Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Kitab oxumağın möcüzəsi

Kitab çapı tarixdə yer alan gündən dünyada ən sevilən şeylər arasında böyük sənətkarların əsərləri yer alıb. Təbii ki, kitab mütaliəsinin faydasından danışarkən hansısa ehtiras yaradan, amasızlıq təbliğ edən mənfi yüklü əsərlər nəzərdə tutulmur.

Dünyada kitab mütaliəsinin təsirləri ilə bağlı ciddi araşdırmalar aparılır. Bu araşdırmalardan biri haqqında Brain Connectivity nəşriyyəsində məlumat verilir. Araşdırmanı Emory universiteti aparmışdır. Bəziləri elə təsəvvür edir ki, roman oxumağın heç bir faydası yoxdur və belə mütaliə vaxtı havaya sovurmaqdır. Bəziləri iddia edir ki, roman əsasında çəkilmiş iki saatlıq filmi kənara qoyub, neçə gün kitaba gözünü zilləmək ağılsızlıqdır. Əslində isə kitab mütaliəsinin mübahisəsiz qəbul olunan faydaları var. Yeni dünya ilə tanışlıq, yeni mədəniyyət və düşüncələrə baxış, söz ehtiyatının artımı, analiz gücünün çoxalması, ictimai fəaliyyətlərə yol açılması kitab mütaliəsinin faydalarındandır. Bəzən gənc yaşda oxunmuş bir kitab insanın həyat yolunu dəyişdirir. Hazırda dünyada insanlar həkimdən çox cihazların rəyinə inanır. Kitaba münasibətdə də fərdi mülahizələr təsirsiz ola bilər. Elə bu səbəbdən Emory universitetinin araşdırmasını yada saldıq. Hazırda insan beyni MRİ qurğuları ilə müayinə olunur. MRİ beyinin anatomik quruluşunu göstərir. Alimlər MRİ cihazının fMRİ növünü hazırlayıb. Cihazla 19 könüllü pasientin düşüncə qüvvəsi nəzarətə götürülüb. 5 gün ardıcıl 19 nəfərin beyni skayn olunub. Sonra həmin şəxslər 9 gün ərzində Pompey romanını oxuyub. Romanda bir şəxsin sevdiyi insanı Vezuvi vulkanından qurtarmaq təlaşları təsvir edilib. Hadisə Məsihin miladından 79 il öncə İtaliyada baş verib. Skayn nəticələri göstərib ki, kitab mütaliəsi beyin fəaliyyətlərini nəzərəçarpacaq dərəcədə gücləndirir. Beyinin daha çox sol gicgah nahiyyəsi (bu hissə dili dərk etmək funksiyası daşıyır), beyinin hiss üzvlərinə nəzarət edən nahiyyəsi mütaliə nəticəsində fəaliyyətini gücləndirib. Araşdırmalardan sonra mütəxəssislərdə şübhə qalmayıb ki, kitab mütaliəsi beyin üçün idman rolunu oynayır. Mütaliə zamanı hər yeni insan, hər yeni hadisə, hər yeni düşüncə ilə tanışlıq insan beynində yeni yollar açır.

Nur-az.com/tebyan


1607 بازدید
در حال ارسال اطلاعات...