Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Nə üçün ölümdən qorxuruq?

Allahın razılığı üçün çalışan insan ölümdən çəkinmir
Sual: Nə üçün ölümdən qorxuruq?

Cavab: Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sürət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır…
Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən, möminlərlə dostluq edən, bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən çəkinmir.

Sual: Nə üçün bəzi dualar qəbul olunmur?

Cavab: Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: “Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməli