Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

İslamın, xüsusən də şiəliyin simasını ləkələmək üçün çoxlu pullar xərclənir

Hətta təhrif olunmuş İslamı da əsl İslamla müharibəyə çəkmiş və meydana gətirmişlər
Doğrudur ki, bu gün düşmənin təbliğatı bütün bəşəriyyətin beyin fəzasını bürümüşdür. Bunda heç bir şübhə yoxdur. Doğrudur ki, İslamın, xüsusən də şiəliyin simasını ləkələmək üçün çoxlu pullar xərclənir. Doğrudur ki, xalqların və ölkələrin həyatında qanunsuz maraqları olan hər bir kəs özünü İslamın və İslam hökumətinin əleyhinə fəaliyyət göstərməyə borclu bilir. Doğrudur ki, küfr bütün parçalanmasına və qruplara bölünməsinə rəğmən, bütün imkanlardan istifadə edib bir məsələdə yekdil rəyə gəlmişdir. Bu, əsl İslamla düşmənçilikdir. Hətta təhrif olunmuş İslamı da əsl İslamla müharibəyə çəkmiş və meydana gətirmişlər. Bunların hamısı doğrudur. Lakin haqq cinahı və əsl İslam cəbhəsi bu düşmən və xəbis təbliğatlar qarşısında Aşuranın və məhərrəm sözünün ruhu, mesajı və həqiqəti sayəsində həmin möcüzəni bir də təkrar edə bilməzmi?! Nə üçün edə bilməsin?! Çətindir, amma mümkündür, iradə və fədakarlıq lazımdır. Yol açıqdır, bağlı deyil.


Ayətullah Seyid Əli Xamenei


2177 بازدید
در حال ارسال اطلاعات...