Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Allahın qəzəbi haqda dərin səhih anlayış!

“Allah-Taala da, sevinib, qəzəblənirmi?”
Şiənin böyük fəqih və mühəddislərindən sayılan şeyx Səduq (rəh.) “Tövhid” əsərinin təlifi haqda belə yazır: “Məni bu kitabı yazmağa vadar edən bizim hədis və təfsir kimi qaynaqlarımızdakı etiqadi əsaslarımızın məna və izahını dürüst anlamayan şiəyə zidd bir sıra müxalif firqə və cərəyanların kortəbii rəftarları, onları başqa səmtə yozmaları, nadanları əleyhimizə qaldırmaları, bizi “müşəbbihə” və “müfəvvizə” kimi azğın cərəyanlarla bir səviyyədə sanmaları, xalqı bizə bədbin etmələri və məsumlar barədə səhv təsəvvür yaratmaları kimi hallar olub.” Odur ki, burada həmin əsərdən mövzuya uyğun neçə qiymətli hədisi qeyd edirik:

Həmzə bin Rəbi belə nəql edir: “Bir dəfə imam Baqirin (ə) görüşündə ikən Əmr bin Übeyd içəri daxil olub, soruşdu: Canım sənə fəda olsun, mütəal Allahın “Mənim qəzəbim nazil olan şəxs hökmən məhv olub!” – ayəsindəki qəzəbdən məqsəd nədir? Həzrət (ə) buyurdu: “Ey Əmr, burada məqsəd qarşılıqlı cəzadır. Allaha hər hansı yerdəyişməni nisbət verən onu məxluqata bənzədib! Heç nə Onu təhrik edə və dəyişə bilməz.”

İmam Sadiq (ə) “Bizi qəzəbləndirənlərdən belə intiqam aldıq!” – ayəsi haqda belə izah verir: “Allah-Taala heç vaxt biz insanlar kimi qəzəb hissi keçirmir. Bununla belə O, özünə aləmdə müqərrəb məxluqlar yaradıb ki, onlar qəzəblənir və sevinir və Onun tam iradəsi altındadırlar. Allah onların qəzəb və sevincini Öz qəzəb və sevinci sanır, onları Öz yoluna hidayət edən elçilər seçib. Deməli, qəzəbi heç vaxt məxluqatda baş verdiyi kimi Allaha aid etmək olmaz və mənası verdiyim həmin anlayışdan ibarətdir.
Həmçinin O, öz dostlarına edilən hörmətsizliyi də, müharibə sanaraq Onunla müharibəyə qalxdığı kimi bəyan edir. Məsələn, Öz peyğəmbəri barəsində belə buyurur: “Peyğəmbərə itaət edən Allaha itaət edib!” və ya “Səninlə beyət edənlər həqiqətdə Allahla beyət ediblər!” Bütün bunlar və buna oxşar mənaların hamısı verdiyim izaha əsaslanır və qəzəb və s. anlayışlar da, eyni məna kəsb edir.
Əgər qəzəb və nifrət kimi hisləri yaradanın özü də, ona mübtəla olsaydı, o zaman Allahın barəsində də, hər hansı bir vaxt məhvlə qarşılaşacağı təsəvvürü yaranardı. Çünki belə hislər baş qaldırdığı zaman Onun özündə də, dəyişmə halları mümkün olub, daimi olaraq zaval və s. kimi məhvedici hallardan büsbütün uzaqlaşması mümkün deyil. Belə isə xaliqlə məxluq, qüdrətli ilə zəif, yaradanla yaradılan arasında təfavüt məlum olmazdı. Allah barəsində belə təsəvvürlər tamamilə yersizdir. O, məxluqatın xaliqidir və heç birinə zərrə qədər belə ehtiyacı yoxdur. Belə bir mütləq ehtiyacsız barədə hər hansı hədd və təmayül qeyri-mümkündür. Odur ki, inşallah, bunları yaxşı qavra!”

Bir şəxs imam Sadiqdən (ə) “Allah-Taala da, sevinib, qəzəblənirmi?” – deyə soruşduqda, buyurdu: “Bəli, amma biz insanlar kimi, xeyr! Çünki məxluqlar sevinc və ya qəzəb kimi hislərlə üzləşir, haldan hala düşür, təsirə məruz qalır, ikili müxtəlif vəziyyətlər alırlar. Amma bizim xaliqimiz heç nədən təsirlənmir, yeganədir, hər bir halda zatən vahiddir. Demək, Onun sevinci verdiyi mükafat, qəzəbi isə nəzərdə tutduğu cəzadır. Bəs, nəyəsə məruz qalmır, bir şey Onu təhrik edə bilmir və nə də, haldan-hala düşür. Bütün bunlar məxluqatın, möhtac varlıqların sifətidir və Allah taala mütləq qüvvət və izzət sahibidir, Onun öz yaratdığına heç zaman ehtiyacı yoxdur, yaratdıqlarının hamısı Ona möhtacdır və hər bir şeyi ehtiyacsız surətdə ilkin bənzəri və nümunəsi olmadan yaradıb və xəlq edib.”

Səhabələrdən biri imam Sadiqdən (ə) soruşur: “Ey Peyğəmbər övladı, Allah da, sevinib, qəzəblənirmi? Həzrət (ə) buyurur: Bəli, amma məxluqatı arasında bunun nümunəsi yoxdur. Onun qəzəbi cəzası, sevinci isə mükafatdan ibarətdir.”


1712 بازدید
در حال ارسال اطلاعات...