qayıdış mövzusu babillilərin əsarət dövrünə aiddir. Roma hakimi Hites miladdan əvvəl 70-ci ildə yəhudiləri İraqdan sürgün etdi. Həmin dövrdə Fələstin yəhudiləri dünya yəhudilərinin cəmi 15 faizini təşkil edirdi. Onlar Qərbi Asiya, Avropa və Şimali Afrikada yaşayırdılar. Beləcə dini mətnlərdəki qayıdış məsələsinin yəhudilərin Fələstinə qayıdışı ilə heç bir əlaqəsi yoxdur. Onların əcdadları heç zaman Fələstində olmayıb. Sionistlər bu iddialarında Almaniya yəhudilərinin qəzetində dərc olunmuş bir yazıya istinad edirlər. Qəzetdə verilmiş məqalədə ərəb şərqinin fantastik bir xəritəsi yer alıb. Bu xəritədə Fəratdan Nilə qədər Livan və Fələstinə aid olan torpaqlar, Suriyanın böyük bir hissəsi, Misirdə Nil sahilləri yəhudilərə vəd olunmuş torpaq kimi göstərilir. Bu xəritə qəzetdə çap olunmazdan 56 il qabaq, yəni 1897-ci ildə İsveçin Bazel şəhərində sionist konfransında ortaya qoyulub.
Amma ərəb mütəxəssisləri, arxioloqlar və tarixçilər bildirirlər ki, Fələstin və İordaniyanın şərqindəki yəhudilər 2500 il əvvəl 12 qəbilədən ibarət olublar. Onlar müəyyən müddət Qərb sahilinin dağlıq hissəsində Əl-Cəlil məntəqəsində yaşayıblar. Bu qəbilələrdən 10-u sonralar məhv olub gedib. Qərb sahilində yalnız 2 kiçik qəbilə qalıb. Bu qəbilələr Titesin Babilə sürgün etdiyi yəhudilər arasında olub. Sonradan farslar onlara geri qayıtmaq icazəsi verib. Aydın olur ki, işğal olunmuş ərazilərə üz tutan yəhudilər Avropa, Asiya, Afrikada yaşıyan yəhudilərdir və bu məntəqədə yaşamış Yəhudə qəbiləsinə onların heç bir aidiyyəti yoxdur.
Yəhudilərin üçüncü böyük yalanı sülhsevər hərəkatdır. Sionist təbliğat maşını hələ də belə bir yalanı yaymaqdadır ki, yəhudilərin məqsədi yalnız Fələstindəki torpaqlara qayıdışdır. Avropanın ağdərili yəhudilərini Fələstinə yönəltdilər. Həmin dövrdə ingilislər Cənubi-Afrika, Avstraliya, Yeni Zelandiya və başqa məntəqələri işğal edirdilər.
Sionistlər avropalılarla müqayisədə istismar və işğalçılıqda qat-qat amansızdırlar. Fransa, İngiltərə, İtaliya, Belçika, Hollandiya, İspaniya, Portuqaliya Afrika, Asiya və Amerika xalqlarını bir müddət istismar etdikdən sonra bu torpaqlardan əl çəkdilər. Amma sionizm Fələstin xalqını əsarət altına almaqla kifayətlənmədi, onları doğma torpaqlarlarından çıxarmaq siyasətini seçdi. Beləcə ötən 200 ildə Avropa istismarının Afrika, Asiya və Latın Amerikasında görmədiyi işləri sionizm Fələstində həyata keçirdi.
Sionistlərin dördüncü böyük yalanı onların dünya yəhudilərini təmsil etməsidir. 1917-ci ildə sionizmə bağlı yəhudilərin sayı 250 min nəfəri aşmırdı. Hansı ki, həmin dövrdə dünyada 12 milyon yəhudi var idi. Bu 12 milyon yəhudi öz yaşayışından razı olduğu üçün Fələstinə qayıdış barədə düşünmürdü. 1918-ci ildə Yaponiyada sionist hərəkatının rəhbəri Hayer Vals Man Londonda Əmir Feysəl ibn Şərif Hüseynlə görüşdü. O qarşı tərəfi inandırdı ki, yəhudilərin Fələstinə sərmayə yatırımı ərəblər üçün çox faydalı olacaq. Hətta ərəbləri himayə edəcəklərini vəd etdi.
Vayz Men həmin günlərdə Londonda ingilislər qarşısında çıxış edərək dedi ki, mən Fələstini yəhudilərşdirmək istəyirəm. Dedi ki, İngiltərə, ingilislərə məxsus olduğu kim Fələstin də yəhudilərə məxsus olmalıdır. Sonra yəhudilərin belə bir haqqa malik olması ilə bağlı iddialar irəli sürdü. Sionistlər bu fikiri o qədər təlqin etdilər ki, Avropada ictimai fikir dəyişdi. Kimsə dəlil, sübut istəmədən bu fikirləri qəbul etdi.
Sionizmin beşinci bir böyük yalanı fələstinlilərlə dinc yanaşı yaşamalarıdır. Sionistlər və onların avropalı hamiləri əsl fələstinlilərin bu torpaqlarda mövcudluğunu inkar edirdilər. Sionist lobbisinin İngiltərədəki təzyiqləri elə bir həddə çatıb ki, birinci dünya müharibəsindən sonra İngiltərə Fələstinə nəzarət haldatı alanda onların bəyanatlarında yəhudi və sionizm sözü 12 dəfə təkrarlanmışdı. Amma həmin bəyanatda Fələstin adı çəkilmirdi. Hələ 1920-ci ildə sionistlər bu ölkə əhalisinin 93 faizinin onlara mənsub olduğunu bildirdilər.
1917-ci ildə Fələstinin sionistlər tərəfindən işğal planı hazır idi. Avropa dövlətləri özlərini bu layihədən xəbərsiz kimi göstərirdilər. Onlar qalmaqallı Bilfur razılaşmasından xəbərsiz kimi sionistləri himayə edirdilər. Bu razılaşma ərəb şərqini 100 illik müharibə və dağıntılara sürüklədi. Fələstinlilərin qanı hesabına yəhudilər öz təbirlərincə vəd olunmuş behiştdə özlərinə həyat qurmağa başladılar.
1947-ci il, noyabr ayının 29-da Birləşmiş Mİllətlər Təşkilatının ümumi toplantısında Fələstinin bölünməsi ilə bağlı qətnamə qəbul olundu. Hansı ki, müstəqil Asiya və Afrika ölkələri buna müxalif idi. Beləcə sionistlər özlərinin nizə başında 10-larla ölkəyə, o cümlədən Fələstin xalqına qəbul etdirdilər. Fələstin xalqı cəmi bir nəsil sonra özünü Fələstin torpaqlarından kənarda, dünyanın ucqar nöqtələrində gördü.

Vilayet.nur-az.com


1791 بازدید
در حال ارسال اطلاعات...