Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

“Zillət bizdən uzaqdır”

Kərbəla insanın düşmənin əzəməti qarşısında tərəddüdə düşməməsi üçün bir nümunədir
Əbu Abdullah (ə) elə bənzərsiz bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi ki, ondan öncə heç zaman buna şərait yaranmamışdı. O, Mədinədən Kərbəlaya uzanan yol boyu həmin vacib əməli özünün məqsədi kimi izah etdi və bu yolu sona qədər davam etdirmək əzmində olduğunu bildirdi. Mübarək boğazından ucalan “Zillət bizdən uzaqdır” fəryadı tarix boyu izzət və iftixar mənbəyi olan həmin müqavimətin və dirənişin əks-sədası oldu.
İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi; yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbərin (s) qoyduğu yolun izzəti.
İmam Hüseynin (ə) bütün mərhələlərdəki rəftarı izzətlə, başucalığı ilə və eyni zamanda Pərvərdigarın qarşısında mütləq təslimç