Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Kitab oxumağın möcüzəsi

Kitab çapı tarixdə yer alan gündən dünyada ən sevilən şeylər arasında böyük sənətkarların əsərləri yer alıb. Təbii ki, kitab mütaliəsinin faydasından danışarkən hansısa ehtiras yaradan, amasızlıq təbliğ edən mənfi yüklü əsərlər nəzərdə tutulmur.

Dünyada kitab mütaliəsinin təsirləri ilə bağlı ciddi araşdırmalar aparılır. Bu araşdırmalardan biri haqqında Brain Connectivity nəşriyyəsində məlumat verilir. Araşdırmanı Emory universiteti aparmışdır. Bəziləri elə təsəvvür edir ki, roman oxumağın heç bir faydası yoxdur və belə mütaliə vaxtı havaya sovurmaqdır. Bəziləri iddia edir ki, roman əsasında çəkilmiş iki saatlıq filmi kənara qoyub, neçə gün kitaba gözünü zilləmək ağılsızlıqdır. Əslində isə kitab mütaliəsinin mübahisəsiz qəbul olunan faydaları var. Yeni dünya ilə tanışlıq, yeni mədəniyyət və dü