Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Peyğəmbər (s) düşmənlərlə necə rəftar edirdi?

Höccətülislam vəlmüslimin Seyid Məhəmməd Kazim Təbatəbai ilə söhbət
Dünyada belə böyük ölkələr var ki, onların bizim quruluşu dəyişmək fikri yoxdur. Adətən Həzrət Peyğəmbər (s) belə dövlətlərlə müharibə etmək məqsədində olmurdu. O Rum və İran kimi böyük imperialara məktub yazıb onları doğru yola çağırırdı. Bu gün Çin və Yapon böyük iqtisadi gücə malik olsa da işğalçı niyyəti güdmür. Amma iqtisadi baxımdan zəif ölkələr tapılar ki, onların məqsədi işğalçılıqdır. Qərb ölkələri belədir.

Bütün inqilabların üzləşdiyi bir problem var. Əksər inqilabların qarşıya qoyduğu məqsədlər yolunda düşmənlər dayanır. İslam Peyğəmbərinin (s) inqilabı da müstəsna olmayıb. Onun Mədinədə hökumət təşkil etdiyi 10 ildə həzrət bir neçə qrup düşmən tərəfindən ciddi təhdidlərlə üzləşib. Cənab Rəhbət Ayətullah Xamenei bildirir ki, müşriklər, yəhudilər, yarımvəhşi qəbilələr, münafiqlər və zəif imanlı insanlar Mədinədə yeni yaradılan hökumətin 5 əsas düşməni olub. Cənab Seyid Məhəmməd Kazim Təbatəbai ilə Həzrət Peyğəmbərin (s) bu 5 qrup düşməndən olan 3 cərəyanla necə rəftar etməsi barədə söhbətləşirik. (khamenei.ir)

Sual: Həzrət Peyğəmbər (s) şərif ömründə müxtəlif tipli müxalif və düşmənlərlə üzləşib. Biz müxalif, düşmən cəbhəni araşdırmaq, Peyğəmbərin (s) ayrı-ayrı qruplarla necə rəftar etdiyini öyrənmək istəyirik. Bu söhbətdə məqsədimiz Peyğəmbərin (s) rəftarları ilə tanış olmaqdır.

Cavab: Həzrət Peyğəmbərin (s) dövründə ictimai şəraitin təhlili üçün o dövrü tanıtdıracaq bəzi mövzularla tanışlığa ehtiyac var. Əgər müxalifləri qruplara bölmək istəsək bilməliyik ki, onlardan biri ərəb yarımadasında nüfuz sahibi olan qədim düşmənlər, müşriklərdən ibarət müxaliflər olub. Peyğəmbərin (s) Mədinədəki ilk 5 il hakimiyyətində müşriklər onun qarşısında dayanıb.
Çoxsaylı müşriklərin kənarında yəhudi dinində olan bir növ aydınlar da var idi. Məsihilər Ərəbistanda çox yayılmamışdı. Amma yəhudilərin şəraiti fərqli idi. Peyğəmbərin (s) müxaliflərindən olan yəhudilər onun planlarını həyata keçirməsinə maneçilik törədirdilər. Yəhudilərin rəftarlarına bir neçə prizmadan baxmaq lazım gəlir. Əvvəla, yəhudilər kompakt qrup olaraq müşriklərdən ayrı yaşayırdılar. Peyğəmbər (s) elə bu nöqtədən bəhrələnərək onların zərərlərini aradan qaldırmağa müvəffəq oldu.
Peyğəmbər (s) Mədinəyə daxil olanda Mədinədəki yəhudilərlə müqavilə bağladı. Onları bir vətəndaş kimi qəbul etdi. Onlar müsəlmanlarla bərabər hüquqlardan faydalanırdılar. Həmin müqavilədə, əhd-peymanda bildirilir ki, biz və siz vəzifəliyik ki, Mədinəyə hücumların qarşısında dayanaq. Aydın olur ki, yəhudilər müsəlmanlar kimi vətəndaşlıq hüquqlarına malik olub. Tarix kitablarında da bu əhdinamə yer alıb. Amma yəhudilər Əhzab döyüşündə müxalif mövqe tutdular, hətta bir neçə yəhudi Peyğəmbəri (s) qətlə yetirmək istədi.
Həzrət Peyğəmbər (s) təşkilatlanmış bu yəhudiləri aradan qaldırdı. Peyğəmbər (s) onların hərbi imkanlarını əllərindən aldı, hətta Peyğəmbər (s) dünyasını dəyişəndə yəhudilər hərbi gücə malik deyildi. Amma ictimai və ideoloji baxımdan nüfuz sahibi idilər. Belə ki, öz israil təfəkkürləri ilə başqaları ilə müqayisədə imtiyaza malik idilər. Buna görə də Mədinədə yəhudiləri xüsusi bir qrup kimi nəzərdə tutmaq lazım gəlir. Onların geniş xalq kütlələrinə təsir imkanları vardı, xalqı özlərinə tərəf çəkə bilirdilər. Beləcə, yəhudilər Peyğəmbər (s) dövrünün xüsusi cəmiyyətlərindən sayılır. O dövrün ərəb cəmiyyətində yəhudilərin hərbi təşkilatlanması aradan qalxmışdı. Tarixi mənbələrdən aydın olur ki, hərbi qüdrətləri olmasa da ictimai-siyasi, ideoloji, iqtisadi nüfuzları güclü olub.
Həzrət Peyğəmbər (s) fitnəkarlıq planlarını hiss edib yəhudiləri hərbi iqtidardan məhrum etdi. Amma düşmənin başqa nüfuz imkanları yerində qalırdı. Onlar müxtəlif sahələrdə iqtidar sahibi idilər. İdeologiya, iqtisadiyyat, ictimai məsələlərdə aranı qarışdıra bilirdilər. İslamla mübarizə apara bilmədiklərini görüb zahirən elə İslam görkəmində cəmiyyətə nüfuz edir, İsrail hiylələrini işə salırdılar.

Sual: Həzrət Peyğəmbər (s) yəhudilərlə onların hərbi fitnəsindən sonra əhd-peyman bağladı?

Cavab: Bu müqavilələr Peyğəmbər (s) Mədinəyə daxil olduğu zaman bağlanıb. Əsində bu bir-birinə təcavüz etməmək barəsində öhdəçilik idi. Təbii ki, yeni yaradılmış bir quruluş təcavüzlərdən qorunmaq istəyir. Hakimiyyət bütün zümrələrin təhlükəsizliyini təmin etməli idi və yəhudilər bu təklifi qəbul etdilər.
Mədinədə 4-cü il başa çatandan sonra xəyanətlərə start verildi. Artıq İslam güclənirdi. Təfsiri-Qummidə Həşr surəsinin 2-ci ayəsi ilə bağlı deyilir ki, Mədinədə 3 yəhudi tayfası yaşayırdı: Bəni-Nəzir, Bəni-Qürəyzə, Bəni-Qinqa. Bu tayfalar Peyğəmbərlə (s) müqavilə bağlamışdılar. Bir müddət bu müqaviləyə sadiq qaldılar, sonradan əhdlərini pozdular.
Bəni-Nəzirin öz əhdini pozmasının səbəbi bu idi ki, Peğəmbərin (s) səhabələrindən bir şəxs iki nəfəri qətlə yetirmişdi. Qətlə yetirilən ailəsinə qan bahası, diyə ödənməli idi. Həzrət Peyğəmbər (s) Bəni-Nəzirdən diyə ödəmək üçün borc istədi. Bəni-Nəzir tayfasında Kəb ibn Əşrəf adlı bir şəxs vardı. Həzrət Peyğəmbər (s) ona müraciət etdi. Kəb dedi: “Mərhəba, Ey Əbül-Qasim, xoş gəlmisən. Peyğəmbərin (s) görüşünə ayağa qalxdı, özünü elə göstərdi ki, süfrə açmaq istəyir. Amma onun planı vardı, Peyğəmbəri (s) qətlə yetirmək istəyirdi. Cəbrail nazil oldu və Peyğəmbəri (s) onun niyyətindən agah etdi. Həzrət Peyğəmbər (s) ayağa qalxıb Mədinəyə qayıtdı. Məhəmməd ibn Müsləmə Ənsariyə buyurdu: “Get Bəni-Nəzir qəbiləsinə, onlara de ki, Allah sizin fitnəkarlığınızdan məni xəbərdar edib. Ya bu torpaqlardan çıxsınlar, ya da müharibəyə hazırlaşsınlar.” Yəhudilər bu təklif qarşısında ölkədən getmək yolunu seçdilər.

Sual: Bəzən Peyğəmbərin (s) xəyanətlərə münasibətində belə bir nöqtə diqqəti cəlb edir ki, Həzrət (s) güzəştə getmir. Bəni-Nəzir qövmünün xəyanətini bu xəyanətlərdən saymaq olarmı?

Cavab: Diqqət yetirməliyik ki, bəzən xəyanət fərdi olur. Məsələn Məkkənin fəthində Hatəb ibn Əbi Bəltə öz ailəsini qorumaq üçün casusluq etdi. Bunun məqsədi ailəsinin həyatını qorumaq idi. Peyğəmbər (s) onun xəyanətini bağışladı. Belə bir münasibətlə Abdullah ibn Übəyin əhvalatında da rastlaşırıq. İslama mənfi münasibətdə olan bu şəxslə Peyğəmbər (s) mehriban rəftar etdi, nəhayət bu şəxs təbii ölümlə dünyasını dəyişdi.
Bəzən isə xəyanət təşkilatlanmış olur. Belə təşkilatlanmış xəyanətdə məqsəd müsəlman cəmiyyətinə zərbə vurmaqdır. Artıq belə bir vəziyyət fərqlənir. Bəni-Qürəyzə, Bəni-Nəzir, Xeybər yəhudiləri təşkilati rabitələrə malik idilər və Peyğəmbərə (s) qarşı fitnəkar planlar cızırdılar. Əgər onların xəyanəti təşkilatlanmış olmasaydı Peyğəmbər (s) güzəştə gedərdi. Amma belə deyildi.

Sual: Siz Abdullah ibn Übəyyi yada saldınız. Peyğəmbərə (s) qarşı çıxanlardan biri də münafiqlər idi. Belə görünür ki, onları da fərd və təşkilat olmaqla iki qrupa bölmək lazımdır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Dorğudan da Peyğəmbərə (s) qarşı ikinci təhlükəli qrup daxildəki münafiqlər qrupu idi. Münafiqlər bütünlükdə təşkilatlanmamışdılar. Amma təşkilatlanan münafiqlər də var idi.
Münafiqlər də müxtəlif qruplara bölünürdü. Bəziləri Peyğəmbərlə (s) əqidə düşməni deyildilər. Məsələn Abdullah ibn Übəyy vəzifə, məqam istəyirdi. Amma Peyğəmbərin (s) və İslamın gəlişi ilə məqsədinə çata bilmədi. Əgər onun məqam istəyi olmasaydı bəlkə də yaxşı müsəlman olardı. Amma məqama çata bilmədiyindən Peyğəmbərlə (s) müxalif idi. Ailəsi də ona qarşı idi. Abdullah ibn Übəyyin oğlu Peyğəmbərin (s) yanına gəldi və dedi ki, əgər atam layiqdirsə, icazə verin mən özüm onu qətlə yetirim. Peyğəmbər (s) ona belə bir icazə vermədi.
Bəziləri dinə qarşı müqəddəsliklərdən istifadə etmək istəyirdi. Peyğəmbər (s) bu qrupla sərt davranırdı. Zirar məscidi əhvalatı buna misal ola bilər. Bu məsciddə toplaşanlar oranı Peyğəmbərə (s) qarşı müxalifət mərkəzinə çevirmək istəyirdilər. Buna görə də Həzrət Peyğəmbər (s) onlarla sərt rəftar etdi.
Başqa bir münafiq qrupu haqqında Quranda sərt danışılır. Peyğəmbərə (s) buyurulur ki, sən onları tanımırsan. Tövbə surəsinin yarıdan çoxu bu münafiqlər haqqındadır. Surə Peyğəmbərin (s) həyatının son dövründə nazil olmuşdur. Peyğəmbərin (s) rihlətinə 1 ildən biraz artıq qalan zamanda ayələr nazil olmağa başladı. Aydın olur ki, münafiqlərin hərəkətləri olduqca təhlükəli olub. Biz də münafiqləri asanlıqla tanıya bilmirik. Aydın olur ki, onlar təşkilatlanmış təhlükəli bir qrupdur. Surədə onlar haqqında ciddi danışılır.

Sual: Peyğəmbərin (s) düşmən və müxaliflərindən müşriklər, yəhudilər və münafiqlər haqqında danışdınız. Başqaları da var idimi?

Cavab: İslam dini gücləndiyi zaman onun xarici düşmənləri də var idi. İran və Rum imperiaları İslamın əsas düşmənləri idi. Hazırkı Türkiyə də Şərqi Rum hakimiyyətinə aid edilir. Amma İslam hakimiyyətinin möhkəmləndiyi ərazilərin işğalı bu imperialar üçün bir o qədər də maraqlı deyildi. Peyğəmbər (s) hətta onlara məktub yazdığı zaman bu məktubları adi qarşılamışdılar. Həzrət Peyğəmbərin (s) müraciətləri doğru yola çağırışdan ibarət idi. Hicrətin 6-cı ilində Həzrət Peyğəmbər (s) İran, Rum, Həbəş, Misirə belə məktublar yazıb. Həzrət (s) öz məktublarında onları səadətbəxş İslam dininə dəvət edirdi.

Sual: Belə görünür ki, Həzrət Əlinin (ə) dövründə də düşmənlərlə oxşar rəftar edilib.

Cavab: Əmirəlmömininin (ə) tarixlə bağlı bir neçə cümləsi diqqəti çəkir. Həzrət buyurur ki, keçmişdə baş verənləri öyrənin, onlardan meyarlar çıxarın. Əgər biz tarixi mütaliə edib meyarlar əldə etsək qarşıda dayanan problemlərin həllində çətinlik çəkmərik. Qeyd etdik ki, Həzrət Peyğəmbər (s) müşriklər, yəhudilər və münafiqlər təşkilatlandığı zaman onlarla sərt rəftar edirdi. Qarşı tərəf fərd olanda Peyğəmbər (s) onunla keçinməyə çalışırdı. Eyni münasibəti Həzrət Əlinin (ə) həyatında da görürük. Həzrət Əli (ə) Cəməl döyüşündə müxalifləri ilə çox yumuşaq davrandı. Ona görə də Cəməl döyüşündə düşmən cəbhəsi rahatlıqla dağıldı. Siffeyn döyüşü isə belə deyildi. Hətta Nəhrəvan döyüşü də sərt münasibət tələb edirdi.
Sual olunur ki, bu iki döyüş arasında nə fərq vardı? Cəməl müharibəsinin ilk mərhələsində Təlhə və Zübeyrin qətlə yetirilməsi ilə düşmən qərargahı dağıdıldı. Qərargah dağıdılan zaman Həzrət (ə) buyurdu ki, qarşı tərəfdə insanlarla mülayim davransınlar. Siffeyn döyüşündə isə qətlə yetirilənlər cəməldəkilərdən qat-qat artıq idi. Çünki düşmən qərargahında Müaviyə, Əmr As, Vəlid ibn Ütbə, Übeydullah ibn Əmr kimiləri möhkəm dayanmışdılar. Ona görə də həzrət bu cəbhə ilə sərt davranırdı.
Nəhrəvan döyüşü də belə idi. Əmirəlmöminin (ə) düşməni tutduğu yoldan çəkindirmək üçün bütün yollara əl atırdı. O 12 minlik düşməni bir neçə mərhələdə 2800 nəfərə qədər azalda bildi. Amma qalanlar meydanı tərk etmək istəmədi. Çünki artıq onlar üçün möhkəm qərargah vardı. Tarixə daha çox nəzər saldıqca belə meyarlar da üzə çıxır.

Sual: Tarixi təhlil əsasında inqilab düşmənlərini necə təsnif etmək olar?

Cavab: Bəzən düşmənin məqsədi bu olur ki, İslamın kökünü qazsın. Belə bir zamanda onunla sərt rəftar edilməlidir. Bəzən də düşmənin bünövrə ilə işi yoxdur, onun müəyyən təmənnaları var. Təşkilatlansa da məqsədi siyasi quruluşu aradan qaldırmaq deyil. Təbii ki, belə bir düşmənlə rəftar da fərqlidir.
Biz öz düşmənlərimizi fərqləndirməliyik. Bir təsnifatda düşməni xarici və daxili olmaqla iki hissəyə bölmək olar. Amma hər iki zümrənin iki qrupu var. İstər xarici düşmən, istər daxili düşmən təşkilatlanmış ola bilər, fərdi ola bilər. Bunlar bir-birindən əsaslı şəkildə fərqlənir. Digər tərəfdən, nizamın möhkəmləndiyi dövrdə düşmənlə rəftar onun yeni yarandığı dövrdə düşmənlə rəftarlar fərqlidir. Əgər inqilab yenicə qələbə qazanıbsa və hakimiyyət hələ möhkəmlənməyibsə düşmənə qarşı daha çox diqqətli olmaq lazımdır. Bəzən düşmənin məqsədi nizamı dəyişmək olur. Bu zaman ona heç bir güzəşt yoxdur. Bəzən də qarşı tərəf təşkilatlanmış olsa da müəyyən mənafelər güdülür. Belə bir düşmənlə hansısa nöqtələrdə razılığa gəlmək mümkündür.
Yeni hadisələri xarici ölkələrdə də müşahidə edə bilərik. Dünyada belə böyük ölkələr var ki, onların bizim quruluşu dəyişmək fikri yoxdur. Adətən Həzrət Peyğəmbər (s) belə dövlətlərlə müharibə etmək məqsədində olmurdu. O Rum və İran kimi böyük imperialara məktub yazıb onları doğru yola çağırırdı. Bu gün Çin və Yapon böyük iqtisadi gücə malik olsa da işğalçı niyyəti güdmür. Amma iqtisadi baxımdan zəif ölkələr tapılar ki, onların məqsədi işğalçılıqdır. Qərb ölkələri belədir. İngiltərə bəzi ölkələrlə müqayisədə böyük iqtidar sahibi olmasa da daim ərazilərini genişləndirmək istəyib. Belə ölkələr arasında fərq qoymaq lazımdır. Hazırda Rusiyanın vəziyyəti elə deyil ki, kiminsə torpaqlarına göz diksin. Ümumiyyətlə Rusiya kimi bir ölkə Fransa kimi bir ölkədən fərqlənir. Biz tarixdən əldə etdiyimiz meyarlar əsasında bu gün daxili və xarici düşmənlərlə rahat münasibət qura bilərik.

Vilayet.nur-az.com


1380 بازدید
در حال ارسال اطلاعات...